Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün günorta saatlarından sonra 18.02.2025-ci il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Bu görüşdə Ayətullah Xamenei Fələstin müqavimətinin vəhdətinin bərəkəti və nailiyyətlərindən danışdı və buyurdu:
"Fələstin müqavimətinin rəhbərləri və döyüşçülərinin vəhdət və həmrəyliyi, düşmən qarşısında dayanması, mürəkkəb danışıqlar prosesini qabağa aparmaq, eləcə də xalqın səbir və dirənişi müqaviməti bölgədə başıuca etdi".
O Həzrət müqavimətdə yeni bir mərhələ və göstəricinin meydana çıxdığını xatırlatdı:
"Qəzzanın sionist və amerikalı düşmənə qarşı qələbəsi müqavimət mübarizəsində yeni bir mərhələ yaratdı".
Daha sonra İnqilab Rəhbəri Amerikanın axmaqcasına planından söz açdı və qeyd etdi:
"Amerikanın Qəzza ilə bağlı axmaqcasına planları heç bir nəticə verməyəcək".
Ayətullah Xamenei müqavimətin əzəmətinin dünya ictimaiyyətinin gözü qarşısında olduğunu vurğuladı:
"Müqavimətin sionist əsirləri təhvil vermə tərzi müqavimətin əzəmətini dünyanın gözü qarşısında canlandırır".
"Dünyanın ictimai rəyi Fələstinin xeyrinədir", – deyə o Həzrət buyurdu.
"Müqavimət və Qəzza xalqının razılığı olmadan heç bir plan həyata keçməyəcək", – deyə Ayətullah Xamenei vurğuladı.