İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edən görkəmli ustadlar, qarilər və hafizlər bu gün, bazar günü, İnqilab Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei Quranın əbədi möcüzə olduğunu qeyd etdi:
"Quran əbədi möcüzədir. Bu möcüzənin digər möcüzələrdən fərqi ondadır ki, digər möcüzələr yalnız həmin peyğəmbərin dövrünə aid idi. Məsələn, Musa Peyğəmbərin əsasını yalnız o dövrün insanları gördü. Lakin İslam Peyğəmbərinin möcüzəsi olan Quranı insanlar minlərlə il sonra da müşahidə edəcəklər".
Nübuvvət barədə danışan o Həzrət belə buyurdu:
"Quran möcüzədir, yəni Allah-təala Quran vasitəsilə İslam Peyğəmbərinin nübüvvətini (peyğəmbərliyini) sübut etmişdir. Bu, olduqca mühüm bir məsələdir".
Daha sonra İnqilab Rəhbəri Qəzza barədə mümkünsüz olanın həyata keçdiyini bildirdi:
"Allahın izni ilə mümkünsüz hesab edilənlər gerçəyə çevrilir. Əgər sizə desəydilər ki, Qəzza Amerika kimi böyük bir güclə mübarizə aparacaq və ona qalib gələcək, inanardınızmı?! İnanmazdınız, çünki bu, mümkünsüz olan işlərdəndir. Lakin Allahın izni ilə, mümkün oldu".
Ayətullah Xamenei İran milləti ilə başqa millətlərin fərqini belə vurğuladı:
"İran milləti ilə başqa millətlər arasında olan fərq budur ki, Amerikanın təcavüzkar, yalançı və kələkbaz olduğunu deməyə cəsarəti vardır, lakin başqaları cürət etmirlər və öz öhdələrinə düşəni yerinə yetirmirlər. Yerinə yetirmədikdə də nəticə hasil olmur".
O Həzrət İran İslam Respublikasının hər baxımdan inkişaf etdiyini bəyan etdi və buyurdu:
"Bu son qırx neçə ildə dünyanın bütün hegemon gücləri İrana qarşı fəaliyyət göstərdilər, amma İran milləti nəinki təkcə zərbə görməyib, hətta tərəqqi də edib. Bugünkü İran qırx il öncəki İran deyil və biz hər baxımdan inkişaf etmişik".