Bir qrup universitet tələbələri və onların təşkilat üzvləri 12.03.2025-ci il tarixdə günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri ilə görüşdülər. İslam İnqilabı Rəhbərinin sözlərindən öncə tələbə təşkilatlarının nümayəndələri müxtəlif mövzularda öz nəzərlərini bildirdilər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei Amerikanın öz öhdəliyinə əməl etməyəcəyini bildirdi:
"Amerikanın öz öhdəliyinə əməl etməyəcəyini bildiyimiz halda necə müzakirə edək?"
O Həzrət İranın niyə Amerika ilə müzakirə aparmadığını açıqladı:
"Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, bu ictimai rəyi aldatmaqdır. İran nə üçün Amerika ilə müzakirəyə hazır deyil? Amerikanın həmin Prezidenti JCPOA-nın imza olunmuş müzakirə kağızını cırdı. Öz öhdəliyinə əməl etmədiyini bildiyimiz halda hansı müzakirədən söz gedə bilər?"
İnqilab Rəhbəri bu Amerika dövlətinin sanksiyaları ləğv etməyəcəyini vurğuladı:
"Əgər müzakirənin hədəfi sanksiyanın aradan qaldırılmasıdırsa, Amerika dövləti ilə müzakirə bu sanksiyanı aradan qaldırmayacaq".
Daha sonra o Həzrət müzakirənin təzyiqi daha da artıracağını vurğuladı:
"Amerika dövləti ilə müzakirə sanksiyanı aradan qaldırmayacaqdır. Sanksiyanın düyünlərini daha da möhkəmləndirəcək, təzyiqi daha da artıracaq".
İnqilab Rəhbəri nüvə silahı istehsalı barədə belə buyurdu:
"Əgər biz nüvə silahı istehsal etmək istəsəydik, Amerika bunun qarşısını ala bilməzdi. Bizim nüvə silahına sahib olmamağımız və onun ardınca getməməyimiz isə sırf öz istəyimizlə bağlıdır".
Ayətullah Xamenei cənabları Amerikanın hərbi müdaxiləsi zəminində belə qeyd etdi:
"Amerika İranı hərbi hücumla hədələyir. Müharibə başlatmaq təkcə birtərəfli zərbə vurmaq demək deyil; İran cavab zərbəsi endirməyə qadirdir və şübhəsiz ki, bunu edəcək".
Hərbi müdaxilə barədə danışan o Həzrət sözlərinə belə davam etdi:
"Əgər amerikalılar və onların tərəfdarları İran əleyhinə hər hansı yanlış hərbi addım atsalar, ən böyük ziyanı məhz onlar çəkəcəklər".
İnqilab Rəhbəri İranın hərbi müdaxiləyə qətiyyətlə cavab verəcəyini bildirdi:
"Müharibə yaxşı bir şey deyil, biz müharibə istəmirik. Lakin əgər kimsə hücum edərsə, cavabımız qəti və qaçılmaz olacaq".