İmam Xamenei televiziya müraciətində elmin bu işlərlə aradan gedəsi olmadığını buyurdu:

"Gəldilər, [İranın uran zənginləşdirmə] təsisatlarını filan yerdə və filan yerdə bombaladılar. Zənginləşdirmə elmdir və elm məhv edilən bir şey deyil, elm bomba ilə, hədələrlə və bu cür vasitələrlə məhv olmur".
 

İnqilab Rəhbəri xalqın düşmənin ağzının üstündən vurduğunu açıqladı:

"Amerikalı tərəf deyir ki, ümumiyyətlə uranı zənginləşdirməyin. Bu nə deməkdir? Bu, yəni ölkəmizin bu qədər zəhmət çəkərək ərsəyə gətirdiyi böyük uğurları aradan aparmağınız mənasındadır! İran milləti həmin sözü deyənin ağzının üstündən vurub onun sözünü qəbul etmir".
 

Ayətullah Xamenei xalqın təzyiqlərə boyun əyməyəcəyini vurğuladı:

"Zənginləşdirmə məsələsində təzyiqlərə boyun əymədik və əyməyəcəyik.
Hər hansı digər məsələdə də təzyiqlərə boyun əymədik və əyməyəcəyik".

 

O Həzrət uranın zənginləşdirilməsinin mahiyyətini belə açıqladı:

"Zənginləşdirmə nədir? Uranın zənginləşdirilməsi o deməkdir ki, alimlər xam uranı çox qiymətli bir maddəyə çevirsinlər ki, bu maddə müxtəlif sahələrdə insanlar üçün təsirə malikdir: kənd təsərrüfatında, ətraf mühitdə, elektrik enerjisində və s".
 

Daha sonra İnqilab Rəhbəri ölkənin nüvə silahına ehtiyac duymadığını bildirdi:

"Bu gün biz uranın zənginləşdirilməsi sahəsində yüksək səviyyədəyik. Zənginləşdirməni nüvə silahı hazırlamaq istəyən ölkələr 90%-ə qədər yüksəldirlər. Biz isə silaha ehtiyac duymadığımız və nüvə silahına malik olmamaq qərarına gəldiyimiz üçün 60%-ə qədər yüksəltmişik".
 

Ayətullah Xamenei aşkar şəkildə nüvə silahı planlaşdırmadığnı açıqladı:

"Dünyada 10 ölkə zənginləşdirmə edə bilir, onlardan biri də İslam Respublikası olan İrandır. Digər 9 ölkənin nüvə bombası var. Biz isə nüvə bombasına malik deyilik və olmayacağıq da və nüvə silahından istifadə etməyi planlaşdırmırıq, amma zənginləşdirməyə sahibik".
 

O Həzrət Amerika ilə deyilənlərin müzakirə olmadığını, əksinə diktə olduğunu vurğuladı və qeyd etdi:

"Hazırkı vəziyyətdə Amerika hökuməti ilə aparılan danışıqlar milli maraqlarımıza heç bir fayda gətirmir, çünki amerikalı tərəf əvvəlcədən danışıqların nəticəsini müəyyən edib: İranın nüvə zənginləşdirməsini dayandırmaq.
Bu müzakirə deyil, diktədir".

 

İnqilab Rəhbəri ABŞ-la müzakirənin zərərləri olduğunu bildirdi:

"Amerika ilə müzakirə böyük zərərlər gətirir. O hədələyib ki, əgər danışıqlar aparmasanız, belə edərik, elə edərik. Belə müzakirələri qəbul etmək İslam Respublikası olan İranının hədələrə boyun əyməyə meylli olduğunu göstərir. Əgər bu hədələrlə müzakirə apardınızsa, demək ki, hər hədəyə qarşı qorxuruq və təslim oluruq mənasındadır".