25 il əvvəl sentyabrın 30-da Qəzza Zolağında İkinci İntifazə (inqilabi hərəkat) gedişində kiçik (qısametrajlı) bir video dünyanın diqqətini özünə cəlb etdi. Nümayişdə iştirak edən ata və oğul sionist hərbçilər gəlib çatdığına görə ölümdən qaçıb qurtula bilməmişdilər. Məhəmməd Əl-Durrah və atası Camal bir çəlləyin arxasına sığınmışdılar ki, amansız sionist hərbçilərin əlindən qaçmaq üçün imkan yaransın. İmkan olmadı və Məhəmməd güllə yarası aldı. Təcili yardım maşınının gələcəyinə ümidi qalmamış çarəsiz atası qəm-qüssənin ağırlığından artıq hərbçilərə əhəmiyyət vermirdi.
Bu anın videosu Fransa teleşəbəkələrindən birində yayımlandı və bütün dünyanı təsirləndirdi.
İran İslam Respublikasında həmin günü Fələstinli Uşaq və Yeniyetmələrlə Milli Həmrəylik və Həmdərdlik Günü adlandırdılar ki, hər il bu faciənin ildönümü günü Fələstin problemini İran və dünyada inikas etdirsinlər. İmam Xamenei həmin hadisəni belə vəsf etdi: “Atanın ağuşunda o yeniyetmənin şəhadəti kimi bir şəhadət dünya xalqlarının qəlbində tufan qoparır!”
İslam Respublikası və İran xalqı bu həqiqəti dərk etdi ki, fələstinli uşaq və yeniyetmələri sözlə, mətbuatda qınamaqla qorumaq mümkün deyil. Bunun üçün meydanda addım atılmalıdır. Məhəmmədin şəhadətindən 6 il ötməmiş fələstinlilərin cihadı, İran xalqının hərtərəfli dəstəyi, Müqavimət cəbhəsinin köməyi ilə Həmas hərəkatı Məhəmmədin qatillərini Qəzzadan çıxara, gücü çatan qədər fələstinli uşaqları hifz edə bildi.
İran və Müqavimət cəbhəsindən fərqli olaraq dünyanın çox yerində insanlar Məhəmmədi yaddan çıxardı. Məhəmmədin qatilləri ilə əlaqələrini normallaşdırdılar, zalım rejimin inkişafı və möhkəmlənməsi üçün ona kömək etdilər. Hətta onun genişlənməsi üçün səs-küylü iqtisadi və siyasi layihələr həyata keçirdilər. Hamının gözü qabağında Məhəmmədin yaşadığı hadisə hər il onlarla başqa fələstinli uşaq, Qəzzada başqa bir qızcığaz, yəni Hind Rəcəb üçün təkrarlandı. Necə ki, İmam Xamenei işarə etdi: “Atasının ağuşunda qətlə yetirilən yeniyetməni gördünüzmü?! Bu yeganə hadisə olmadı.” Tarix göstərdi ki, sonralar da yeganə hadisə olmadı.
2024-cü il, 29 yanvarda sionist rejim ordusunun cinayətkar əsgərləri Hind və ailəsinin olduğu avtomobili Qəzza şərəhərində atəşə tutdular. Hind və ailəsinin olduğu maşın atəşə tutulduğu müddətdə o Qırmızı Aypara işçiləri ilə telefonla danışırdı. Amma Məhəmmədi qətlə yetirmək təcrübəsinə sahib sionistlər bütün şahidləri qətlə yetirdilər. Onlar Hindin bütün ailə üzvlərini, hətta Qırmızı Aypara personelini öldürdülər.
Bu gün – 30 sentyabrda Fələstinli Uşaq və Yeniyetmələrlə Milli Həmrəylik və Həmdərdlik Günü belə bir sual zəruri ola bilər ki, Hindin həyatını xilas etmək olardımı?
Bəlkə də, Məhəmmədin qanı Qəzza torpağını boyadığı gün, İslam Respublikası bu qan arxasındakı zülmü dünya xalqlarına çatdırdığı zaman dünyanın müxtəlif nöqtələrində başqaları da sionist rejimlə əlaqələri kəsmək və bu rejimin məhvinə kömək etmək qərarına gəlsəydilər, indi Hind Rəcəb sağ idi.
Məhəmməd Əl-Durranın qanı o zaman Hind Rəcəbin həyatını hifz edə bilərdi ki, dünya xalqları bu cinyətlərin qarşısını almaq üçün əsaslı və real addım atmış olaydılar.
Qəzzada qətliamdan iki il ötür. Elə bir gün yoxdur ki, sionist əsgərlər fələstinli uşaqların qanını axıtmasın.
Hind və minlərlə onun kimi uşağın qanı növbəti nəsil fələstinli uşaqların həyatını xilas edə bilərdi, təkcə əgər...
(Bu məqalədə ifadə edilən fikirlər müəllifin özünəməxsus fikirləridir və mütləq Khamenei.ir-in fikirlərini əks etdirmir.)