Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 13.07.2024-cü il tarixdə şənbə günü hicri-qəməri təqvimi ilə 1446-ci ilin Məhərrəm ayının 8-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Bu mərasimdə höccətül-islam vəl-müslimin Təbatəbai Nejad çıxış etdi və daha sonra cənab Seyid Məcid Bəni Fatimə də İmam Hüseynin (ə) oğlu və Kərbəlanın ali dərəcəli şəhidi olan Həzrət Əli Əkbər haqqında mərsiyə oxuyub məddahlıq etdi.