O Həzrət belə buyurdu:

"Əliniz ağrımasın, Allah sizə xeyir versin, inşallah. Allah bu çəkdiyiniz zəhmətləri və rəvac verdiyiniz etikafı sizdən qəbul etsin. Bizim dövrümüzdə etikaf demək olar ki, yox idi və çox da adət halına çevrilməmişdi. Mən Məşhəddə heç kəsin etikaf saxladığını görməmişdim. Qumda isə yalnız İmam Həsən Əsgərinin (əleyhissəlam) məscidində, yuxarı hissədəki bir neçə sütunun arasını pərdə ilə ayırırdılar və hər pərdənin içində iki-üç tələbə etikaf saxlayırdı. Bütün Qumda etikaf yalnız həmin məsciddə saxlanılırdı və ümumilikdə, təxminən 20-25 nəfər etikaf saxlayırdı. Amma indi hər yerdə bu qədər gənc, kişi, qadın, yeniyetmə ölkənin hər yerində və bütün məscidlərdə etikaf saxlayırlar. Bu, çox böyük bir nemətdir.

Ancaq çalışmaq lazımdır ki, üç gün etikafda olan və orada Allaha diqqət ayırıb, mənəvi hal, dua, yalvarış və daxili dəyişiklik yaşayan bu gəncin həmin halı qalıcı olsun. Gənclər asanlıqla Allahla ünsiyyətə girilər və bu, təbii bir haldır. Amma bu hal sabit qalmalıdır. Məsələn, minbərdə danışan bir şəxsə qulaq asdığımız zaman təsirlənirik, ancaq oradan ayrıldıqdan sonra da bu təsir, bu ruhiyyə, günahdan uzaqlaşma və mənəvi hal qorunub saxlanmalıdır ki, növbəti moizəni eşidəndə, təbii olaraq, o iman daha da güclənsin. Buna görə də, etikaf proqramlarında bu məqama xüsusi diqqət yetirilməlidir."