İki tanınmış hakim Höccətül-İslam vəl-müslimin hacı Şeyx Əli Razini və Hacı Şeyx Məhəmməd Müqeysənin şəhadəti ilə bağlı İnqilab Rəhbərinin başsağlığı mesajı.
İnqilab Rəhbərinin mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Mücahid alim Höccətül-İslam vəl-müslimin cənab Şeyx Əli Razininin və onun şücaətli hakim həmkarı olan cənab Hacı Şeyx Məhəmməd Müqeysənin şəhadəti münasibətilə onların əziz ailələrinə təbrikimi bildirir, eyni zamanda bu böyük itkiyə görə başsağlığı verirəm.
Şəhid Razini daha əvvəl də düşmənlərin sui-qəsd cəhdinə məruz qalmış və uzun illər boyunca aldığı yaraların ağrısını dözüb qatlaşmışdı.
Allahın rəhməti və razılığı onların hər ikisinə, həmçinin bu itkilərə güzəşt göstərən səbirli ailələrinə nəsib olsun.
Seyid Əli Xamenei
18.01.2025