İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 2025-ci il martın 5-də Təbii Ehtiyatlar Həftəsi və Milli Ağacəkmə Günü münasibətilə üç fidan əkdi.
Bu ağac əkmə mərasimində Ayətullah Xamenei belə buyurdu:
"Ağac əkmək sərvət yaratmaqdır. Bu fidan bir müddət sonra ağaca çevriləcək. Əgər əkilən meyvə ağacı olarsa, bir növ sərvətdir, əgər odun olarsa, başqa bir növ sərvət".
O Həzrət ağac əkmənin havanı təmiz saxlamağa xidmət etdiyini bildirdi:
"Ağac əkmək havanın təmiz olmağının amilidir. Allah-təalanın yerdən bitirdiyi ağaclar, əkin sahələri və yaşıllıqlar yaşayış mühitinin və havanın vəziyyətinin yaxşılaşmasına təsir edir".
Ətraf mühit məsələlərinə toxunan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
"Ətraf mühit də fidan əkilməsindən faydalanır. Ətraf mühit çox mühüm bir məsələdir, çünki o, insanın yaşadığı mühitdir və insanlar, mütləq, ona ehtiyac duyurlar".
O Həzrət ətraf mühitin insan ruhuna da müsbət təsir etdiyini vurğuladı:
"Ağac və yaşıllıq yaşayış mühitinin təravət və səfa mənbəyidir. Sağlamlıq və maddi faydasından əlavə, göz oxşayır, könül açır. Əgər yaşayış mühiti yaşıl olarsa, insanın ruhi halı üçün də faydalıdır".
Meşələrin məhv edilməsinin önlənməsini bildirən Ayətullah Xamenei belə qeyd etdi:
"Meşələrin məhv edilməsinin və kənd təsərrüfatı torpaqlarının başqa məqsədlər üçün istifadəyə verilməsinin qarşısı alınmalıdır".
O Həzrət xalqa xitabən belə qeyd etdi:
"Mənim camaata tövsiyəm budur ki, fidan əkməyi saleh və savab bir əməl kimi görsünlər, ağacların sayını artırsınlar və bununla da mühiti səfalı etsinlər".