İnqilab Rəhbəri fidan əkdikdən sonra İran xalqına seçkilərdə iştirak etdiklərinə görə təşəkkür etdi və buyurdu:
"Mən İran xalqına seçkilərə gəldiklərinə görə təşəkkür edirəm. İran xalqı cihad etdi. Nəyə görə? Çünki təxminən bir ildir ki, dünyanın hər yerindən olan İran millətinin düşmənləri insanları səsvermədən çəkindirməyə çalışırdılar. Xalq seçki məntəqələrində iştirak etməklə qəhrəmancasına bir addım atdı".

İnqilab Rəhbəri açıqlamalarının davamında Sistan və Bəlucistanda baş verən son sel hadisəsinə işarə edərək qeyd etdi:
"Sistan və Bəlucistanda baş verən bu sel insanlara ziyan vurub. Edilən yardımlar davam etməlidir. 

Həm hökumət, həm də qeyri-hökumət yardım qrupları fəaliyyətdədirlər. Bu köməkliyə dəstək vermək istəyən digərləri də daxil olsunlar".

İranda mart ayının 6-i Ağacəkmə Günü adlanır, hər il bu gündə qışın bitməsi və yazın başlaması münasibətilə iranlılar yaşıllıq və yaşayış əlaməti olaraq ağaclar əkirlər. İslam İnqilabının Rəhbəri də hər il fidan əkir və bu il biri zeytun ağacı olmaqla üç fidan əkdi və belə buyurdu:
"Fələstinin məzlum və eyni zamanda müqavimətçi xalqı ilə həmrəylik elan etmək üçün bu gün əkilən ağaclardan birini də zeytun ağacı qərar verdik. Bu addımla onu demək istəyirik ki, biz fələstinliləri ağac əkərkən belə xatırlayırıq".