10/04/2024
Fitr bayramı münasibəti ilə 10.04.2024-cü il tarixdə çərşənbə günü səhər saatlarında bir qrup İslam ölkələrinin rəsmiləri və səfirləri Fitr bayramı namazından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
10/04/2024
Fitr bayramı münasibəti ilə 10.04.2024-cü il tarixdə çərşənbə günü səhər saatlarında bir qrup İslam ölkələrinin rəsmiləri və səfirləri Fitr bayramı namazından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
05/03/2024
Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
04/03/2024
İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
04/03/2024
Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?
14/02/2024
Qəzza xalqının qələbəsi qətidir və Allah-təala bu qələbəni İslam ümmətinə çox da uzaq olmayan bir zamanda göstərəcəkdir. Müsəlmanların, xüsusilə Fələstin və Qəzza xalqının qəlbi şad olacaq.​
13/02/2024
Qəzza məsələsinə gəlincə, hökumətlərin vəzifəsi sionist rejimə siyasi və təbliğat yardımının, silah və istehlak mallarının getməsinin qarşısını almasıdır. Bu dövlətlərin vəzifəsidir. Millətlərin vəzifəsi hökumətlərin bu vəzifəni yerinə yetirməsi üçün onlara təzyiq göstərməsidir.
12/02/2024
İslam ölkələri rəsmilərinin ixtiyarında olan məsələ sionist rejimin həyati damarlarını kəsməkdir. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələri kəsməli və bu rejimə kömək etməməlidirlər.​
12/02/2024
Bəzi hallarda İslam ölkələri rəsmilərinin mövqe sərgiləmə və bəyanatları yanlışdır, çünki Qəzzada atəşkəs kimi bir mövzudan söhbət açırlar ki, bu da onların ixtiyarından xaric və xəbis sionist rejimin əlində olan bir məsələdir. İslami ölkələrin rəsmiləri öz ixtiyarlarında olan məsələlərlə yanaşı fəaliyyətə keçməlidirlər.​
11/02/2024
Qəzza müsibəti İslam dünyasının, hətta ondan da yuxarı, bəşəriyyətin müsibətidir.​