İmam Hüseynin (ə) şami-qəriban gecəsinin əzadarlıq mərasimi 28 iyul 2023-cü il tarixdə cümə günü axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 10-cu günü İslam İnqilabı Rəhbərinin və bir qrup şəhidlər ağası və sərvəri İmam Hüseynin (ə) əzadarlarının iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Şami-qəribanda–Allah ailəsinin (Əhli-beytin) matəm və hüzn gecəsində İmam Hüseyn (ə) və o Həzrətin Əhli-beytinin aşiqlərindən ibarət bir qrup insan İmam Xomeyni (r.ə) hüseyniyyəsində bir araya gəlib, İslam İnqilabı Rəhbərinin hüzurunda əzadarlıq etdilər.

Bu mərasimdə Höccətül-İslam, vəl-müslimin cənab Abidini xütbə etdi və cənab Mahmud Kərimi Həzrət Seyyidüş-Şühəda və Bəni-Haşimin aliməsi olan Zeynəbi-Kübranın (ə) müsibətlərinə görə mərsiyə və növhə oxudu.