Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Bu görüşdə Ayətullah Xamenei İmam Rza əleyhissalamın şəhadəti münasibətilə başsağlığı verdi və belə qeyd etdi:
"Şəfqətli İmam Əli ibn Musa Ər-Rzanın (əleyhissalam) şəhadəti münasibətilə başsağlığı verirəm".
İnqilab Rəhbəri İranın dünya xalqları yanında xüsusi əzəmət qazandığını bildirdi:
"Biz bir müharibəyə məruz qaldıq. İran xalqı da bütün qüdrəti ilə müqavimət göstərdi və dünyanın diqqətini özünə cəlb etdi. İran dünya xalqlarının nəzərində xüsusi bir əzəmət qazandı".
O Həzrət Amerikanın İranla düşmənliyinin əsil səbəbinin nə olduğunu belə açıqladı:
"Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun".
Ayətullah Xamenei Amerikanın düşmənliyinə yenə də açıqlama verdi və belə buyurdu:
"Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir".
O Həzrət Bəbəzilərinin Amerikayla birbaşa müzakirə məsələsinə baxışlarının səthi olduğunu vurğuladı:
"Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır".
İnqilab Rəhbəri sözlərinin davamında xalqdan olan qələt gözlənti barədə belə açıqlama verdi:
"Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır".
Düşmənin mövqeyinə toxunan İnqilab Rəhbəri belə buyurdu:
"Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar".
Daha sonra o Həzrət xalqın düşmənlərin ağızlarının üstündən vurduğunu dedi:
"13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu".
Ayətullah Xamenei düşmənin İran daxilində nəsə etmək istədiyini vurğuladı:
"Düşmənlər nəticəyə gəldilər ki, İranı müharibə ilə diz çökdürmək mümkün deyil. Onlar gördülər ki, yol ölkə daxilində ixtilaf yaratmaqdır. Daxildə də əlləri var, sionizmə və Amerikaya bağlı qüvvələr də var. Amma, Allaha şükür, ölkə vəhdət halındadır".
İnqilab Rəhbəri vəhdətin təcavüzə mane olduğunu bildirdi:
"Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur".