Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 29.07.2023-cü il tarixdə şənbə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 12-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 29.07.2023-cü il tarixdə şənbə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 12-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 28.07.2023-cü il tarixdə cümə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 11-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 28.07.2023-cü il tarixdə cümə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 11-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 27.07.2023-cü il tarixdə cümə axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 10-cu gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Mərhum şəhid Mütəhhəri fəryad edir ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək. Biz Yezid və Ubeydullaha lənəti ona görə göndəririk ki, tağut hakimiyyətinə, Yezid xislətli hakimiyyətlərə, eyş-işrət hakimiyyətinə və dünyada möminlərə olunan zülmə qarşı mübarizə edək. Hüseyn ibn Əlinin (ə) qiyamı bunun üçün idi ki, İslami, insani və İlahi dəyərlərin əleyhinə olan hakimiyyətlərin burnunu yerə sürtsün və aradan aparsın. Bu işi də İmam Hüseyn (ə) öz qiyamı ilə yerinə yetirdi.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 27.07.2023-cü il tarixdə cümə axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 10-cu gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 26.07.2023-cü il tarixdə çərşənbə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 9-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Hüseyn ibn Əli (ə) hər kəsə bu dərsi verdi ki, əgər şərəf, azadlıq, insanın ideal hədəfləri və müsəlmanlar üçün onların dini xətərə düşərsə, ən çətin şəraitdə dinin müdafiəsi İslami və insani bir vəzifədir. (Kimlərsə) Deməsinlər ki, şərait ağırdır, mümkün deyil, xeyr, mümkündür. Möhkəm əzm, fədakarlıq və şəhadət tələblik ruhiyyəsi ilə dini müdafiə etmək həmişə mümkündür.
İmam Hüseynin (ə) hadisəsi təkcə bir millətə nicat vermədi, bir ümmətə nicat vermədi, əksinə, bir tarixə nicat verdi. İmam Hüseyn (ə), bacısı Zeynəb (ə), o cümlədən səhabələri və dostları bu hərəkətlə tarixə nicat verdilər.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 26.07.2023-cü il tarixdə çərşənbə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 9-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 25.07.2023-cü il tarixdə çərşənbə axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin haram ay olan Məhərrəm ayının 8-ci gecəsi İnqilab Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
Kərbəla hadisəsindən sonra xütbə oxuyan təkcə Zeynəblə Əli ibn Hüseyn (İmam Səccad) deyildilər, əksinə, Ümmü Gülsüm, Səkinə bint Hüseyn və Fatimə bint Hüseyn də xütbə oxudular. Mən və sən "Qadın demə, dövranı dəyişən kişi de", sözünü eşidərkən dərhal göz yaşı axıdıb, lakin (bu söz) üzərində düşünməməyə adət etmişik. Güman edirəm, Əgər Yezid əvvəlcədən bilsəydi ki, (əsir etdiyi qadınlar) bu qədər başağrısı yaradacaqlar, Ömər Sədə və Şimrə qadınların hamısını birlikdə orada qətlə yetirmək göstərişini verərdi.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 25.07.2023-cü il tarixdə çərşənbə axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 8-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
Həzrət Əba Abdullah Hüseynin (ə) əzadarlıq mərasiminin ilk gecəsi 24.07.2023-cü il tarixdə bazar ertəsi axşamı İslam İnqilabı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.a) hüseyniyyəsində keçirilib.
Həzrət Əba Abdullah Hüseynin (ə) əzadarlıq mərasiminin ilk gecəsi 24.07.2023-cü il tarixdə bazar ertəsi axşamı İslam İnqilabı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.a) hüseyniyyəsində keçirilib.
Heyət Əhli-beyt (ə) məhəbbəti əsasında təşkil olunan vahid və ictimai bir toplumdur. Bu kiçik ya böyük olan toplumun mehvəri Əhli-beytə (ə) məhəbbət və onların hədəflərinə doğru hidayətdir. Heyətin həqiqət və mahiyyəti budur. Bu hadisənin (heyətin) kökü də imamların (ə) vaxtına qayıdır və dünənin, yaxud da bu günün məsələsi deyil. Heyəti təşkil edən və başladan imamların səhabələri olmuşlar. Onlar Kərbəla vaqiəsindən sonra bir yerə toplaşardılar. İmam Sadiq (ə) ravidən (hədisi nəql edəndən) soruşur:
تَجلِسونَ وَ تُحَدِّثون؟
"Bir yerə toplaşıb danışır, söhbət edirsinizmi? Yəni bizim məsələlərimizi bəyan edirsinizmi?" Ravi bəli cavabını verərək toplaşdıqlarını bildirir. Bu həmin heyətlər toplusudur. Sonra İmam (ə) buyurur:
اِنَّ تِلکَ المَجالِسَ اُحِبُّها؛
“Mən bu məclisləri sevirəm”. Elə qəlbə fəda (olum)!
اِنَّ تِلکَ المَجالِسَ اُحِبُّها و اَحیوا اَمرَنا؛
İmam (ə) buyurur: "Sizin məclisləri sevirəm. Bizim əmrlərimizi diri saxlayın". Hədisdə işlənən (əmrəna) “Əmrlərimiz” kəlməsi imamların kəlamlarında çox təkrarlanmışdır, yəni bizim işlərimizi (onun əsasında hərəkət etdiyimiz önəmli və əsaslı mövzuya əmr (iş) deyilir). İndi günümüzün dili ilə desək, baxmayaraq ki, əsas və həqiqi mənasından bir qədər azalmış olur, belə deyə bilərik ki, əmrəna, yəni bizim yolumuz, bizim məktəbimiz.
“Bizim iş və əmrlərimizi dirildin”, yəni bizim yolumuzu diri saxlayın, bizim məktəbimizi diri saxlayın.
İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.
Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.
Dünya mediası öz nümunələrini təqdim edərək insanları azdırmaq üçün bütün imkanlardan istifadə edir. Millətlərin əllərində də onların qarşısında təqdim edəcək heç bir nümunələri yoxdur, lakin bizim əlimizdə vardır. İmam Həsən (ə) və İmam Hüseynə (ə) "Cənnət əhlinin cavanlarının ağası",— deyirlər. Yəni onların gəncliyi həmişə bir nümunə olaraq dünya gənclərinin gözü önündə olmalıdır. Peyğəmbər (ə) və Əmirəlmömininin (ə) gəncliyi də belədir.