Bu mənəvi mərasimdə ölkənin müxtəlif universitetlərindən minlərlə tələbə iştirak etdi. Tədbir "Ərbəin ziyarəti" oxunması ilə başlandı. Daha sonra Höccətül-islam vəl-müslimin Rəhim Şərəfi çıxış edərək ilahi yardımın əta olunması yollarını izah edərək dedi: Dua, səbir və dözüm, təqva, cihad, təvəkkül və ilahi rəhbərliyə itaət — Allah-Taalanın yardım və razılığını cəlb edən altı əsas amildir.

Mərasimin davamında tanınmış məddah Meysəm Mutii, Həzrət Zeynəb (s.ə) və Kərbəla əsirlərinin müsibətləri ilə bağlı mərsiyələr səsləndirdi. Məclis dərin duyğularla davam etdi.