Siz Amerikanın əziz cavanları, tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız. Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei böyük və əzəmətli Həcc Qurultayı münasibətilə verdiyi mesajda “bəşəri miqyas” və “İslamın mənəvi amilinin gücünü” həccin vacibliyinin iki aspekti adlandırıb və Qəzzada baş verən müasir tarixdə bənzəri olmayan faciələrə toxunaraq vurğulayıb: Sionist rejim və onun havadarlarından, xüsusən də ABŞ-dan bəraət bu il Həcc mövsümündən sonra da, müsəlmanların məskunlaşdığı ölkə və şəhərlərdə, dünyanın hər yerində davam etməli və xalqa yayılmalıdır.
Bu gün kəskin irqi ayrı-seçkiliyə malik sionist rejimin törətdiyi soyqırım on illərlə bundan öncə zalımcasına və şiddətli rəftarlarının davamıdır. Sionist sərmayədarları şəbəkəsi Dünya müharibəsindən sonra İngiltərə dövlətinin köməyi ilə bir neçə min terroristi tədrici olaraq bu ölkəyə gətirdilər; bu ölkənin kənd və şəhərlərinə hücum etdilər, on minlərlə insanı öldürdülər, yaxud da qonşu ölkələrə qovdular. Evləri, bazarları və əkin sahələrini əllərindən aldılar və Fələstinin qəsb olunmuş məntəqəsində İsrail adlı bir dövlət qurdular.
Sionistlər tərəfindən Qəzza soyqırımının törədilməsi və dırnaqarası liberal Qərb hökumətlərinin bu qaniçən canavarı dəstəkləməsi Qərbdə azadlıq və bəşər hüquqlarının mənasını vicdanları oyaq olanlar üçün aşkar edir.
Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstini dəstəkləyən vicdanlı tələbələrə xitabən yazdığı məktubda bu tələbələrin sionistlərə qarşı etirazlarla yanaşı (fələstinlilərə qarşı) həmrəylik göstərmələrinə görə onları müqavimət cəbhəsindən olduqlarını bildirdi və Qərbi Asiya məntəqəsinin vəziyyətinin dəyişməsi və taleyinin əvəz olunmasını təkidlə vurğuladı.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Milli Məclisin 12-ci sessiyasının başlaması münasibətilə mesaj ünvanladı. Bu mesajın mətni bu gün səhər o Həzrətin ofis rəhbəri tərəfindən Milli Məclisin açılışı və nümayəndələrin andiçmə mərasimində oxundu.
İndi ki İslam Şurası Məclisinin 12-ci sessiyası təyin olunan tarixdə başlanır, əziz və hikmətli Allahın dərgahına təvazökarcasına səcdə edir və İran millətinə böyük bir İlahi hədiyyə olan dinə əsaslanan xaqlmehvərliyin davamlı olması və möhkəmliyinə görə şükür edirəm.
Bağışlayan və mehriban Allahın adı ilə
Livan müqavimət rəhbəri böyük mücahid cənab höccətül-İslam, vəl-müslimin Seyid Həsən Nəsrullaha (bərəkəti davamlı olsun)
Bu acı hadisə xidmət xarakterli bir fəaliyyət əsnasında baş verdi. Bu böyük və fədakar insanın ömrü istər prezident olduğu az bir müddətdə və istərsə də ondan öncəki məsuliyyət dövrlərində başdan-ayağa xalqa, ölkə və İslama xidmət yolunda dayanmadan fəaliyyət göstərməklə keçdi.
Onun üçün İlahi razılığa dəlalət edən xalqın məsləhət və razılığı hər şeydən öndə dayanırdı və buna görə də bəzi naşükürlərin əziyyəti, bədxahların tənəsi onu ölkə işlərinin inkişaf və mənafeyi üçün gecə-gündüz etdiyi fəaliyyətlərdən saxlamazdı.
Bu ağır hadisədə Təbrizin sevimli və mötəbər imam-cüməsi höccətül-İslam, vəl-müslimin Ali Haşim, mücahid və fəal xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin inqilabi və dindar meri cənab Malik Rəhməti kimi görkəmli şəxsiyyətlər, uçuş ekipajı və bir dəstə həmkarları İlahi rəhmətə qovuşdular.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın rəşadətli generalı SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin qəsbkar və mənfur sionist rejimin əli ilə şəhid olması münasibətilə belə vurğuladı:" Allahın izni ilə, onları bu və bu kimi cinayətləri törətdiklərinə peşman edəcəyik".
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei alicənab alim mərhum Ayətullah Hacı Şeyx Məhəmməd İmami Kaşaninin dünyasını dəyişməsi münasibətilə başsağlığı mesajı verdi.
Həzrət Ayətullah Xamenei 30-cu ümumrespublika namaz iclasına mesajında gənc və yeniyetmə nəsil arasında namaza rəvac vermək bu İlahi neməti geniş formada yaymağın açarı və onu öz layiqli yerində qərar vermək hesab etdi. O, həmçinin gənc və yeniyetmələrin işləri ilə bağlı məsul şəxslərdən özlərini "Namazı bərpa edin" (sözünün) müxatəbləri hesab edib, sözün həqiqi mənasında namazı bərpa etmələrini tələb etdi.
Həzrət Ayətullah Xamenei bir qrup şəhid Süleymani məzarının zəvvarlarının Kirman Şəhidlər xiyabanı yolunda baş verən terror hadisəsi nəticəsində şəhadətə çatmaları münasibətilə mesaj ünvanladı.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei baharın və yeni ilin başlanğıcı (hicri şəmsi 1402-ci ilin yazının başlanğıcı) münasibəti ilə müraciətində yeni ili “inflyasiyanın qarşısının alınması və istehsalın inkişafı" ili adlandırıb.
Suriya və Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan dünyadan köçənlərinə rəhmət, əza sahiblərinə də səbr diləyirik.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
İslam insana insan olaraq dəyər verib kişi ilə qadın arasında heç bir fərq qoymur. İnsani və islami dəyərlər baxımından qadın və kişinin bərabərliyi İslamda aşkar məsələlərdən biridir.