Ali Məhkəmə Sisteminin sədri, yüksək vəzifəli ədliyyə orqanı nümayəndələri və ölkənin bütün bölgələrindəki məhkəmə başçıları 16.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşdülər.
Həzrət Ayətullah Xamenei bu gün səhər Ali Məhkəmə Sisteminin sədri, yüksək vəzifəli ədliyyə orqanı nümayəndələri və ölkənin bütün məhkəmə başçıları ilə görüşündə İran xalqının son təcavüzkar müharibədə göstərdiyi böyük işi təhlil edərək, təcavüzkarların hesablamalarının və planlarının puç olduğunu vurğuladı. O Həzrət siyasi zövqlərin fərqli olmasına və dini baxışların müxtəlif dərəcədə olmasına baxmayaraq, əziz İranın müdafiəsində İran xalqının böyük birliyinə işarə edərək vurğuladı:
Bu milli birliyi qorumaq hamının borcudur.
İnqilab Rəhbəri belə buyurdu:
"Xalqın 12 günlük müharibədəki böyük işi iradə, qətiyyət və milli özünəinamdan qaynaqlanırdı. Çünki Amerika kimi bir gücə və onun zəncirlənmiş iti olan sionist rejimə qarşı durmaq ruhiyyəsinin və hazırlığının özü çox dəyərlidir".
O Həzrət Pəhləvi rejiminin məmurlarından yayımlanmış xatirələrə işarə edərək, onların hətta gizli və qapalı iclaslarda belə Amerikaya etiraz etməyə cəsarət etmədiklərini qeyd etdi və belə qeyd etdi:
"İran o dövrlərdən bu günə elə bir yerə çatıb ki, nəinki Amerikadan qorxmur, əksinə, onu qorxudur da. Bu milli ruhiyyə və iradə məhz İranı ucaldan və onu öz böyük arzularına çatdıran amildir".
İnqilab Rəhbəri, həmçinin belə vurğuladı:
"Həm dostlar, həm də düşmənlər bilməlidirlər ki, İran xalqı heç bir sahədə zəif tərəf kimi meydana çıxmayacaq. O Həzrət yenə də əlavə etdi: Biz həm məntiq, həm də hərbi güc kimi lazım olan bütün vasitələrə sahibik. Buna görə də, istər diplomatik sahədə, istərsə də hərbi sahədə meydana daxil olsaq, Allahın köməyi ilə güclü və əlidolu daxil olacağıq".