İslam Şurası Məclisinin (Milli Məclis) 12-ci dövr və Xübrəqan Məclisinin (Vəliyyi-Fəqihi seçən və ona nəzarət edən şura) 6-cı dövr seçkiləri ərəfəsində bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələri 28.02.2024-cü il tarixdə çərşənbə günü səhər İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bağışlayan və mehriban Allahın adı ilə
Xoş gəlmişsiniz, əziz gənclər, qardaşlar, bacılar və məxsusən məclisdə iştirak edən əzəmətli şəhid ailələri. Hər birinizə xoş gəlmişsiniz deyirəm. Məclis həqiqətdə cavan məclisidir, gənclərin pak və saf qəlblərinin mövcud olduğu məkandır.
Mənim birinci sözüm və qeydim budur ki, siz cavanlar öz gənc səfalı ruhununuzun fütsətindən istifadə edin və bu Şaban ayının mübarək günlərində və daha sonra Ramazan ayında özünüzü Allah-təalaya yaxınlaşdırın, Allahdan istəyin və Allaha təvəkkül edin. Şaban ayından qısa günlər qalıb və ayın əksər hissəsi (artıq) keçdi. Şaban ayı dua, münacat və istiğfar ayıdır. Həmin qalan bir neçə gündə mənim siz əziz gənc bacı və qardaşlara olan ciddi tövsiyəm budur ki, dua, istiğfar və salavatı unutmayın, bunlara qarşı laqeyid yanaşmayın. Dua sizin yaradılış aləminin xaliqi ilə olan ünsiyyətinizi çoxaldır, Allah-təala ilə əlaqənizi gücləndirir. Dua və münacat belədir. Biz istiğfar etdikdə, mənası bu olur ki, yəni xətadan qayıtmaq yolunu seçirəm. Bizim hamımızın səhvlərimiz, xətalarımız və günahlarımız vardır və istiğfar bu xətalar və günahlardan qayıtmaq yolunu seçmək mənasındadır. Şaban ayında da istiğfar üzərində təkidlə dayanılıb. Siz deyirsiniz ki, " Əstəğfürullahə və ətbu iləyh", ətubu iləyh, yəni Allaha tərəf qayıdıram, xəta və günahlarla Allahdan uzaq düşdüm və indi isə Allaha tərəf qayıdıram, Allah bu qayıtmağı qəbul etsin. Muhəmməd və onun ailəsinə salam və salavat göndərəndə həqiqətdə insan üçün ən yaxşı nümunəni yad etməyi, xatırlamağı öz zehnimizdə dirildirik. Bu böyük şəxsiyyətlər bəşərin ən yaxşı fərdi və Pərvərdigarın ən üstün məxluqu idilər. Onların həyatı, onların dərsi, danışığı və rəftarı bizim üçün ülgüdür, (onlar bizim üçün) örnəkdirlər. Biz salavat göndərəndə həqiqətdə onların yadını qəlblərimizdə dirildir. Bəs, bunlar qənimətdir.
Hədislərdə gələn bu dualara biz məsur deyirik. Məsur, yəni Səhifeyi-Səccadiyyə və Məfatihdə gələn bir çox dualar kimi İmamlardan nəql olunan və bizim əlimizə gəlib çatan dualara deyilir. Bu dualarda təkcə Allahdan istəmək, tələb etmək və onunla rabitə yaratmaq deyil, bundan daha artığıdır. Bu dualar maarifə aiddir. Yüksək məzmunlar, İslamın ali maarifi bu dualarda mövcuddur. Bu dualarda bir maarif vardır ki, onları siz başqa heç bir yerdə tapa bilmərsiniz. İmam Hüseynin (ə) Ərəfə günündəki duasında, Səhifeyi-Səccadiyyə dualarında, Şəbaniyyə münacatlarında olan məzmunlar, maarifləri insan başqa heç bir yerdə tapa bilmir. Dualarla üns yaratmaq müsəlman və möminin mərifətini yuxarı qaldırır. (Bunlar) Çox qənimətdir. Beləliklə, bizim birinci qeydimiz bu oldu ki, qəlbinizin nurani olduğu bu fürsəti (təbii ki, qəlbləriniz nuranidir, səfalıdır) qənimət bilin. Şaban ayının və indi gələcək Ramazan ayının və başqa bütün fürsətləri dua etmək, istiğfar etmək, Pərvərdigara və övliyalarınına təvəssül etmək üçün qənimət hesab edin. Bu bizim sizə birinci deyəcəyimiz mətləb.
Özümə zəruri bilib iştirak edən sizlərə və bütün İran millətinə demək istədiyim növbəti mətləb seçkilər məsələsidir. Əlbəttə, seçkilər barəsində həm biz söhbət etmişik, həm başqaları və əlhəmdulillah, görürəm ki, gənclər də müxtəlif mərkəzlərdə, universitetlərdə, prospektlərdə söhbət edirlər, bəhs edirlər, lakin bu haqda bir neçə mətləb də mən qeyd etmək istəyirəm.
Əlhəmdulillah, seçkilərin həyəcan və coşquluğu bütün ölkə boyu müxtəlif yerlərdə müşahidə olunmaqdadır. Seçkilərlərdə iştirak marağı və seçki həyacanı hiss olunandır. Buna görə Allaha şükür etməliyik. Arzu olunan məsələ budur ki, seçkilər (nəinki təkcə iki gün sonrakı seçkilər, əksinə, ölkənin bütün seçkiləri) güclü və daha coşqulu həyata keçsin. Nə üçün? Məlumdur ki, siz gənclər (özünüz) dəlil və arqument əhlisiniz. Mən, həqiqətən, şadam ki, inqilabdan sonra gənclərimiz arqumentə, təhlil etməyə və diqqətə maraq göstərmək baxımından neçə dəfə artıq inkişaf ediblər. Mən inqilabdan öncə də gənclərlə ünsiyyətdə olurdum. Bizim bütün məclislərimiz gənclərdən ibarət idi və gəncləri kamil şəkildə tanıyırdım. İnqilabdan sonra sual vermə, araşdırma, axtarış, təhqiq və həqiqətləri araşdırmaq gənclər arasında bir neçə qat artıb və bu, çox yaxşıdır. Gənclər müxtəlif meydanlarda həyəcanlı, coşqulu, şövqlü və gənclik ruhiyyəsinə sahib olmaqla yanaşı, eyni zamanda da arqument və məntiq əhlidir. Əksəriyyəti sizlər kimi gənc olan bizim şəhidlərimiz (yəni əksər şəhidlərimiz Müqəddəs Müdafiə illəri və Hərəm Müdafiəsi dövrlərində təqribən iyirmi, iyirmi neçə və uzağı otuz yaşlarında idilər) həyəcanla, emosionallıqla və maraqla dolu qəlblə döyüş meydanlarına doğru getdilər, lakin zehnləri işləyirdi, fikirlərini işə salırdılar, məntiq və arqumentə sahib idilər. Əgər siz tərcümeyi-hallarını oxusanız, bunu hiss edərsiniz. Arqument əsasında hərəkət edirdilər. Bu gün bizim gənclər belədirlər. Mən bu zəmində bir neçə mətləb qeyd edirəm.
Əvvəla, həyəcan dolu və güclü seçkilərin əhəmiyyəti haqda bir kəlmə demək istəsək, deməliyik ki, güclü və həyəcan dolu seçkilər ölkənin düzgün idarəçiliyində sütunlardan biridir (mən daha sonra söhbət arasında bu barədə müxtəsər bir izah verəcəyəm), ölkə inkişafının əsas sütunlarından biridir. Ölkə inkişafının maneələrini dəf etmək üçün ən yaxşı vasitələrdən biridir. Güclü seçkilərin belə bir xüsusiyyətləri vardır.
Siz o günləri görmədiyiniz üçün, ilk öncə, mən bu məqamı sizlərə qeyd edim ki, bu seçki qutusu, bu seçkilər ölkəmizin, millətimizin arasına asanlıqla gəlmədi. Bu məsələlərdən xəbər yox idi.Bir müddət mütləq istibdad mövcud idi və daha sonra isə təkcə zahirdə seçkilər var idi, batində isə heç bir seçki falan yox idi. Yəni seçilən namizədlərin siyahısını sarayda və hətta bəzən xarici səfirliklərdə tənzim edirdilər. O siyahıları verib deyirdilər ki, bu şəxslər gərək nümayəndə seçilsinlər! Bunlar onların özlərinin dedikləri sözlərdir, nəinki biz özümüzdən deyirik. Lakin o zaman bunları bilirdik. Biz inqilabdan öncəki dövrlərdə məlumat əldə etdik ki, səsvermə, seçkilər və bu kimi məsələlər, yəni nə? Lakin inqilabdan sonra onların özləri etiraf etdilər, kitablarında yazdılar. Xalqın maraqla, tanımaqla, imanla, gözlənti və ümidlə gedib seçki qutusuna seçki vərəqəsi atması asanlıqla ələ gəlməyib, bu iş üçün ölkədə çox mücahidlik göstərilib. Əlbəttə, bu mücahidliyin başlanğıcı "Məşrutə" dən üzü bu tərəfə təsadüf etsə də, mücahidlik və mübarizənin ümdə hərəkəti alicənab İmam Xomeyninin və İslamın hərəkatında başladı ki, xalq İmam Xomeyninin arxasında yer alaraq bu yolu keçdilər. 1363-cü ildən başlayan bu mübarizə 1979-cu ilin 22 Bəhmənə (11 fevral) qədər, yəni İslam inqilabının qələbəsinə qədər (davam etdi) və nəticədə bu mübarizələr qələbəyə çatdı. Bu 16 ildə ölkədə çox səylər göstərildi, çox işlər görüldü; zindanlara getdilər, işgəncə gördülər, aydınlaşdırma və bəyan etmə cihadı yerinə yetirildi, şəraitlər hazır oldu, 78-ci ildən ümumxalq hərəkatı başladı, İmam Xomeyni addım-addım bu hərəkətə və bu hərəkata rəhbərlik etdi, bu hərəkəti istiqamətləndirdi, hara doğru hərəkət etməklərini , nə etməli oduqlarını, nələri istəməyin zəruriliyini öyrətdi; sözün həqiqi mənasında bir rəhbər idi.
İnqilab rəhbərinin, alicənab İmam Xomeyninin və bu iddianı edən hər kəsin işi qəlb işidir, fikri və zehni işdir. Xalqın qəlbinə, xalqın fikirinə təsir edir və İmam Xomeyni təsir etdi. Xalqın meydana gəlməyi ilə İnqilab qələbə çaldı. İndi siz inqilabların tarixini oxumusunuzsa, yaxud oxusanız (əlbəttə, təəssüf ki, gənclər az kitab oxuyurlar, siz bundan daha artıq oxumalısınız) və regional inqilablara, dünya inqilablarına və bu kimi başqa inqilablarblara nəzər salsanız, görərsiniz ki, inqilab baş verdikdə uzun bir müddət ərzində inqilabi diktatorluq hakim olur, yəni xalqa, xalqın rəylərinə və bu kimi məsələlərə əhəmiyyət verilmir. Məsələn, fərz edin ki, Fransada 18-ci əsrin sonlarında böyük Fransa inqilabı baş verdi. Xalq inqilab etdi, xalq xiyabanlara gəldi, mübarizə etdi, lakin inqilabdan sonra az bir qrup (ölkə) məsələlərinin işlərini öz ixtiyarlarına alırlar, üç-dörd il onlar (hakimiyyətdə) olurlar və daha sonra başqa bir qrup gəlir və darmadağın edir, öz yerlərində otururlar, dörd-beş il onlar (hakimiyyətdə) olurlar, sonra yenə də başqa bir dəstə gəlir və onlar darmadağın edirlər və beləliklə, təqribən, on-on iki il bu vəziyyət davam edir. Bundan sonra bir Napoleon meydana çıxır və hər şeyi bir-birinə vurur və birbaşa Napoleon diktatorluluğunu başladır. Ümumiyyətlə, seçkilərdən söhbət belə getmir. Bundan daha pisi Rusiya inqilabıdır. İndi bu iki mühüm inqilab bizim tarixə daha yaxındır.
(Lakin İranda) 22 Bəhməndə inqilab baş verdi. Fərvərdin ayının 12-də (1 aprel), yəni, təqribən, 50 sonra xalqın hakimiyyət növünü müəyyən etməsi üçün İmam Xomeyni ictimai səsvermə və referendumun elan etdi və xalq da müəyyən etdi. Yəni dərhal xalqı səsverməyə gətirdi (xalqa etimad göstərmək budur, seçkilərin əhəmiyyəti, yəni bu). Bu hadisədən hardasa bir il keçdikdən sonra konstitusiya üçün Xübrəqan məclisinə seçkilər təşkil olundu, seçkilər keçirildi. Daha sonra Məclisin təyin etdiyi qanun səsverməyə çıxarıldı və bu da sonrakı seçkilər oldu. Sonra prezident seçkiləri oldu, daha sonra Milli Məclisə seçkilər, yəni bir ildə bir neçə seçkilər keçirildi. Bunlar inqilabın bərəkətinə görədir, yoxsa, (inqilabdan öncə) bu məsələlər yox idi. Xalq seçki məntəqələrinə gedib səs verdi, bir dəstə razı və bir dəstə də müxalifət idi. Bəzi seçkilər həyəcan dolu və çox izdihamlı idi, bəzi seçkilər isə (cəmiyyət) bir qədər az iştirak edirdi, lakin xalq seçki məntəqələrinə gedirdi. Əzizlərim! Bilin ki, bu seçkilər, seçki qutularının olması, sizin seçkiniz, səsverməniz və dəxalət etməniz asanlıqla ələ gəlməyən bir imtiyazdır. Bu, zəhmətlə, mübarizə aparmaqla, böyük fədakarlıqla və millətin ictimai hərəkəti ilə ələ gəlib.
Yaxşı, indi biz nə üçün xalqın (seçkilərdə) iştirak etməsinə israr edirik? Bəziləri olub və mümkündür, indi də olsun, deyirlər ki, cənab! Bir seçki keçirilsin, xalqın bir dəstəsi də iştirak etsin və sonra da bir hökumət, bir dövlət, yaxud da bir məclis başa gəlsin və öz işlərini görsünlər. Biz isə bunu qəbul etmirik, xeyr, seçkilər yüksək ruhiyyəli və izdiham dolu olmalıdır. Nə üçün? Millətin seçki məntəqələrində iştirak etməsi onların ölkənin mühüm idarə sahələrində iştirakını göstərir. Bu, ölkə üçün böyük bir sərvətdir.
Əgər biz ölkənin mühüm və həlledici sahələrində millətin iştirakını dünyaya (indi qeyd edəcəyəm ki, dünya dedikdə nədən söhbət gedir) göstərə bilsək, demək, ölkəyə nicat verib irəli aparmışıq. Mən ki deyirəm dünyaya göstərək, yəni kimə göstərək? Dünyanın bir çox xalqlarının, millətlərinin bizimlə nə bir işi vardır və nə də bu onlar üçün bir əhəmiyyət kəsb edir. Lakin dünyada bəzi dövlət və siyasətlər vardır ki, İranda baş verən məsələlərə (İslami İranın, İslam Respublikasının və bu əziz ölkənin məsələlərinə) qarşı çox həssasdırlar. Yəni nə baş verdiyini görüb bilmək istəyirlər. Amerika, Avropaya hakim siyasətlər, sionistlərin siyasətləri, dünyanın böyük sərmayədar və şirkətlərinin siyasətləri müxtəlif səbəblərə görə (bura indi bu səbəbləri demək üçün münasib deyil, çoxlarını özünüz bilirsiniz və biz də demişik) İran daxilindəki məsələlərə diqqət yönəldiblər və burada nələrin baş verdiyini görmək istəyirlər. Qeyd etdiyim bu dünyada baş verən hadisələri müşahidə edən şəxslər hər şeydən çox xalqın iştirakından, xalqın qüdrətindən qorxurlar və ehtiyat edirlər. Nə üçün? Çünki xalqın qüdrətini görüblər. Görüblər ki, əgər bu millət meydanda olarsa, hökmən, problemlərin öhdəsindən gələcəkdir. Necə ki, İslam inqilabında millət meydana gəldi və arxasında Amerika, İngiltərə, Avropa və hamının dayandığı bir rejimi yerə vurub, aradan apara bildi. Bu millət belədir. Görüblər ki, bu millət meydanda olduqda Müqəddəs Müdafiə illəri və Təhmili (bir ölkəni zorla döyüşə vadar etmə) döyüşdə Amerikanın, Keçmiş Sovet İttifaqının, NATO-nun, ərəbin geri düşüncəli başçıları və hər kəsin dəstəklədiyi Səddama qalib gəlir, onu öz torpağından qovub çıxarır, yerə vurur və zəlil edir. Bunu müşahidə etdilər. İran millətinin meydanda olmasının möcüzə etməsini bu millətin düşmənləri görüblər və buna görə də xalqın meydanda olmasından ehtiyat edirlər. İndi görmək istəyirlər ki, xalq meydandadır, ya yox. Siz seçki məntəqələrində iştirak etdiyiniz zaman başa düşürlər ki, bəli, İran milləti meydanda öz iştirakını hələ də qoruyub saxlamışdır.
Beləliklə də, xalqın seçkilərdə iştirakı milli qüdrət mənasını daşıyır və bu düşmənin ehtiyat etdiyi bir məsələdir. Bu bizim milli əmniyyətimizin zəmanətidir. Milli qüdrət milli əmniyyətin zəmanətidir. Əgər düşmən hiss etsə ki, sizin bacarığınız yoxdur, İran millətinin qüdrəti yoxdur, o zaman sizin əmniyyətinizi hər növ təhdid edəcəkdir; hər növ. Bu milli qüdrət milli əmniyyəti zəmanət altına alan bir amildir. Milli əmniyyət hər şeydir. Əgər əmniyyət olmazsa, heç nə olmaz. Düşmənin bizim milli qüdrətimizə qarşıdır. Buna görə də siz mülahizə edin ki, 1402-ci il olan bu ildə seçkilər mart ayına təsadüf etdi deyə düşmənin müxalifət xarakterli təbliğatları radio, televiziya və sosial şəbəkələri xalqın məyus olması, "Axı, nə faydası, nə təsiri var , seçkilərin heç bir təsir yoxdur", kimi sözlər deməsi üçün seçkilər əleyhinə fəaliyyətə başladı. İran millətinin milli qüdrətinə təhəmmül edə bilmirlər. Buna görə də milli qüdrətinə əlaməti olan hər bir şeyə, o cümlədən də seçkilərə qarşıdırlar.
İndi daxildə də bəziləri seçkilərə qarşı etinasızlıq edirlər. Əlbəttə, mən kimisə təqsirləndirmirəm, lakin hər kəsə yaddaşlıq edirəm ki, biz seçkilərə partiya və qrup aspektindən deyil, milli qüdrət nöqteyi-nəzərindən baxmalıyıq. Milli mənafeyi mülahizə edin. Əgər seçkilər zəif olarsa, hər kəs zərər görəcəkdir, yoxsa, nəinki bir dəstə zərər görəcək və bir dəstə də bu zəif seçkilərdən yararlanacaqdır. Heç kəs (seçkilərin zəif olmasından) fayda əldə etməyəcəkdir. Hər kəs İranı, öz ölkəsi, milləti sevirsə, öz əmniyyətini istəyirsə, bilsin ki, əgər seçkilər zəif təşkil olunarsa, heç kəs bundan yararlanmaz və hamı zərər görər. Belə deyil ki, bir dəstə zərər görsün və başqa bir dəstə də faydalansın, xeyr. İndi bu milli qüdrətinə nümayiş etdirilməsi məsələsində ki qeyd etdik, seçkilər milli qüdrəti göstərməyin, nümayiş etdirməyin təzahürüdür.
Bundan əlavə, seçkilərin başqa bir nailiyyətləri də vardır. Bu nailiyyətlərdən biri budur ki, əgər seçkilər güclü keçirilərsə, seçilən namizəd də güclü olacaqdır. Əgər biz, məsələn, İslam Şurası Məclisində (indi qabaqdan gələn seçkilər İslam Şurası Məclisi seçkiləridir) güclü iştirak etmiş olsaq, güclü məclisə sahib olacağıq. Güclü məclis güclü dəstəyə sahib olduğu üçüb böyük işlər yerinə yetirə bilər, böyük addımlar ata bilər. Prezident seçkilərində, seçkilər həyəcan dolu, güclü və izdihamlı olarsa, prezidentin, yeni dövlətin əli böyük işlər görmək və böyük addımlar atmaq üçün açıq olacaqdır. Nəticə budur. Beləliklə də, güclü seçkilərin nəticəsi ölkənin inkişafı, ölkənin mənfəət əldə etməsi və problemləri aradan qaldırmasıdır, yəni nəticəsi bunlardır. Elə bu səbəbdən dedik ki, güclü təşkil olunan seçkilər inkişafın əsas sütunlarından biridir.
Başqa bir nailiyyət də seçkilərdə iştirak edənlərin və məxsusən də gənclərin siyasi inkişafıdır. Bu bizim üçün çox qiymətli bir fürsətdir ki, gənclərimiz seçkilər ərəfəsində müzakirə və müqayisə etməkdə, arqument gətirməkdə, seçkilərdə bir namizədin müvafiq, yaxud müxaliflərinin sözlərində və bu mübadilələrdə siyasi cəhətdən inkişaf əldə edirlər. Gənclərimizin əldə etdiyi bu siyasi inkişaf və bu təhlil etmə qüdrəti, xüsüsi olaraq da ölkəmiz üçün az bir şey deyil, çox qiymətlidir. Gənclərimizin təhlil etmə qüdrəti yuxarı qalxdıqda artıq düşmənin vəsvəsələri zərərsiz olur və öz təsirindən düşür. (Gənc) Təhlil etmə qüdrətinə yiyələndiyi zaman düşməni, onun metodlarını, gördüyü işləri və düşmənlə mübarizə etmə yollarını tanımış olur. Bu təhlil etmə qüdrəti, zənnimcə, çox əhəmiyyətli nailiyyətlərdən biridir. Məhz buna görə də millətin bütün fərdləri və bu sözlərin müxatəbi (dinləyicisi) olan hər bir kəs seçkilər mövzusunda bilsinlər ki, seçki qutusuna seçki vərəqəsini atmaq asan və böyük nəticə verən bir işdir. Seçkilərdə iştirak etmək ki çətin bir iş deyil, asan olmaqla yanaşı, heç bir xərci də yoxdur. Lakin bunun nəticəsi çox böyükdür ki, onlardan bir miqdarını qeyd etdim.
İndi siz gəncsiniz və bir çoxlarınız da ilk dəfə səs vermə hüququna malik şəxlsərsiniz. Mənim öz gənc nəsillərimizə, ölkəmizin gənc nəsillərinə inamım çoxdur. Gənclər bütün meydanlarda öncüldürlər, təşviq yaradandırlar və bu meydanda da (seçkilərdə) həmçinin. Bu meydanda da gənclər öncül, qabaqcıl və şövq icad edən ola bilərlər. Həm bütün gənclərin özləri iştirak etsinlər və həm də başqalarını iştirak etməyə sövq etsinlər. Siz gənclərin görməli olduğu işlərdən biri də budur. Ata-analarınızı, dərs oxuduğunuz yoldaşlarınızı, qohumlarınızı, məhəllədəki ətrafınızı və əlaqədə olduğunuz hər kəsi dəlil və arqumentlə (seçkilərdə iştirak etməyə) sövq edə bilərsiniz. Bu, mümkün olan bir işdir. Əlbəttə, mümkündür ki, bəziləri, həqiqətən də, iştirak edə bilməsinlər. Yəni biz ki hər kəsi seçkilərdə iştirak etməyə təşviq edirik, amma bəziləri, həqiqətən də, hər hansı bir səbəbdən seçkilərdə iştirak etməyə qadir deyillər. Bizim onlar haqda deyəcəyimiz heç bir mətləb və sözümüz yoxdur. Lakin seçkilərə etinasız yanaşanlar (təəsüf ki, belə şəxslər vardır, həm özləri etinasızlıq göstərirlər və həm də başqalarını iştirak etməməyə sövq edirlər), məncə, bir az bu məsələlər üzərində daha artıq düşünsünlər. Səs verməməyin heç bir faydası yoxdur. Siz deyirsiniz ki, mümkündür, səs verməyin bir xeyri olmasın, onda xeyrini olması da mümkündür. Yəni səs vermədə ehtimal vardır ki, fayda olsun, lakin səs verməməkdə istə fayda olacağına heç bir ehtimal yoxdur. Səs verməməkdə heç bir nailiyyət yoxdur, lakin şübhəsiz olan şəxs isə desin ki, bu səs vermədə nailiyyətin olacağına ehtimal vardır. Bəs, buna görə də səs verməmək üçün heç bir dəlil və arqument yoxdur ki, biz deyək, gərək səs verməsinlər. Xülasə, səs verməmək problemi həll etmir. Bəzilərinin səs verməməsi ölkə problemlərini həll etmir, əksinə zərər də verir. Çünki onsuz da siz səs verməsəniz, başqa biri səs verəcəkdir və seçilməsini istəmədiyniz bir nəfər də bu arada, mümkündür ki, seçilsin. Siz səs versəniz mümkündür ki, onun qarşısını aldınız, yəni bir səs verməklə, ya bir məcmuənin səs verməsi ilə. Xülasə, mənim az sözüm budur ki, hər kəs İranı, İslam Respublikasını, inqilab sevirsə və milli qüdrətin, inkişafın tərəfdarıdırsa, seçkilərdə fəal olmalı, seçkilərdə yüksək həvəs və həyacanla iştirak etməlidir.
Seçkilər bir fürsətdir, bu fürsətdən istifadə etmək gərəkdir. Seçkilər həm ölkənin xeyrinədir və həm də düşmənin məyus olmasına səbəbdir. Bu il Amerika, CIA, zalım, xəbis sionistlərin siyasətçiləri və başqaları oturub bizim məsələləri dörd gözlə tək-tək incəliyinə qədər nəzərdən keçirdikdə məyus olurlar. Seçkilərdə iştirak etmək düşməni məyus edir və bu bizim deyəcəyimiz əsas məqamdır.
bir sual da ən yaxşı namizəd haqda verilir. Çünki namizəd ünvanında seçkilərə qatılan şəxslərin hamısı, təbii ki, yaxşıdırlar. Yəni Nəzarət Şurası və digər nəzarət edən orqanlar bu şəxslərin yaxşı olmasını müəyyən etmək üçün onları təhqiq ediblər. Bəs, buna görə də yaxşıdırlar. Lakin siz daha yaxşı namizədi seçmək istəyirsiniz. Daha yaxşı namizəd kimdir? Kimin daha çox səlahiyyəti vardır? Mən burada (bunun üçün) iki-üç meyar qeyd etmişəm:
Hər kəs ki dinə, dinin təyin etdiyi əmməllərə, və dinin şəriət qanunlarına daha çox bağlı olarsa və (bunlara əməl etməkdə) başqalarından öndə yer alarsa (o şəxs ən yaxşı namizəddir). Hər kəs ki ölkənin İstiqlaliyyətinə və ölkənin gah o qüdrətdən, gah da bu qüdrətdən asılı olmamasına israrlı olarsa və həqiqətən də, ölkənin müstəqilliyini istəyərsə, fəsadla mübarizə aparmağın vacib olmasına ciddi şəkildə etiqadı olarsa, milli mənafe məsələsində çox ciddi olarsa, yəni öz şəxsi mənafeyini milli mənafe müqabilində qurban verərsə, milli mənafeyi şəxsi mənafeyinə tərcih edərsə və bir sözlə, hər kəs bu xüsusiyyətlərə sahib olarsa, o şəxs ən yaxşı namizəddir. Din məsələsi, istiqlal, fəsadla mübarizə, milli mənafe məsələsi (seçiləcək ən yaxşı namizəd üçün meyardır). Partiya təəssübünü kənara qoysunlar, müxtəlif hadisələrdə baxıb görsünlər ki, milli mənafeyə nə uyğun gələn, ölkənin izzətinə, asayişinə və inkişafına səbəb olan amilləri şəxsi və partiya mənafeyi ilə milli mənafe arasındakı ziddiyyətdə tərcih etsinlər. Məncə, kimin ən yaxşı namizəd olmasını mütaliə etməklə, danışılan sözlərə diqqət etməklə, bilgili, məlumatlı şəxslərdən eşitdiyiniz sözlərlə ələ gətirə bilərsiniz və bu da çətin və mümkünsüz bir iş deyil; əlbəttə, insanın bacara bildiyi həddə. İndi mən əgər səs vermək istəsəm, məsələn, Tehranın seçkilərə namizdələr siyahısını gətirirlər və siyahılar da müxtəlifdir, adam ki hamısını tanıya bilmir. Bəzilərini insan tanıyır, bəzilərini ondan-bundan soruşur, bəzilərini isə (bu namizədləri cəmiyyətə) təqdim edən şəxslərə inanmaqla (tanıya bilirlə). Məsələn, təsəvvür edin ki, insan bir cəmdən ibarət siyanının adlarını namizədlər ünavında yazıb, seçki qutusuna atır. Bu zəmində mümkün qədər diqqətli olmaq lazımdır.
Dəfələrlə vurğuladığımız kimi, bu gün Qəzza məsələsi İslam dünyasının əsas məsələsidir. Mən bir neçə gün bundan öncə bir söhbətdə dedim ki, Qəzza məsələsi həm İslamı dünyaya tanıtdırdı, yəni məlum oldu ki, İslamdan qaynaqlanan iman elə bir iqtidar və müqavimət yaradır ki, xalq bombardmanlar altında düşmənlərin bu qədər faciə törətməsinə rəğmən, duruş gətirir, təslim olmur, öz əllərini düşmən qarşısında yuxarı qaldırmır (İslamı tanıtdırdılar, tanıtdırdılar ki, İslam budur, İslama əsaslanan iman budur) və həm də Qərb sivilizasiyası və mədəniyyətini. Qərb mədəniyyəti və sivilizasiyası bu mədəniyyətdən baş qaldıran siyasətləri həmin cinayətləri görüb, lakin bunun soyqırım olmasına və bu cinayəti sözün həqiqi mənasında dayandırmasına hazır olmamağa vadar edir; Qərb mədəniyyəti və sivilizasiyası, yəni bu. Bəli, dildə bir şey deyir, lakin növbə bu cinayətin BMT-nin Təhlükəsizlik Şurasına çatdıqda veto edirlər. Qərb sivilizasiyası budur. Amerika və qərblilərin qeyri-insani siyasətinin rüsvayçılığı elə bir həddə gəlib çatır ki, özünüz də eşitdiyiniz kimi, Amerika Hava Qüvvələrinin zabiti özünü yanıdırır. Yəni, hətta o mədəniyyətdə tərbiyə almış bir cavana da (bu vəhşilik) ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Əlbəttə, bir nəfər yerinə, min nəfər özünü yandırmalı idi, lakin fəsadın içində qərq olmaq buna imkan vermir. İndi, təsadüfən, bir nəfərin vicdanı oyanıb və özünü yandıırıb. Qərb mədəniyyəti özünü tanıtdırdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın və nə qədər zalım olduğunu ortaya qoydu.
Ümid edirik ki, Allah-təala İslama, müsəlmanlara, Fələstin və məxsusən də Qəzzaya tam yardım mərhəmət etsin və ümidvarıq ki, inşallah, Allah-təala arzu İran milləti üçün arzu olunan və bu millətə münasib və layiqli seçkilər nəsib etsin.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.