Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 25.07.2023-cü il tarixdə çərşənbə axşamı hicri-qəməri təqvimi ilə 1445-ci ilin haram ay olan Məhərrəm ayının 8-ci gecəsi İnqilab Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Bu mərasimdə Höccətül-İslam, vəl-müslimin Hacı Əli Əkbəri gənclər üçün İslamın tam bəyəndiyi tərbiyə nümunəsi olaraq müxtəlif cəhətlərdən Həzrət Əli Əkbərin (ə) şəxsiyyəti haqda danışdı. Mərasimin davamında cənab Seyid Məcid Bəni Fatimə məqamı yüksək olan Kərbəla şəhidi Həzrət Əli Əkbər (ə) üçün mərsiyə və növhə oxudu.

İmam Xomeyni (r.ə) hüseyniyyəsində şəhidlər sərvərinin əzadarlıq mərasimi 29 iyul şənbə gününün axşamına kimi davam edəcəkdir.