İmam Hüseynin (ə) Aşura gecəsinin əzadarlıq mərasimi 27 iyul 2023-cü il tarixdə cümə axşamı günü hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının Aşura gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbərin və bir qrup şəhidlər ağası və sərvəri İmam Hüseyn (ə) əzadarlarının iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Bu mərasimdə cənab Mehdi Səmavati söhbətə başlamazdan əvvəl zikri-müsibət deyib, "Təvəssül" duasını oxudu.

Bu mərasimin davamında Höccətül-İslam, vəl-müslimin cənab Rəfii İmam Hüseynin (ə) sözlərinə istinad edərək ideal hədəflər üçün istiqamət və müsbət dəyişiklik icad etmək yolunda ümid, təlaş və hərəkətin rolu haqda söhbət etdi.

Bu mərasimdə, həmçinin cənab Mehdi Rəsuli də mərsiyə və növhə oxudu. Cənab Mehdi Rəsuli rövzəsinin axırında bir neçə beyt Azəri dilində də rövzə və şeir oxudu.