Yüksək elmi istedada malik bir qrup universitet tələbələri bu gün səhər 02.10.2024-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək Həzrət Ayətullah Xamenei ilə görüşüblər.
Həzrət Ayətullah Xamenei bu görüşdə Nəsrullaha görə əzadar olduğunu qeyd etdi:
"Biz bu günlərdə əzadarıq, xüsusən də mən əzadaram. Baş verən hadisə kiçik bir hadisə deyil. Cənab Seyid Həsən Nəsrullahın itkisi balaca bir itki deyil və ciddi şəkildə bizi əzadar etdi".
Məntəqədəki problemlərin kökünə toxunan İnqilab Rəhbəri belə buyurdu:
"Məntəqəmizdəki problemin əsası, yəni münaqişə və müharibələrin mənşəyi elə regionda sülh və əmin-amanlıqdan dəm vuranların olmasından qaynaqlanır, yəni Amerika və bəzi Avropa ölkələrindən söz gedir".
Məntəqədə sülhün şərtinə toxunan o Həzrət sözlərinə belə davam etdi:
"Əgər Amerika və bəzi Avropa ölkələri Qərbi Asiya regionundan öz şərlərini çəksələr, şübhəsiz ki, bu münaqişələr və müharibələr aradan qalxacaq. Region ölkələri birlikdə sülh, aramlıq və afiyət içində yaşaya bilərlər".
Ayətullah Xamenei əl-ələ verib düşmənləri məntəqədən çıxarmağın lüzumununu vurğuladı:
"Ümid edirik ki, Allahın lütfü ilə, İran xalqının böyük səyləri, İslam İnqilabının ilhamı və digər xalqların əməkdaşlığı ilə düşmənlərin şərrini bu məntəqədən uzaqlaşdıraq".
Nəsrullah və Livan barədə tezlikcə danışacağını buyurdu:
"Livan məsələləri, bu böyük və əziz şəhid Seyid Həsən Nəsrullahla bağlı olanları, inşallah, yaxın zamanlarda çıxış edəcəyəm".