Sionist rejimin Qəzza xalqına qarşı törətdiyi vəhşi və amansız hərəkət yalnız həmin rejimin deyil, Amerikanın da abrını apardı. Həmçinin tanınmış Avropa ölkələrinin, hətta Qərb sivilizasiyası və mədəniyyətinin də abrını apardı.
29.11.2023
Hazırkı vəziyyətdə Amerika hökuməti ilə aparılan danışıqlar milli maraqlarımıza heç bir fayda gətirmir, çünki amerikalı tərəf əvvəlcədən danışıqların nəticəsini müəyyən edib: İranın nüvə zənginləşdirməsini dayandırmaq.
Bu müzakirə deyil, diktədir.
23.09.2025
“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı
və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır.
Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir.
Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir.
Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.
Həm söz gözəl idi:
Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.
Həm məzmun yeni bir məzmun idi:
be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum.
17.09.2006
Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum
20.07.1987
Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır.
Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir.
17.09.2006
Həzrət Ayətullah Xamenei
İmam Xamenei, İslam İnqilabının Rəhbəri bu axşam 23.09.2025-ci il tarixdə televiziya ilə xalqa müraciətində ölkə, region və dünya məsələləri barədə çıxış etdi.
Bu gün 22.09.2025-ci il tarixdə günorta saatlarında Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Ali Rəhbəri ilə görüşərək səfər üçün hazırlanmış proqramlar barədə hesabat verdi.
Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır.
Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir.
Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Son hadisədə Ermənistanla Azərbaycan arasında baş verən məsələdə baxmaq lazımdır ki, bu addım İran üçün geosiyasi bir təcrid və basqı yarada bilər, yoxsa yox?
Onlar özləri deyirlər ki, belə deyil, amma əgər belə bir təcrid olarsa, biz mütləq şəkildə qarşısını almalıyıq.
Amerika İrana hücum etdi və bizim cavab zərbəmiz Amerikaya qarşı olduqca həssas bir zərbə idi. İnşallah, senzuralar aradan qalxacaq və ondan sonra bəlli olacaq ki, İran nə edib
Biz müharibəyə qətiyyətlə daxil olduq. Səbəbi budur ki, sionist rejim Amerikaya üz tutmağa məcbur qaldı. Əgər özünü müdafiə etməyə qadir olsaydı, bu şəkildə Amerikaya sığınmazdı. Amma sığındı.
İranın hücum etdiyi o mərkəz [Əl-Üdeyd bazası] Amerikanın bu bölgədəki son dərəcə həssas bir mərkəzi idi. Zərbə böyük bir zərbə idi, əlbəttə, Amerikaya və başqalarına bundan da böyük zərbələr endirmək mümkündür.
İslam inqilabından əvvəl İranda Amerika adı insanları qorxudurdu, əməli qarşıdurmadan isə söhbət belə gedə bilməzdi. İndi isə həmin xalq elə bir yerə çatıb ki, artıq Amerikadan qorxmur, əksinə, onu qorxudur və əli çatdığı qədər əməli baxımdan da ona qarşı hərəkət edir.
Bəli, biz sionist rejimi bir xərçəng xəstəliyi kimi görürük, Amerika rejimini isə ona dəstək verdiyinə görə cinayətkar hesab edirik. Lakin biz müharibəyə üz tutmadıq, amma düşmən hücum etdiyinə görə cavabımız sarsıdıcı oldu.
Dünya hegemonlarının, başda isə cinayətkar Amerika rejiminin əleyhinə olduğu əsas məsələ İran xalqının dini və elmi qüdrətidir.Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Ali Məhkəmə Sisteminin sədri, yüksək vəzifəli ədliyyə orqanı nümayəndələri və ölkənin bütün bölgələrindəki məhkəmə başçıları 16.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İnqilab Rəhbəri ilə görüşdülər.
İslam Şurası Məclisi üçün diplomatiya sahəsində fəaliyyət nümunələrindən biri həmin Qəzza məsələsidir. (Bu mövzuda) Rahat oturmayın, sakit qalmayın... Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi sistem qəsbkar sionist rejimin arxasında dayanaraq, bir müqavimət qrupu ilə döyüşürlər, amma bununla belə, onları diz çökdürə bilmirlər. HƏMAS və müqaviməti diz çökdürə bilmədiklərinə görə öz hiddətlərini xalqın üzərinə tökürlər.
Düşmənlər İslam İnqilabının qələbəsinin əvvəlindən müxtəlif yollarla millətimizə təlqin edirdilər ki, Amerika, İngiltərə və sionistlərdən qorxmalısınız. Şəhidlər öz fədakarlıqları ilə bu psixoloji savaşı zərərsizləşdirdilər.
Allaha şükür edirik ki, Silahlı Qüvvələrimizə yardım etdi və onlar sionistlərin qabaqcıl çoxqatlı müdafiə sistemini yara bildilər və onların bir çox şəhər və hərbi bölgələrini yerlə-yeksan etdilər.
İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq.
Əvvəlcədən də ehtimal edilirdi ki, sionistlərin bu xəbiscəsinə hücumunda Amerikanın da müdaxiləsi var, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.
Sionist rejimin ölkəmizə qarşı xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən hansısa hərbi addımın atılacağına dair bir əlamət yox idi.