İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 1403-cü (hicri -şəmsi) ilin başlanğıcı münasibətilə verdiyi mesajda yeni ili “Xalqın iştirakı ilə istehsalat sıçrayışı” ili adlandırıb.
Ayətullah Xamenei televiziyada çıxış edərkən xalqı Novruz bayramı münasibətilə təbrik edib buyurdu:
"Novruz bayramı və bu il qəlblərin və mənəviyyat baharı sayılan mübarək Ramazan ayı ilə üst-üstə düşən yeni il münasibətilə bütün əziz İran xalqını təbrik edirəm. (Müharibədə iştirak edən) Fədakar insanların ailələrini və Novruz bayramına dəyər verən başqa bütün millətləri isə xüsusi olaraq təbrik edirəm".
O Həzrət İran xalqının müxtəlif sahələrdə meydanda olduğunu bildirərək qeyd etdi:
"1402-cil bütün illər kimi şirin və acılarla, arzu olunan və olunmayan hadisələrlə dolu idi. Xalqın Qüds Günü və 22 Bəhməndə qəhrəmanlıq yaradan iştirakı, bu böyük yürüşün təhlükəsiz formada keçirilməsi, ilin sonunda keçirilən seçkilərdə təhlükəsizliyin olması və xalqın iştirakının lazım olduğu başqa yerlərdə hüzur tapması ötən ilin xoş və arzu olunan xəbərlərindən idi. Xarici işlərlə bağlı məsələlərdə isə dövlətin müxtəlif iqtisadi və siyasi sektorlarda beynəlxalq hərəkətliyi şirin xəbərlərdən və arzu olunan hadisələrdən idi".
İnqilab Rəhbəri keçən ilin ən acı hadisəsinin Qəzza hadisəsi olduğunu vurğuladı:
"1402-ci il bütün illər kimi şirin və acılarla, arzu olunan və arzu olunmayan hadisələrlə dolu idi. Şəhid Süleymaninin il dönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistan seli, bu aylar ərzində təhlükəsizliklik məmurları və təhlükəsizliyi qoruyanların başına gələn hadisələr acı hadisələr sırasında idi və bunlardan da daha acı olan bizim beynəlxalq problemimiz olan Qəzza hadisəsi idi".
İmam Xamenei cənabları Allahdan müsəlman xalqlara şirinliklər mərhəmət etməsini dilədiyini bildirib qeyd etdi:
"Allah-təaladan istəyirəm ki, çətinlikləri təlafi etsin və şirinliklərin ardını İran milləti və müsəlman millətlərə əta etsin və İslam ümməti, eləcə də İran millətinin xeyir və bərəkətinə səbəb olacaq şeyləri onlara mərhəmət etsin".
Qarşıdan gələn ilin ümdə məsələsinin daxili və milli istehsal məsələsi olduğunu vurğuladı:
"1403-cü ildə də ölkənin ümdə məsələsi iqtisadiyyatdan ibarətdir. Ölkənin iqtisadi problemlərinin həll yolunun əsas açarı daxili və milli istehsal məsələsindən ibarətdir.Əgər istehsalın inkişafı və milli istehsalda irəliləməyə doğru hərəkət arzu olunan həddə olarsa, inflyasiya, məşğulluq və milli pulun dəyər məsələsi kimi mühüm iqtisadi problemlər öz həllinə doğru yaxşı bir həddə irəliləyəcəkdir".
O Həzrət qarşıdan gələn şəmsi ilə "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" adını verdiyini bildirərək belə buyurdu:
"Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur".