Tehranda İmam Xomeyni adına müsəllada İnqilab Rəhbərinin imamlığı ilə cümə namazı qılındı və bununla yanaşı müqavimət bayraqdarı olan şəhid Seyid Həsən Nəsrullahın anım mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbəri tərəfindən 4 oktyabr cümə günü Allah yolunun mücahidi və İslam ümmətinin əziz Seyidi Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və onunla birgə şəhid olanların, o cümlədən şəhid General Nilfuruşanın anım mərasimi Tehran saatı ilə 10:30-da İmam Xomeyni adına olan müsəllada keçirildi.
Bu mərasimin davamında Qüds və Fələstin müqaviməti və azadlığının bayraqdarı Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullahın məzlumcasına şəhadəti, Fələstinin İslami müqavimət döyüşçüləri Əqsa Tufanı hadisəsinin birinci ildönümü ərəfəsində 4 oktyabr tarixində Tehranda İmam Xomeyni adına müsəllada İnqilab Rəhbərinin imamlığı ilə cümə namazı qılındı.
Bu görüşdə Ayətullah Xamenei Nəsrullahı yad etməyi zəruri hesab etdiyini bildirdi:
"Qardaşım, əzizim, iftixar səbəbim, İslam dünyasının sevimli siması, regional millətlərin danışan dili, Livanın parlayan gövhəri cənab Seyid Həsən Nəsrullahı (Allah ona rəhmət eləsin) Tehran cümə namazında ehtiramla yad etməyi zəruri hesab etdim".
İnqilab Rəhbəri Nəsrullahın şəhadətinin böyük itki olduğunu söylədi:
"Hamımız Seyid Həsən Nəsrullahın şəhadətinə görə müsibət görmüş və əzadarıq. Bu, böyük bir itkidir və ciddi şəkildə bizi əzadar etdi".
O Həzrət Seyid Həsən Nəsrullahın şəhadətilə bağlı əzadar olmağın durğunluq mənasında olmadığını vurğuladı:
"Əzadarlığımız naümidlik və pərişanlıq üzündən deyil. Əzadarlığımız eynilə Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin əzadarlığı kimidir. Bu əzadarlıq dirildən, dərs verən, şövq və ümid yaradan əzadarlıqdır".
Daha sonra İnqilab Rəhbəri Nəsrullahın yolunun aramızda qalacağını bildirərək belə buyurdu:
"Seyid Həsən Nəsrullahın cismi aramızdan getsə də, onun yolu və səsi aramızda qalacaqdır. O, zalım iblislər müqabilində müqavimətin bayrağı, məzlumların səlis danışan dili və şücaətli müdafiəçisi idi".
O Həzrət Nəsrullahın məhəbbətinin məntəqəni ötüb keçdiyini bildirdi:
"Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.
Ayətullah Xamenei şəhid Seyid Həsən Nəsrullahın bugünkü mesajının nə ola biləcəyinə toxunaraq bildirdi:
"Şəhid Nəsrullahın dünya həyatında Livan millətinə verdiyi mesaj bu idi ki, İmam Musa Sədr, Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətləri itirməklə naümid olmayın, gücünüzü artırın. Həmçinin təcavüzkar düşmən qarşısında müqavimət edin və onu öz istəklərindən nakam edin. Mənim əzizlərim! Vəfalı Livan milləti! Hizbullah və Əməl təşkilatının ruhiyyəli cavanları! Mənim övladlarım! Bu gün də bizim şəhid seyidimizin öz milləti, müqavimət cəbhəsi və bütün İslam ümmətindən istədiyi şeylər bunlardır".
Ayətullah Xamenei düşmənin xalqlardan niyə intiqam aldığına toxundu:
"Çirkin və aciz düşmən Hizbullahın, HƏMAS və İslami Cihadın möhkəm təşkilatına ciddi zərbə vura bilmədiyi üçün dinc və sivil insanları terror və qətliam etməyi öz qələbələri kimi qələmə verirlər".
İnqilab Rəhbəri qətliamların axırının xalqların baş qaldırması ilə nəticələnəcəyini bildirdi:
"Dinc əhalinin qətliam və bombardman olunması insanların ruhiyyəsinin artmasına və canından keçmiş insanların daha da baş qaldırmasına, həmçinin qaniçən canavarın mühasirə dairəsinin daha da daralması və nəhayət, vücudunun varlıq aləmindən məhv olmasına səbəb olacaqdır".
O Həzrət dağlanmış qəlblərin Allahı yad etməklə hüzur tapdığını qeyd etdi:
"Əzizlər! Dağlanmış qəlblər Allahı yad etmək və ondan nüsrət (yardım) istəməklə aramlıq və hüzur tapır, viran olunanlar bərpa olunur, səbr və müqavimətiniz izzət və kəramət vücuda gətirir".
İmam Xamenei sözlərinə belə davam etdi:
"Seyid 30 il çətin bir mübarizənin başında yer almışdı. O, Hizbullahı addım-addım irəli apardı. Quranın buyurduğu kimi "Onların İncildəki vəsfi isə pöhrələrini çıxardığı və gücləndirdiyi, nəhayət, qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir".
İnqilab Rəhbəri Hizbullahın məntiqli formada inkişaf etdiyini bildirdi:
"Seyid Həsən Nəsrullahın tədbiri nəticəsində Hizbullah addım-addım tədricən və məntiqli formada inkişaf etdi və öz varlığının təsirini müxtəlif dönəmlərdə sionist rejimi geri oturtmaqla düşmənlərə göstərdi".
O Həzrət Nəsrullahı Livanın kimlik fəziləti olduğunu bildirdi:
"Hizbullah, həqiqətən də, "Pak ağacdır". Hizbullah, həmçinin onun qəhrəman və şəhid rəhbəri Seyid Həsən Nəsrullah Livanın tarixi və kimlik fəzilətlərinin xülasəsidir".
Ayətullah Xamenei Livana köməyin hamının vəzifəsi olduğunu vurğuladı:
"Yaralı və qana boyanmış Livana borcumuzu qaytarmaq bizim və bütün müsəlmanların vəzifəsidir".
İmam Xamenei Nəsrullahın İslam üçün həyati əhəmiyyətli addım atdığını bildirdi:
"Hizbullah və şəhid Seyid Həsən Nəsrullah Qəzzanı müdafiə və Məscidül-Əqsanın azadlığı üçün cihad etməklə, zalım və qəsbkar rejimə zərbə endirməklə bütün region və bütün İslam dünyasına həyati əhəmiyyət kəsb edən xidmət yolunda addım atdılar".
O Həzrət Amerikanın niyə sionistlərin qanlı siyasətlərini müdafiə etməsinə belə izah verdi:
"Amerika və onun müttəfiqlərinin sionistlərin təhlükəsizliyini qorumağa əsaslanması Qərbi Asiyanın təbii sərvətlərinə yiyələnmək üçündür və bu sərvətlərə qovuşmaq üçün sionistlərin həlak edici siyasətlərinə don geyindirirlər".
Ayətullah Xamenei Amerikanın sionistlərdən mənfəət güddüyünü vurğuladı:
"Amerika və onun müttəfiqləri sionist rejimi Qərbi Asiyadan Avropaya enerji ixracatı və Qərbdən bu məntəqəyə mal və texnologiya idxalatı üçün bir darvazaya çevirib. Bu iş qəsbkar rejimin mövcudluğuna və bütün regionun da ondan asılı vəziyyətdə qalmasına zəmanətdir. Bu isə mümkünsüz bir xəyaldır".
"Hər kəs və hər məcmuə tərəfindən sionist rejimə vurulan zərbə bütün insanlığa olan xidmətdir", – deyə o Həzrət bildirdi.
İnqilab Rəhbəri sionist rejimi Quran təbirilə xəbis ağaca oxşatdı və buyurdu:
"Sionist rejim Quranda Allahın düz buyurduğu kimi "Yerdən qoparılmış və ayaq üstə dayana bilməyən xəbis ağacdır".
"Sionist rejim süni və müvəqqətidir", – deyə İnqilab Rəhbəri qeyd etdi.
İmam Xamenei Amerikanın sionistləri zorla ayaq üstə saxladığını bildirdi:
"Sionist rejimi məhz Amerikanın dəstəkləri sayəsində zorla özünü ayaq üstə saxlamışdır".
Bu qədər xərc müqabilində sionistlərin məğlubiyyətinə toxunan o Həzrət belə qeyd etdi:
"Bir ildir ki, düşmən Qəzza və Livanda bir neçə milyard dollar pul xərcləməyinə, Amerika və bir neçə Qərb dövlətlərinin hərtərəfli köməyindən bəhrələnməyinə rəğmən, bir neçə min mühasirədə olan və hər bir xarici köməkdən məhrum edilmiş mübariz və Allah yolunda cihad edən mücahidlər qarşısında məğlub oldu və yeganə hünərləri dinc əhalini bombardman etmək olmuşdur".
"Cinayətkar sionist banda bu nəticəyə çatıb ki, HƏMAS və Hizbullaha əsla qalib gəlməyəcəkdir", – deyə vurğuladı.
Seyid Əli Xamenei Həzrətləri bu şəhadətlərin hərəkata can verdiyini bildirdi:
"Livan və Fələstinin müqavimətçi xalqı! Şücaətli mübarizlər, səbirli və qədir bilən xalq! Bu şəhadətlər, bu torpağa axıdılmış qanlar sizin hərəkatınızı süstləşdirmir və əksinə, daha da möhkəmləndirir".
"Bu gün də müqavimət regionda bu şəhadətlərlə geri çəkilməyəcəkdir", – deyə sözlərinə belə davam etdi.
"Müqavimət qalib gələcəkdir", – deyə o Həzrət buyurdu.
Həzrət Ayətullah Xamenei Qəzza müqavimətinin dünyanı heyrətə gətirdiyini bildirdi:
"Müqavimət Qəzzada dünyanı heyətə saldı və İslama izzət bəxş etdi. İslam Qəzzada bütün şərr və çirkinliklərə sinə gərdi. Elə bir azad insan ola bilməz ki, bu müqavimətə afərin, amansız və qaniçən düşmənə isə lənət göndərməyə".
Daha sonra İnqilab Rəhbəri müqavimətin sionist rejimi 70 il geri saldığını qeyd etdi:
"Qəzza və Livanın bir illik müqaviməti qəsbkar rejimi elə bir həddə çatdırdı ki, indi onun ən mühüm narahatlığı öz varlığını qorumaqdır. Yəni bu rejimin nəhs vücuda gəldiyi ilk illərdə olduğu kimi. Bu o deməkdir ki, müqavimət sionist rejimi 70 il geri saldı".
O Həzrət bu regiondakı müharibə və geri qalmağın səbəbini belə açıqladı:
"Bu regionda döyüş, əmniyyətsizlik və geridə qalmağın ən ümdə səbəbi həmin məntəqədə sionist rejimin varlığı və sülh və aramlıq atmosferi yaratmaq iddiasında olan dövlətlərin olmasıdır".
İmam Xamenei məntəqənin əsas probleminin yadelli qüvvələrin olmasını buyurdu:
"Regionun əsas problemi başqalarının müdaxilə etməsidir. Regional dövlətlər burada sülh və əmniyyəti bərqərar etməyə qadirdirlər. Bu böyük və xilasedici hədəf üçün millət və dövlətlərin səy göstərməsi və mübarizə etməsi lazımdır. Bu yolda Allah bu yolu qət edənlərlədir".
Sonda İnqilab Rəhbəri şəhid komandirlərə salam göndərərək belə xitab etdi:
"Allahın salamı müqavimətin şəhid rəhbəri Nəsrullaha olsun.
Salam olsun, qəhrəman şəhid Haniyəyə!
Salam olsun, iftixar mənbəyi olan komandir şəhid Qasim Süleymaniyə!