Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı mərasimlərin ilk gecəsi cümə günü İslam İnqilabı Rəhbərinin və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı mərasimlərin ilk gecəsi cümə günü İslam İnqilabı Rəhbərinin və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində keçirildi. Mərasimdə Höccətül-İslam vəl-müslimin Rəhim Şərəfi Quran ayələrinə istinad edərək düşmənin İslam cəmiyyətindəki proqram və məqsədlərini izah etdi və dedi: “Təfriqə və ixtilaf”, “Nüfuz”, “Şübhə və tərəddüd yaratmaq” və “İqtisadi sanksiya” kimi məsələlər din düşmənlərinin daim İslam cəmiyyətinin müqavimət və möhkəmliyini sındırmaq üçün istifadə etdikləri vasitələrdəndir, buna görə də düşmənin məqsədlərinə qarşı ayıq-sayıq olmaq lazımdır.
Mərasimdə, həmçinin cənab Səid Həddadian Həzrət Zəhranın (s.ə) gördüyü müsibətlər barədə növhə oxudu və maddahlıq etdi.