Bu gün 15.04.2025-ci il tarixdə günorta saatlarında (çərşənbə günü) yeni ilin başlanması münasibətilə Nazirlər Kabinetinin bir qrup üzvü, İran İslam Şurası Məclisinin nümayəndələri, Ali Məhkəmə sisteminin yüksək vəzifəli şəxsləri və bəzi qurumların məsulları İslam İnqilabının Rəhbəri ilə görüş keçirdilər.
Bu görüşdə Ayətullah Xamenei bu danışıqlara görə ölkəni asılı vəziyyətdə qoymamağı buyurdu:
"Oman danışıqları Xarici İşlər Nazirliyinin onlarla fəaliyyətindən sadəcə biridir. Ölkə məsələlərini bu danışıqlardan asılı etməyin".
O Həzrət danışıqlara heç bir cəhətdən ifrat dərəcədə yanaşmamağı tövsiyə etdi və buyurdu:
"Oman danışıqlarına nə ifrat dərəcədə nikbin, nə də ifrat dərəcədə bədbin yanaşırıq".
İnqilab Rəhbəri qarşı tərəfə, yəni Amerikaya çox bədbin olduğunu vurğuladı:
"Oman danışıqları qərara alınmış bir işdir və ilkin mərhələlərdə də yaxşı şəkildə icra olunub. Əlbəttə, qarşı tərəfə xeyli bədbinik, amma öz imkan və bacarıqlarımıza qarşı nikbin".
Ayətullah Xamenei danışıqlardakı qırmızı xətlərin bəlli olduğunu bildirdi və qeyd etdi:
"Oman danışıqlarının ilk mərhələsindəki hərəkət yaxşı olub. Bundan sonra da bu proses diqqətlə izlənilməlidir. Qırmızı xətlər həm qarşı tərəf üçün, həm də bizim üçün bəllidir".
O Həzrət sanksiyaları zərərsizləşdirməyin yolundan danışdı:
"Sanksiyaları zərərsizləşdirməyin ən yaxşı yollarından biri daxili sərmayə yatırımlarına olan maneələri aradan qaldırmaqdır".
İnqilab Rəhbəri sanksiyaları zərərsizləşdirməyin mümkün olduğunu qeyd etdi:
"Sanksiyaları zərərsizləşdirmək mümkündür. Hətta əgər daxili potensiallardan yaxşı istifadə olunsa, ölkəni sanksiyalar qarşısında tam zərərsiz və davamlı hala gətirmək olar. Yəni sanksiya tətbiq olunsa belə, ölkə özünü vəziyyətdən çıxara bilsin".
O Həzrət iqtisadi nəhənglərlə münasibəti asanlaşdırmağı tövsiyə etdi və buyurdu:
"Ticarət əlaqələri qonşu ölkələrə üstünlük verilməklə genişləndirilməlidir. Çin, Rusiya və Hindistan kimi Asiyada iqtisadi nəhəng sayılan ölkələrlə iqtisadi münasibətləri asanlaşdırın".
İnqilab Rəhbəri sözlərinin ardınca belə buyurdu:
"Həqiqətən, Fələstin üzərində hökmranlıq edən bu sionist cinayətkar dəstə cinayətkarlıqda həddi aşıb".
Ayətullah Xamenei belə bir hücumu görmədiyini bildirdi:
"Mən bu cür hərəkəti, yəni məqsədli şəkildə və xüsusi hədəflə məzlumlara, uşaqlara, xəstələrə, jurnalistlərə, xəstəxanalara, təcili yardım maşınlarına hücum edilməsini heç yerdə görməmişəm".
O Həzrət İslam dünyasının sionist rejimin qarşısında hər tərəfli köməyini vurğuladı:
"İslam dünyası sionist rejimin cinayətləri qarşısında həm iqtisadi, həm siyasi və zəruri olduqda əməli baxımdan da birgə və həmahəng şəkildə hərəkət etməlidir".
"Sionistlər Allahın qamçısının intizarında olsunlar", – deyə Ayətullah Xamenei qeyd etdi.
İnqilab Rəhbəri sionistlərin Allahın şiddətli cavabına məruz qalacağını buyurdu:
"Sionistlərin zülmü Allahın şiddətli cavabına məruz qalacaq, bunda heç bir şübhə yoxdur. Lakin bu, camaatın, bizim və hökumətlərin üzərinə düşən vəzifələri azaltmır".