İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin Novruz çıxışı cümə günün səhəri 21.03.2025-ci il tarixdə Tehran əhalisinin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə keçirildi.
Bu görüşdə Ayətullah Xamenei düşmənin hansısa addımına qarşı veriləcək cavabdan danışdı:
"Amerikalılar və digərləri İrana qarşı hansısa bir xəbis işə əl atarlarsa, möhkəm sillə yeyəcəklər".
O Həzrət təhdidə qarşı belə qarşılıq verdi:
"Amerikalılar təhdid edirlər. Bilsinlər ki, biz heç vaxt bu və ya digərləri ilə qarşıdurmaya başlamamışıq. Amma kimsə xəbislik edib münaqişəyə başlasa, bilməlidir ki, ağır sillələr yeyəcək".
İnqilab Rəhbəri təhdidin bir nəticə verməyəcəyini bildirdi:
"Amerikalılar bilsinlər ki, İranla qarşılaşmada heç vaxt təhdidlə bir nəticəyə nail ola bilməyəcəklər".
Daha sonra Ayətullah Xamenei müqavimətin İranın niyabəti qüvvələri olmadığını açıqladı:
"Amerikalı və avropalı siyasətçilər böyük bir səhvə yol verirlər və o da budur ki, bölgədəki müqavimət mərkəzlərini "İranın niyabəti qüvvələri" adlandırırlar. Bununla da onlara hörmətsizlik edirlər. Yəmən xalqı da, bölgə ölkələrindəki müqavimət mərkəzləri də bu ruhiyyəyə sahibdirlər".
O Həzrət Yəmənin Fələstinin qəsbinə qarşı ön cəbhədə olduğunu qeyd etdi:
"Fələstinin qəsbinin əvvəlində bu işə qarşı ön cəbhədə dayanan ölkələrdən biri Yəmən idi. Onlar sionist rejimin insanlara qarşı törətdiyi zülmlərə qarşıdırlar. Onların böyük səhvi budur ki, düşünürlər, bunlar bu işi İranın adından edirlər. Xeyr, belə deyil".
İnqilab Rəhbəri rəhmsiz sözünün onlar üçün az olduğunu vurğuladı:
"Bu gün rəhmsiz sionist rejiminin xəbislikləri çoxsaylı qeyri-müsəlman xalqların da qəlbini sızladıb. Əslində, "Rəhmsiz" sözünü onlara demək belə azdır".
O Həzrət Amerikanın etdiyi iddiaların yalan olduğunu buyurdu:
"Amerikada deyirlər ki, Fələstin xeyrinə etiraz edən tələbələrin olduğu universitetin maliyyəsini kəsin. Bu da onların azad informasiya dövriyyəsi, liberalizm, azadlıq və insan haqları (iddiası)!"
Ayətullah Xamenei mümkün olan hər yolla müqavimətin davam edəcəyini bildirdi:
"Bu gün xalqlar sionist rejimin törətdiyi bu xəbisliklərə qəti şəkildə qarşıdırlar və onlara qarşı mümkün olan hər yolla müqavimət göstərirlər".
İnqilab Rəhbəri İranın mövqeyinin müxtəlif ölkələrdəki müqavimət barədə şəffaf olduğunu qeyd etdi:
"İran İslam Respublikası sionist rejimin xəbislikləri qarşısında qətiyyətlə dayanıb. Biz mövqeyimizi açıq şəkildə bəyan etmişik: öz ölkələrini müdafiə edən fələstinli və livanlı mübarizləri dəstəkləyirik. Bu, bizim daimi üslubumuz olub".