İslam İnqilabının Ali Rəhbərinin Əlborz vilayətinin 5580 şəhidinin anım konqresinin təşkilatçıları ilə çərşənbə axşamı Kərəcdə bu tədbirin keçirildiyi məkanda söylədiyi çıxış yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə Müqəddəs Müdafiə dövrünün maraq və dəyərlərinin gənc nəslə ötürülməsini mövcud şəraitdə mühüm işlərdən biri kimi qiymətləndirərək bildirdi:

“Bugünkü gənclərimiz yaxşı gənclərdir və baxmayaraq ki, onların zehninə müxtəlif məzmun və anlayışların ötürülməsi üçün çox inkişaf etmiş imkanlar mövcuddur, amma onlar dini kimliklərini qoruya biliblər. Bu potensialdan dəyərlərin gənclərə ustalıqla ötürülməsi üçün istifadə olunmalıdır.”

İnqilab Rəhbəri Müqəddəs Müdafiə dövründə döyüşçülər arasında Allahla görüşə (liqaullah) şövqün və dini vəzifə hissinin mövcudluğunu həmin dövrün onlarla dəyər və maraqlarından bəziləri kimi qeyd edərək vurğuladı ki, bu maraq və hissələrin sönməsinə imkan verilməməlidir.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrünün dəyər və maraqlarının yeni nəslə ötürülməsinin ustalıqla fəaliyyət və fasiləsiz səylər tələb etdiyini vurğulayaraq qeyd etdi:

“Bütün çətinlik və problemlərə baxmayaraq, ölkədə İslam və İnqilab yolunda irəliləmək üçün çoxlu müsbət nöqtələr və geniş hazırlıqlar mövcuddur ki, onlar gücləndirilməlidir.”