İnqilab Rəhbərinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Allaha şükür ki, illər boyu mübarək namaz iclası silsiləvari şəkildə davamlı olub və cənab Möhsün Qiraətinin (elm və bərəkəti daimi olsun) ixlaslı səyi bərəkət gətirdi. Gözlənildiyi kimi, bu fəaliyyətlər davam etdi və onun bərəkətlərinin bundan sonra da davam edəcəyinə ümid var.

Mənim qəti tövsiyəm birincisi, namazın vaxtında qılınması, ikincisi isə (Allaha) diqqət və hüzuri-qəlbin qorunub saxlanılmasıdır. Namaz qılan şəxs bilməlidir ki, o, bütün varlıq aləminin sahibi və Qiyamət gününün hökmdarı ilə danışır. Bu iki xüsusiyyətə malik olan namaz, namaz qılanın qəlbinə və ruhuna, eləcə də fərdi və ictimai fəaliyyətlərinə təsir göstərir. Gənclər bu tövsiyədə digərlərindən daha çox nəzərdə tutulub. İlahi tövfiqin (uğurun) onların halına şamil olmasına ümid var.

Allahın salam və rəhməti üzərinizə olsun.

Seyid Əli Xamenei

25.12.2024