Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 14.07.2024-cü il tarixdə bazar günü hicri-qəməri təqvimi ilə 1446-ci ilin Məhərrəm ayının 9-cu, yəni Tasua gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Bu mərasimdə höccətül-İslam vəl-müslimin Məsud Ali çıxış etdi və daha sonra cənab Hacı Mahmud Kərimi də İmam Hüseynin (ə) qardaşı və Kərbəlanın ali dərəcəli şəhidi olan Həzrət Abbas haqqında mərsiyə oxuyub məddahlıq etdi.