İslam Şurası Məclisinin (Milli Məclis) 12-ci dövr və Xübrəqan Məclisinin (Vəliyyi-Fəqihi seçən və ona nəzarət edən şura) 6-cı dövr seçkiləri ərəfəsində bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələri 28.02.2024-cü il tarixdə çərşənbə günü səhər İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei inqilabdan öncəki saxta seçkilərin mövcudluğuna toxundu:
"İslam Respublikasında seçkilər asanlıqla ələ gəlməyib. İslam inqilabının qələbəsindən öncə bu məsələlər yox idi. Bir müddət mütləq istibdad mövcud idi və daha sonra isə təkcə zahirdə seçkilər var idi. Yəni seçilən namizədlərin siyahısını bəzən xarici səfirliklərdə tənzim edirdilər".
İnqilab Rəhbəri seçki məsələsində millətin nə kimi rola malik olduğunu bildirdi:
"Millətin seçki məntəqəsində iştirakı onların ölkənin mühüm idarə sahələrində iştirakını göstərir. Bu, ölkə üçün böyük bir sərvətdir. Əgər biz ölkənin mühüm sahələrində millətin iştirakını dünyaya göstərə bilsək, demək, ölkəyə nicat vermişik".
O Həzrət İranın düşmənlərinin xalqın seçkilərdə iştirakından qorxduqlarını vurğuladı:
"Seçkilər milli gücü və xalq gücünü göstərən amildir. Amerika, Avropaya hakim siyasət, sionistlərin siyasəti, sərmayədarların və dünyanın böyük kompaniya sahiblərinin siyasətləri hər kəsdən daha çox xalqın iştirakından qorxurlar. Nə üçün? Çünki gördülər ki, əgər bu millət meydanda olsa, mütləq, problemlərin öhdəsindən gələcəkdir".
Ayətullah Xamenei sözünün ardında ABŞ-ın bəşər və Qəzza əleyhinə olan utancverici siyasətindən danışdı:
"Amerikanın bəşər əleyhinə olan utancverici siyasətləri Qəzzada soyqırım mövzusunda bir yerə gəlib çatır ki, ABŞ-ın hərbi zabiti özünü yandırır".
O Həzrət Qəzzadakı soyqırım bir qərblinin də vicdanını sarsıtdığını qeyd etdi:
"Qəzzadakı soyqırım, hətta Qərb mədəniyyəti ilə tərbiyə olunmuş bir gənc üçün də ağır gəlir, vicdanı əzab çəkir və özünü yandırır".
Qərb mədəniyyətinin həqiqətinə toxunan İnqilab Rəhbəri belə buyurdu:
"Qəzza hadisəsində Qərb mədəniyyəti özünü tanıtdı, özünü çılpaq formada göstərdi və özünün nə qədər fasid, azğın və zalım olduğunu (bilmədən) üzə çıxardı".