Ayat namazı iki rükətdən ibarətdir və hər rükətdə beş rüku və iki səcdə var. Onu bir neçə formada yerinə yetirmək olar:

Birinci forma: Hər rükətdə beş dəfə "Həmd" surəsi və ondan sonra hansısa bir surə oxunur. Yəni niyyət və təkbirətül-ehramdan sonra bir Həmd və sonra tam bir surə oxuyub rükuya gedir. Rükudan qalxandan sonra yenidən Həmd və bir surə oxuyub ikinci rükuya gedir, beləliklə beş rüku tamamlanır. Sonra səcdə edir və iki səcdədən sonra ikinci rükəti də eyni qaydada yerinə yetirir. İki səcdədən sonra təşəhhüd və salam verir.

İkinci forma: Hər rükətdə yalnız bir dəfə Həmd və bir surə oxunur. Bu halda surə beş hissəyə bölünür. Niyyət və təkbirətül-ehramdan sonra Həmd və digər surənin bir hissəsini (istər bir ayə olsun, istərsə də ondan az və ya çox) oxuyub rükuya gedir. Rükudan qalxandan sonra Həmd surəsini oxumadan ikinci surənin ikinci hissəsini oxuyur və yenidən rükuya gedir. Bu qayda ilə hər rükuda surənin bir hissəsini oxuyaraq davam edir, beşinci rüku isə surə tamamlandıqdan sonra yerinə yetirilməlidir. Sonra səcdə edir. İkinci rükət də eyni şəkildə qılınır və sonda təşəhhüd və salam deyilir.

Risaleyi-namaz və oruc, məsələ 673