Bu görüşdə Ayətullah Xamenei qonşu ölkələrlə əməkdaşlıq siyasətindən danışdı və buyurdu:
"Qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İslam Respublikasının qətiyyətli siyasətidir. Cənab Pezeşkian hökumətinin elan etdiyi siyasətlərdən biri də məhz budur və bu istiqamətdə yaxşı işlər görülmüş, müəyyən irəliləyişlər əldə edilmişdir".

Qətəri dost və qardaş ölkə adlandıran o Həzrət belə qeyd etdi:
"Biz Qətəri dost və qardaş ölkə hesab edirik, baxmayaraq ki, aramızda hələ də həll olunmamış məsələlər, o cümlədən Cənubi Koreyadan Qətərə köçürülən İranın vəsaitlərinin qaytarılması məsələsi mövcuddur. Bu məsələnin həllinin qarşısındakı əsas maneənin Amerika olduğunu bilirik".

Daha sonra İnqilab Rəhbəri Qətər Əmirinə öz tövsiyyələrini verərək belə buyurdu:
"Əgər Qətərin yerinə olsaydıq, Amerikanın təzyiqlərinə məhəl qoymaz və İranın vəsaitlərini geri qaytarardıq. Hələ də Qətərdən bu cür bir addım atmasını gözləyirik".

"Amerika prezidentləri arasında heç bir fərq yoxdur", - deyə o Həzrət bildirdi.