İslam İnqilabının Rəhbəri bazar günü 28.07.2024-cü il tarixdə İran millətinin doktor Məsud Pezeşkiana verdiyi səsə uyğun olaraq onu prezidentliyə təyin etdi. Bu təsdiqin mətni bir neçə dəqiqədən sonra dərc olunacaq.
Bağışlayan və mehriban Allahın adı ilə
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین.
Yeni seçilmiş Prezidentin təsdiqləndiyi gün və mərasim qalın və dolğun məzmunlu bir kitabın son səhifəsidir ki, əziz İran milləti və bu işdə zəhməti olanlar bu həyəcan dolu seçkilərin vasitəsi ilə bunu hazırladı və İranın iftixar lövhəsində həmişəyaşar etdi. Allaha şükür edirik ki, 14-cü prezident seçkiləri mərhum şəhid prezidentimiz cənab Rəisinin itkisindən qaynaqlanan ümumi hüzn atmosferinin mövcudluğu ilə yanaşı, ən yaxşı şəkildə baş tutdu. Bu seçkilərin aram, sağlam və rəqabətli olması, eləcə də seçkilərdən sonra rəqiblərin yeni seçilən Prezidentlə əxlaqi rəftarları çox təqdirəlayiq idi. Bu, ölkə üçün böyük bir imtahan idi ki, əlhəmdulillah, bu imtahan uğurla həyata keçdi və onun şirin nəticəsini, inşallah, İran milləti dadacaqdır.
Mən Prezidentin möhtərəm nəzarətçisi cənab Müxbir və heyətinin təqribən bu iki ay müddətində ölkə məsələləri üzrə idarəçilikdəki rolunu xatırlatmağı zəruri hesab edir və bu cənablara öz təşəkkürümü bildirirəm. Onlar mühüm bir rol ifa etdilər və Allahın fəzli ilə ölkəni aram bir vəziyyətdə və xalqın yaxşı ictimai ruhiyyəsi ilə seçkilərə çatdırmağı, eləcə də seçkiləri sona qədər ən yaxşı formada saxlamağı bacardılar.
Bizim, əlhəmdulillah, ölkədə sağlam rəqabətlə yanaşı olan bir xalqmehvərliyimiz vardır. Mənim əzizlərim! Bu gün ölkədə mövcud olan bu xalqmehvərlik asan və rahat formada ələ gəlməyib. Bu xalqmehvərlik xalqın ölkədə keçmişdə mövcud olan namünasib və müsibət dolu bir vəziyyət qarşısındakı qiyamının nəticəsidir. Böyük şəxsiyyət olan İmam Xomeyni inqilabın qələbəsinin ilk günündən tam qətiyyətlə ölkədə bənzəri görünməmiş bir işi təyin etdi və o da xalqın ölkə məsələlərinə müdaxilə etməsi, bu məsələlərdə iştirakı və təsir etməsi idi. Alicənab İmam Xomeyninin gördüyü bu böyük bir iş ölkəmizin tarixində ən mühüm hadisələrdən biridir.
İran milləti İmam Xomeyninin rəhbərliyi ilə xalqmehvərliyə yiyələnməzdən qabaq bizim əlimizdə təkcə "Məşruiyyət" təcrübəsi var idi və bu təcrübə də nakam bir təcrübə idi. Məşruiyyət hadisəsində xalq mücadilə etdi, səy göstərdi, şəhid verdi, çoxlu mübarizələr olundu, lakin qüdrətli, nüfuz sahibi və xalqmehvər rəhbərin olmamağından, təqribən, elə ilk günlərdən ölkədə xaos yarandı, xaricilər müdaxilə etdilər, daxildəki özbaşınalar meydana daxil oldular və nəticədə ölkə, təqribən, on beş il xaos içərisində qaldı, daha sonra isə radikal Rza şah diktatorluğu iş başına gəldi. Yəni Məşruiyyət hökmünün imzalanması ilə xaricilərdən asılı olan qəddar Rza şah diktatorluğunun iş başına gəlməsi arasında, təqribən, on beş ildən artıq fasilə olmadı. Rza şah Pəhləvinin iş başına gəlməsi ilə İran millətinin bütün zəhmətləri puça çıxdı.
Birinci Pəhləvi hökumətinin mühüm səciyyə və əlaməti (bu hökumətin, təqribən, dörd ili Baş nazir, Silahlı Qüvvələrin Komandirinj idarəçiçiyi və s. şəklində, ondan sonra isə səltənət və padşahlıq formasında idi) bir tərəfdən kəskin diktatorluq, məzlum qətlə yetirmək və millətə təzyiq göstərmək, bir tərəfdən də xarici qüdrətlər qarşısında zillət, itaət və təsir qəbul etmək idi. Rza şahı ingilislər hakimiyyətə gətirdilər və istər siyasətdə, istər mədəniyyətdə və istərsə də ölkənin idarəçilik formasında onların istədikləri hər bir şey baş tutdu. Onların istədikləri ölkədə həyata keçdi, yəni milli mənafe qarət edildi, bitmək üzrə olan zalımcasına neft müqaviləsi otuz il uzadıldı, xalqla sərt rəftar olundu, xalqı yatızdırdılar. Xalqın hərəkətində mühüm bir amil olan dinlə, dindarlıqla və ruhaniliklə birbaşa və açıq-aşkar mübarizə edildi. Sonra axır dönəmlərdə onlar Rza şahın alman Hitlerə meyli yarandığını hiss etdiklərində (İkinci Dünya müharibəsinin başlaması və irəriləməyin gəstəricisi olan Almaniyanım hərəkətləri ilə onda maraq yaranmışdı) onu hakimiyyətə gətirən həmin ingilislər onu hökumətdən kənarlaşdırdılar. Rza şahı sürgün etdilər və nalayiq oğlunu onun yerində otuzdurdular və beləliklə də, həmin siyasətlər davam etdirildi. Məhəmmədrza şah da eynilə atasının yolunu davam etdi, yəni xalqa şiddətli zorakılıq, daxili təzyiqlər, İranın milli mənafeyi və məxsusən də neftinə yiyələnməkdə xaricilərə kömək etmək, onların siyasətləri müqabilində zillət göstərmək (bu sözləri bir zamanlar biz deyərdik, sonralar Pəhləvi ailəsi və onların yaxınlarının xatirə kitabları yayıldıqda gördük ki, bizim bildiyimiz və dediyimiz sözləri onların özləri təsdiq edirlər), xaricilərin göstərişi ilə Baş nazirin təyin edilməsi, hansı növ silahların alınmasının müəyyən olunması, neft satışının növü, bunların hər birinin qiyməti və ölkənin mühüm olan başqa idarəçilik məsələlərinin xaricilərdən asılı və onların öhdəsində olması, xalqa qeydsiz-şərtsiz təzyiq göstərilməsi onların siyasi vəziyyəti idi. Bunlar və bu məsələlərə diqqət etmək mühümdür. İş o yerə çatdı ki, Məhəmmədrza Pəhləvi istisnai şəkildə xalqın öz seçimi ilə meyadana gələn milli bir dövləti dağıtmaq üçün amerikalılara və ingilislərdən kömək istədi ki, İranda çevriliş etsinlər. Onlar da çevriliş etdilər və milli dövləti aradan apardılar.Yəni bundan daha artıq və daha açıq-aydın bir xəyanət təsəvvürə gəlməz! Bu gün sizin İranda müşahidə etdiyiniz həmin xalqmehvərlik İran millətinin belə bir vəziyyət müqabilində qiyamının nəticəsidir. İran milləti ölkənin idarəçilik işlərinə müdaxilə etməyi heç vaxt təcrübə və imtahan etməmişdi. İslam inqilabı bunu bizim görkəmli və bənzəri olmayan İmam Xomeynimizin əli ilə İran millətinə hədiyyə etdi. Bu xalqmehvərliyi və xalqın dövlətin idarəçilik məsələlərindəki hüzurunun qədrini bilmək lazımdır.
Bizim bu qırx neçə il müddətində İslam Respublikasında onlarla seçki keçirilibdir. İslam Şurası Məclisi seçkiləri, prezident seçkiləri, müxtəlif şuraların seçkiləri, Xübrəqan Məclisi seçkiləri, Konstitusiya seçkiləri, Rəhbərlik seçkiləri —bunların hamısı rəqabətlə, salamatlıqla, xalqın bəzən az, bəzən də çox izdihamlı iştirakı ilə baş tutmuşdur. Bu, birici dərəcəli əhəmiyyət kəsb etmir. Birinci dərəcəli əhəmiyyət kəsb edən mövzu xaqlın izdihamlı iştirakıdır. Xalq yüksək ruhiyyə ilə seçki məntəqələrinə gəlib səs verirlər. Bu məsələ həmişə həyata keçmiş və indi də mövcuddur.
Əlhəmdulillah, bu son seçkilər də yaxşıca həyata keçdi və xalq, əlhəmdulillah, layiqli prezidenti seçdi.Yeni Prezidentin bu gün seçib danışdığı çıxış möhkəm və dərin olmaqla həqiqi İslami xalqmehvərliyə əsaslanmadan xəbər verirdi. Ümid edirik ki, inşallah, Allah-təala ona kömək etsin. Bizim hər birimiz öz həddimizdə ona kömək etməliyik ki, o və dövləti bu böyük işləri həyata keçirə bilsin. Xülasə, bu bizim əsas mövzu barədəki mətləbimiz idi.
Mən həm dövlətə və inşallah, mühüm vəzifələrə təyin olunacaq məmurlara, həm də ümumxalqa və hər birimizə bir neçə tövsiyə etmək istəyirəm.
Birinci tövsiyə! Bizim ölkəmiz böyük bir ölkədir, millətimiz böyük bir millətdir. Millətimiz arasında düşüncə, ruhiyyə, təcrübə və yeni nəzərlərə sahib olanlar saysız-hesabsızdır. İnsan onların hər birinin ayrı-ayrılıqda söhbətlərinə qulaq asdıqda müxtəlif təbəqələrə mənsub müxtəlif insanların danışıqlarında o qədər yeni söz, yeni fikir və ümumiyyətlə, yenilik eşidir ki, heyrət içində qalır. Məktub formasında verilən təkliflər, əyani surətdə deyilən sözlər, etiraz ünvanında danışılanlar, təklif ünvanında irəli sürülən nəzərlər- bütün bunlar insan üçün yeni düşüncəndən, (müxtəlif sahələrdə) yenilikdən, gələcək üçün yaxşı təcrübə və problemlərin həlli istiqamətində yolun açılması baxımdan müjdədir. Bu, ölkəmizin sahib olduğu imkanlardır. Mən bildirirəm ki, bu, böyük və milli bir sərvətdir və bundan istifadə olunmalıdır. Möhtərəm dövlət və hörmətli Prezident, inşallah, xalq üçün, xalqla bərabər və xalqın içində bu böyük insan resurslarından istifadə edəcəkər və ondan qeyd etdikləri hədəflər və getmək istədikləri yol istiqamətində yararlanacaqlar.
Əlbəttə, bu insan resurslarının kənarında çoxlu sayda təbii və maddi sərvətlər mövcuddur. Ölkəmizin təbii sərvətləri indiyə qədər bəhrənləndiyimiz və istifadə etdiyimiz həddən olduqca çoxdur. Bunlardan olduqca çoxdur. Biz bu insan resurslarına və təbii sərvətlərə əsaslanaraq böyk işlər həyata keçirə bilərik. Bunun şərti yüksək himmətə sahib olmağımız, işləri ciddiyyətlə təqib etməyimiz və inşallah, yaxşı həmkarlar seçməyimizdir. Bu bizim ilk tövsiyəmizdir.
Növbəti tövsiyə cihadi iş (könüllü şəkildə gecə-gündüz bilmədən görülən iş) haqdadır. Mən deyirəm ki, cihadi iş ilə problem yığılıb meydana gəlmiş dağları yerindən qoparmaq olar. Cihadi iş nə deməkdir? Yəni yorulmamaq, tərdidsiz və minnətsiz iş görmək, hədəfi insani və İlahi vəzifəni yerinə yetirmək kimi müəyyən etmək və irəliləməkdir. Bu, cihadi işdir. Əlbəttə, burada qanuni və idarəçilik xarakterli qayda-qanunlar mövcuddur və bunlara riayət olunmalıdır, lakin cihadi iş görülən işin keyfiyyət və növüdür. İstər cihadi, istərsə də qeyri-cihadi şəkildə yüz faiz qanuni iş görmək olar. Bir çoxları zahiri qanunlara riayət etsələr də, iş qabağa getmir, həyata keçmir. Möhtərəm cənan Prezident bir neçə gün bundan öncə, bəzi idarəçilik sahələrində vəzifə daşıyan, öhdəsində məsuliyyət olan insaların olmasına baxmayaraq, onların səhərdən axşama kimi gördüyü işlərin məhsulunun nəzərə çarpacaq qədər faydalı olmaması və görülən işlərin dərdə dəyməməsi haqda mənimlə söhbət edirdi və dedikləri də doğru idi. Cihadi iş bunun tam əksinədir. Biz cihadi iş ilə ölkədə böyük işlər gördük. Bizim səkkiz illik Müqəddəs Müdafiə illəri cihadi işlə irəli getdi, bu otuz-qırx il ərzində düşmənin mürəkkəb və növbənöv məkirli planları cihadi işlə zərərsizləşdirildi. Şəhid Rəisi (Allah ona rəhmət eləsin) cihadi işin əhli idi. Həqiqətən də, gecə-gündüz bilmirdi və sözün həqiqi mənasında gördüyü bu işlər üçün əhsən və afərin deyilmələrin dalınca deyildi. Biz bunları yaxından gördük, hiss etdik. Həqiqi mənada çalışırdı, fəaliyyət göstərirdi, əlindən gələn hər bir şeyi yerinə yetiridi və əksəriyyət də bunu başa düşmürdü. Yəni xalqın gözü önündə olan işlər deyildi. Bununla belə iş görürdü. Bu da bizim cihadi şəkildə iş görmək, mücahidliklə meydana daxil olmaq və uzaqdan işləri kontrol etməkdən çəkinməkdən ibarət olan növbəti tövsiyəmiz idi. Bir müdir işləri uzaqdan kontrol etmək istəyirsə, bu alınası deyildir. İşin içinə girməlidir.
Başqa bir tövsiyə ölkənin fundamental məsələlərində həmkarlığın olmasıdır və bunsuz iş görmək olmaz. Məclis dövlətə kömək etməli və dövlət də Məclisin həssas olduğu məsələlər üzərində hesab açmalıdır. Ali Məhkəmənin ehtiyac duyulan hər bir yerdə fəal şəkildə müdaxiləsi olmalıdır. Silahı Qüvvələr dövlətin və millətin ehtiyaclı olduğu hər bir yerdə öz vəzifələrinə uyğun iştirak etməlidir. Bir sözlə, hər kəs bir rol ifa etməlidir. Hər üç qüvvənin rəhbərlərindən ibarət bu iclaslar çox yaxşı bir fürsətdir. Mən əvvəllər də bu üç qüvvənin rəsilərinə tövsiyələr etmişəm və indi də burada iştirak edən cənablara tövsiyə edirəm ki, bu üç qüvvə rəhbərlərinin iclasları və fikir mübadiləsinə ciddi yanaşın. Bu iş olduqca yaxşı bir işdir və illərlə istifadə etdiyimiz təcrübəmizdir.
Başqa bir tövsiyə də üstünlük və birinciliklərə riayət etməkdir. Əlbəttə, hər kəs bilir ki, mən mədəniyyət məsələlərində çox həssasam. Mədəniyyət və ictimai məsələlər çox mühümdür və bəlkə də, hər şeydən çox əhəmiyyət kəsb edirlər. Lakin bu gün zaman baxımından üstünlük iqtisadi məsələrdədir. Təqib olunası güclü və hesab-kitab olunmuş bir iqtisadi dəyişikliyə ehtiyac vardır. Əlbəttə, öncəki dövlətdə bəzi mühüm işlər görüldü. Bu davam etdirilməli və buna əlavə işlər də artırılmalıdır.
İqtisadi məsələlərdə həm ümumi məsələlər bucağından bu mövzularla məşğul olmaq olar (milli pulun dəyər məsələsi, istehsal məsələsi, sərmayə yatırmaq məsələsi, ticarət və biznes mühitinin yaxşılaşdırılması və bir sözlə, əsaslı və ümümi işlər), həm də təcili və qısamüddətli iş sayılan xalqın ümumi məişəti baxımından da işlər görmək olar və inşallah, baş tutar da. Əlbəttə, hər iki zəmində işlər görülüb və yaxşıdır ki, davam etdirilsin.
Digər bir tövsiyə də seçkilərdən qaynaqlanan ümumi hisslərin hakim olduğu atmosferlə bağlıdır. Bu tövsiyənin müxatəbləri cəmiyyətin fərdləri, siyasi və ictimai fəallardır. Əlbəttə, seçkilər, əsasən, qarşıdurma yaradan bir amildir. Seçkilərdə şəxslər məsələnin iki tərəfində yer alırlar və qarşıdurmalar meydana gəlir. İkiqütblük vəsvəsələrinə etina etmək və ondan təsirlənmək olmaz. Bu mənim israrla etdiyim tövsiyədir. Seçkilər zamanı şəxsləri bir-birinə qarşı mücadilələrə sürükləyən hisslər davam etməməlidir. Bunun davam etməsinə imkan verməyin. Seçkilərin xüsusiyyəti budur, təbii ki. Biri səs toplayır, digəri toplaya bilmir. Bu, seçkilərin nəticəsidir. Seçkilər bu deməkdir. Məsələn, bir nəfər sizin seçmək istədiyiniz şəxsdir və səs toplayır, başqa bir nəfər də digərlərinin seçmək istədikəri şəxsdir və o, səs toplaya bilmir. Bu, təbiidir və kin-küdurətə, ixtilaf və ayrılığa səbəb olmamalıdır. İslam Respublikasında inqilabın ilk günlərindən müxtəlif zövqlər, müxtəlif meyillər yuxarı qalxmış, aşağı enmişdir. Bəziləri bu gün səs topladılar, sabahkı günü digərləri və bunun əksi də eyni qayda ilə. Bu məsələ "Biz bu (qələbə və məğlubiyyət) günlərini insanların arasında növbə ilə dolandırırıq", ayəsinin bir nümunəsidir. Bu bir imtahandır. Mən qeyd edirəm ki, baş verən bütün bu imtahanlarda İran milləti qalib olub və bizim məğlubiyyətimiz yoxdur. Meydana daxil olan, müəyyən bir namizədi dəstəkləyən insanlar həmin namizəd səs toplamadıqda məğlub olmadılar və bunlar da qalibdirlər. Bunlar da İran millətinin bir hissəsidir və İran milləti də qalibdir. Buna görə də seçkilər zamanı mücadilə və mübahisələr əsnasında meydana gəlməsi mümkün olan kin, inciklik və həsrətlər davam etməməlidir. Nə öz namizədi səs toplayan şəxs özünü üstün bilməli, nə də namizədi səs toplaya bilməyən şəxs məğlubiyyət hissi yaşamalıdır. Heç biri, yəni nə birincisi üstünlük hiss etməli nə də ikincisi məğlub olduğunu düşünməlidir. Bu da bizim digər bir tövsiyəmiz idi və bu tövsiyə də bütün siyasi, ictimai və seçkilərdə olan fəallara ünvanlanır.
Sonrakı tövsiyə "Ölkənin daxili imkanlarının qədrini bilmək və bu daxili imkanlara söykənmək" dən ibarətdir. Bu tövsiyənin müxatəbi möhtərəm dövlət rəsmiləridir ki, inşallah, ölkə məsələlərinin idarəçilyi, istiqamətləndirilməsi və inkişafı onların öhdəsindədir. Onlar daxili imkanlara əhəmiyyət versinlər. "Biz bacararıq" şüarı daimi bir şüar olaraq həmişə qüvvədə qalsın. Doğrusu da elə budur. Təbii ki, bu söz bizim xarici imkanlardan istifadə etməyəcəyimiz mənasında deyil. Heç bir ağılı olan şəxs bu sözü deməz. Əlbəttə, bütün imkanlardan istifadə olunmalıdır. Daxili, xarici imkanlardan və dostlardan istifadə olunmalıdır. Bəzən də düşmənlərimiz xeyrimizə tamamlanan bir hərəkət edirlər və bundan da istifadə olunmalıdır. Sadəcə, daxili imkanları görməzlikdən gəlmək olmaz. Heç bir daxili məsələni xarici məsələdən asılı vəziyyətdə saxlamaq və ona görə dayandırmaq olmaz. Bu bizim sözümüzdür. Dünya səviyyəsində görə biləcəyiniz hər bir işi yerinə yetirin. Yaxşı işləri, izzətə, şərəfə səbəb olacaq işləri görün, lakin daxili imkanlara, qüdrət və yeniliklərə etinasız yanaşılmamalıdır. Bu bizim təkidlə vurğuladımız məsələdir və bunun da misalları çoxdur.
Bir tövsiyə də xarici siyasətlə bağlıdır. Xarici siyasət haqda demək istədiyim ilk məqam budur ki, dünyada və məxsusən də regionda yaranan dalğalar, baş verən hadisələr müqabilində ölkənin münasibəti fəal və təsiredici olmalıdır, nəinki təsir qəbul edən. Dünyada baş verən hadisələrdə istər siyasi, istər elmi və istərsə süni intellekt kimi fövqəladə elmi inkişaf və yeniliklərə qarşı münasibət fəal şəkildə olmaldır. Təsiredici formada münasibət göstərin, təsir qəbul etmək formasında deyil. Dünyada və regionda baş verən hadisələrə etinasız yanaşmaq düzgün deyil. Qarşıya çıxacaq hər bir hadisəyə nisbət bizim mövqeyimiz vardır. Bu mövqeni birbaşa, aydın şəkildə, qüvvət və mətanətlə sərgiləməliyik ki, İslami olan İranın bu mövzuda nə dediyini dünya bilsin və başa düşsün. 13-cü dövlət bu sahədə yaxşı çalışırdı. Allah xidmət yolunda şəhid olan Abdullahiyana rəhmət eləsin, həqiqətən, yaxşı bir diplomat və müzakirə əhli idi, yaxşı fəaliyyət göstərirdi. Biz onun işlərinə yaxından müşahidə edirdik. Yaxşı hərəkət edirdi, yaxşı iş görürdü. Bu iş bə və fəaliyyət, inşallah, davamlı olar.
Xarici siyasətlə bağlı deyilən sözlərdən biri budur ki, bizim xarici siyasətdə nəzərdə tutduğumuz birincilik varımızdır. Xarici siyasətimizdə birinci sırada dayan ölkənlərdən biri qonşu ölkələrdir. Biz çoxlu sayda qonşu ölkələrə sahib bir ölkəyik və bu ölkənin imtiyazlarından biridir. Ətrafımızda, təqribən, on dörd ölkə mövcuddur. Bu bizim üçün bir imtiyazdır. Biz qonşu ölkələrlə əlaqələr zəminində iş görməli və çalışmalıyıq. Bu bizim siyasətimizdə birinci sırada yer alan mövzulardan biri idi.
Xarici siyasətimizdə birinci sırada yer alan ölkələrdən biri də bizim diplomatik ərsəmizi genişləndirə biləcək ölkələrdir. Məsələn, Afrika və Asiya ölkələri. Bu ölkələr bizim diplomatik ərsəmizi genişləndirən dövlətlərdir. Bu ölkələr də (xarici siyasətimizdə) birinci sırada yer alırlar.
İstər BMT-də, istər BMT-dən kənarda, istər əməli surətdə istər iqtisadi əməkdaşlıq baxımından və s. bizi təzyiqlər müqabilində dəstəkləyən, bizə kömək edən ölkələrlə möhkəm əlaqə yaratmaq xarici siyasətimizdə birinci sırada yer almalıdır. Biz onlara minnətdarlıq bildirməli, onlarla əlaqələri möhkəmləndirməliyik. Bu bizim xarici siyasətdə birinci sırada yer alan məsələlərdəndir və bunun kimi birinci sırada yer alan başqa məsələlər də mövcuddur.
Əlbəttə, belə də deyil ki, bəzi Avropa ölkələrə qarşı (biz onları xarici siyasətdə birinci sırada olanlardan qeyd etmədik deyə) müxalif və düşmənçilik xarakterli ruhiyyəmiz vardır.
Avropa ölkələrini xarici siyasətdə birinci sırada qeyd etməməyimin səbəbi budur ki, onlar bu neçə illər müddətində bizimlə yaxşı rəftar etmədilər, sanksiya, neft və bu kimi məsələlərdə bizimlə pis rəftar etdilər. Əgər bu pis rəftarları olmasa, (xarici siyasətimizdə) birinci sırada olanlardan olacaqlar. Əlbəttə, bir neçə ölkə vardır ki, onların əziyyətlərini və inadkar xarakterli rəftarlarını unutmuruq. Bu da həmin məsələ ilə bağlı bir mətləb idi. Bunlar bizim dediyimiz tövsiyələr idi.
Qeyd edəcəyim sonuncu məsələ də bu gün dünyanın birinci məsələsi olan Qəzza məsələsidir. Bir gün Fələstin məsələsi məhz müsəlman ölkələrinin məsələsi idi. Lakin bu gün Fələstin və Qəzza məsələsi ümumdünya məsələsidir. Amerika konqresinin daxilindən BMT və Paris Olimpiadasına qədər bu məsələ yayılmışdır. Sionist rejim ən çirkin bir cinayətkar mafiya çöhrəsini özündə əks etdirir. Bunlar dövlət deyil, cinayətkar, qatil və terrorist bir mafiyadırlar.
Bunlar terror, qəsavət və qeyri-adi cinayətdə dünyada bəşərin cinayətkarlıq tarixində yeni bir səhifə açdılar, yeni bir hədd icad etdilər. Bu gün sionistlərin ağır bombaları bir güllə belə olsun, atmayanların, yəni beşikdə olan körpələrin, beş-altı yaşlı uşaqların və qadınların başına yağdırılır. Bomba bunların başlarına yağdırılır, axı, nə üçün? Bu cinayət tarixdə bənzəri olmayan bir cinayətdir.
Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Düşmən sionist rejim Amerika və bəzi xəyanətkar dövlətlərin kəmərlərinə baxmayaraq, müqavimət qüvvələrini diz çökdürə və məğlub edə bilmədilər. Sionistlərin elan etdikləri hədəf HƏMAS-ın kökünü kəsmək idi. Bu gün Fələstində Həmas, İslami Cihad və ümumilikdə müqavimət tam qüdrətlə dayanıqlıq göstərir. Müqavimətə heç nə edə bilmirlər, (ona görə də) Qəzzanın məzlum xalqının başına bomba yağdırırlar. Dünya bu hadisə qarşısında daha ciddi qərara gəlməlidir. Dövlət və millətlər, siyasi şəxsiyyətlər və təfəkkür sahibləri müxtəlif meydanlarda ciddi qərar qəbul etməlidirlər. O zaman həmin bu baxışla insan baça düşür ki, Amerika Konqresi bu cinayətkarın nitqinə qulaq asmaqla özü üçün böyük necə bir rüsvayçılığa yol açdı. Bu, böyük bir rüsvayçılıqdır.
Ümidvarıq ki, Allah-təala məzlum Fələstin millətini qalib etsin və ümidvarıq ki, Allah böyük, əziz və yüksək ruhiyyəyə sahib İslami İranın millətini öz ali hədəfinə çatdırsın. Allah-təaladan səmimi-qəlbdən istəyirik ki, yeni əziz Prezidentimizə və təşkil olunacaq yeni dövlətə tövfiq versin ki, maraqlarında və ardınca olan, əvvəlcədən də elan etdikəri işləri və bu ali hədəfləri həyata keçirsin və İran millətini başıuca etsinlər. Allah-təaladan alicənab İmam Xomeyninin, şəhidlərin, şəhid Süleymaninin, şəhid Rəisi və onunla bərabər olanların pak ruhlarının ali dərəcələrə yüksəlməsini diləyir və ümid edirik ki, Allah bizləri də şəhidlərin karvanına qovuşdursun.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.