Plakat
İmam Səccad (ə) ümumi şəkildə üç rol icra etdi. İmam Səccad (ə) və başqa imamlar arasında iki müştərək vəzifə vardır. İmamlar imamətin 250 illik dövründə İslam və İslam cəmiyyəti ilə bağlı iki ümdə vəzifəni yerinə yetirdilər; bunlardan biri İslam maarifinin, İslam hökmlərinin və İslam fiqhinin bəyan edilməsi, eləcə də İslamın təhriflərdən və ona tətbiq olunan azğınlıq və təhriflərdən qorunması idi. Digəri isə Ələvi hökuməti idarəsi altında olan İslami və İlahi cəmiyyətin təşkili üçün zəmin yaratmaq... İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.