“Biz və Qərb” konfransının bağlanışına dair mətbuat konfransı İslam İnqilabının Ali Məqamlı Rəhbərinin baxış və düşüncələri çərçivəsində Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri ofisinin tədris və tədqiqat üzrə müavini Məhəmməd İshaqi, konfransın elmi katibi Musa Həqqani, eləcə də konfransın siyasət şurasının iki üzvü Musa Nəcəfi və Məhəmməd Cavad Laricaninin iştirakı ilə İslam İnqilabı Mədəni Tədqiqatlar müəssisəsində keçirilib.
Məhəmməd İshaqi çıxışında Qərb sivilizasiyasının və mədəniyyətinin mahiyyətinə toxunaraq deyib:
"Qərb ölkələri müstəmləkəçilikdən hegemon sistemə keçmişdir və bunun qarşısında İslam inqilabı öz qələbəsindən sonra yarım əsr ərzində geniş müqavimət cəbhəsi formalaşdırmağa nail olmuşdur. Bu cəbhənin sərhədləri hətta ABŞ, Avropa ölkələri, onların universitetləri və düşüncə mərkəzlərinə qədər yayılıb".
O əlavə etdi:
"Rəhbərin baxışına görə, Qərb sivilizasiyasının nəzəri əsasları, məsələn, insan haqları, demokratiya, sekulyarizm və qadın hüquqları kimi sahələrdə, həmçinin onun hərbi, iqtisadi və media gücü kimi praktiki dayaqları bu gün legitimlik böhranı ilə üz-üzədir. Qəzza, Livan və digər ölkələrdə baş verən hadisələr göstərir ki, Qərb insan haqlarına və xalqların azadlığına zərrə qədər də etiqadı yoxdur".
İshaqi vurğulayıb:
"İslam inqilabının qələbəsindən sonra bu əsaslar daha ciddi şəkildə sarsılıb və bu gün açıq şəkildə görünür ki, Qərb sivilizasiyası xalqların hüquqlarına, insan haqlarına, qadın və uşaq haqlarına heç bir hörmət qoymur".
O sözlərinə belə davam etdi:
"Qərb sivilizasiyasının tənəzzülü və layihələrinin dünyanın müxtəlif bölgələrində çıxılmaz vəziyyətə düşməsi artıq aydın şəkildə görünür. Onların layihələri əvvəlki kimi tam müvəffəq deyil və Mərkəzi Asiya, Latın Amerikası və Qərbi Asiya ölkələrində ardıcıl uğursuzluqlarla üzləşiblər. Bu uğursuzluqlar, insanlığın tərəqqisinin mərkəzi olduğunu iddia edən Qərb üçün çox ağırdır.
Davamında, “Biz və Qərb” konfransının elmi katibi Musa Həqqani konfransın keçirilmə prosesini izah edərək dedi:
"Qərb sivilizasiyasının və hegemon sistemin mahiyyətini, strategiyalarını və müstəmləkəçi, hökmranlıq metodlarını tanımaq bu konfransın əsas məqsədlərindəndir. Həmçinin İslam oyanışı, İran – İslam kimliyinin potensiallarının tanınması və hegemon sistemlə qarşılaşmada müqavimət diskursu bu elmi fəaliyyətin digər mühüm istiqamətlərindəndir. Biz bu istiqamətdə nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün 12 əsas mövzu müəyyən etmişik".
Həqqani bu mövzuları izah edərək bildirdi:
"Qərb sivilizasiyasının mahiyyəti və onu tanıma zərurətləri, Qərbin müstəmləkəçi mahiyyəti və onun klassik müstəmləkəçilikdən postmüstəmləkəçiliyə qədər tarixi inkişafı, Qərbin dünya üzərində hökmranlığının strategiyaları, yolları, metodları və amilləri, müstəmləkəçi ölkələr və onların müstəmləkəçilik tarixi, hegemonluq altında olmuş bölgələr, dünyadakı antikolonial inqilablar, Qərb hökmranlığı və müstəmləkəçiliyi qarşısında İranın sivilizasiya potensialları, Qərbin İran üzərində hakimiyyət strategiyaları, yolları və metodları, müqavimət doktrinası və İranda dini antikolonial hərəkatlar, İslam inqilabının anti-hegemon və anti-müstəmləkəçi şəxsiyyətləri, müstəmləkədən xilas olma prinsipləri və hegemon sistemə qarşı mübarizə modeli, sionist rejimin hökmranlıq və müstəmləkəçilik mahiyyəti, həmçinin ABŞ-ın hegemon və müstəmləkəçi mahiyyəti əsas mövzulardandır.
Bu görüşün davamında konfransın siyasət şurasının üzvü Musa Nəcəfi İslam inqilabının Qərb sivilizasiyası ilə nəzəri və fikir baxımından əlaqəsinin açıqlanmasının zərurətinə toxunaraq belə dedi:
"Son onilliklərdə İslam inqilabında əməl düşüncədən irəli keçib və nəzəri mövzulara daha az diqqət göstərilib. Halbuki şəhid Mütəhhəri də İslam hərəkatlarının bəlalarından birinin gələcək üçün plan və proqramın olmaması olduğunu bildirirdi".
Siyasi düşüncə sahəsinin tədqiqatçısı Şərq və Qərb qarşıdurmasının tarixi köklərinə işarə edərək vurğuladı:
"Biz və Qərb arasındakı ikili qarşıdurma qədim tarixə malikdir; qədim İran və Yunan müharibələrindən tutmuş, Konstantinopolun fəthinə və Əndəlusun (İspaniya) süqutuna qədər. Lakin müasir qarşıdurma Fransa inqilabından sonra və Napoleonun Misirdə iştirakı ilə başladı, o zaman Qərb özünü dünyanın mərkəzi, başqalarını isə öz ətrafında toplananlar kimi hesab etməyə başladı.
Nəcəfi vurğuladı ki, İmam Xameneinin siyasi düşüncəsi sivilizasiya yönümlüdür və prinsiplərə malikdir: Ali Məqamlı Rəhbərin siyasi düşüncəsi yalnız reaksiya xarakterli deyil, aydın və İslam inqilabının digər fikri hissələri ilə uzlaşan prinsiplərə və əsaslara malikdir. Bu düşüncə praktik meydanda və ölkənin idarəçiliyinin müxtəlif sahələrində həyata keçirilib və müəyyən bir əməliyyat siyasi fəlsəfəsinin mövcudluğunu göstərir.