İnqilab Rəhbəri və bir qrup əzadarların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində mərasim keçirildi.

Həzrət Seyyidüş-Şühədanın (ə) axırıncı əzadarlıq mərasimi gecəsi Zeynül-abidinin–Həzrət İmam Səccadın (ə) şəhadət gecəsində İslam İnqilabı Rəhbərinin və bir qrup İmam Hüseyn (ə) əzadarlarının iştirakı ilə bu axşam şənbə günü İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.

Bu mərasimdə Höccətül-İslam, vəl-müslimin cənab Rəfii öz xütbəsində müxtəlif cəhətlərdən İmam Səccadın şəxsiyyətini açıqlayaraq, məxsusən o Həzrətin həyatı boyunca (etdiyi) mübarizələrindən söhbət etdi.

Həmçinin cənab Səid Həddadian Seyyidüş-Şühəda (ə) və İmam Səccad (ə) üçün mərsiyə və növhə oxudu.