İqtisadi fəalların Ayətullah Xamenei ilə görüşündə o Həzrət belə buyurdu:
"Dünyanın gözü qarşısında Qəzzada baş verənlər əfsanəyə bənzəyir".

O Həzrət Qəzzada baş verənlərin inanılmaz hadisələr olduğunu qeyd etdi:
"Amerika kimi nəhəng bir hərbi quruluş sionist kimi qaniçən bir rejimin köməyinə gələ və 15 ay ərzində 15 min uşağı öldürməsinə mane olmaya və üstəlik o qəddara bunker dağıdan bombalar verə ki, o uşaqların evlərini və xəstəxanaları bombalasın (bu, inanılmazdır). Əgər bu hadisə tarixdə baş versəydi, şübhəsiz ki, inanmazdıq, bu gün isə gözümüzün önündə baş verdi".

İnqilab Rəhbəri sionist rejimin acizliyindən danışdı və buyurdu:
"Amerika bütün imkanlarını sionist rejimə verdi, əgər verməsəydi, sionist rejim elə ilk həftədə diz çökərdi".

Daha sonra Ayətullah Xamenei HƏMAS-ın qalibiyyətindən söz açdı və belə qeyd etdi:
"Sionist rejimin bədbəxt və üzüqara rəhbəri Qəzzadakı müharibə üçün bəzi hədəflər müəyyən etmişdi. Demişdi ki, HƏMAS-ı məhv edəcəyik və müharibədən sonra Qəzzanın idarə planını da hazırlamışdılar. İndi isə həmin rejim məhv etmək istədiyi HƏMAS-la danışıqlar masasına oturub və atəşkəsin həyata keçməsi üçün onun şərtlərini qəbul edib".

"Dedik ki, müqavimət diridir və diri də qalacaqdır. Qəzza qalib oldu.", - deyə o Həzrət bildirdi.

İnqilab Rəhbəri müqavimət olan yerdə İlahi köməyin gəlməsini bir qanun olaraq vurğuladı:
"Bu, ilahi bir qanundur, Allahın saleh bəndələri harada müqavimət göstərsələr, qələbə orada qaçılmazdır. Allahın əzəldən müəyyən etdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda heç vaxt bir dəyişiklik tapa bilməzsən." (Fəth, 23)