İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Təbəsdə mədənin partlaması ilə bağlı kədərli hadisə və bir neçə işçinin dünyasını dəyişməsi münasibətilə dağ görmüş ailələrə başsağlığı mesajı ilə yanaşı işçilərə yardım üçün maksimum səy göstərilməsinin vacibliyini vurğulayıb.
İnqilab Rəhbərinin mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Təbəsdəki daş kömür mədənində bir neçə işçinin həyatını itirməsi və ya yaralanması ilə nəticələnən acı və kədərli hadisəyə görə bu əzizlərin ailələrinə və həmin ərazinin əhalisinə başsağlığı verirəm. Mən hökumət orqanlarından qəza yerinə gedən yardım qrupuna təkidlə qeyd edirəm ki, onları xilas etmək üçün əllərindən gələni etsinlər və bu müsibətin miqyasını azaltmaq üçün bütün lazımi tədbirləri görsünlər. Yaralıların vəziyyətinə də dərhal diqqət ayrılmalıdır.
Seyid Əli Xamenei
22.09.2024