Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Suriya və Türkiyədəki zəlzələ qurbanlarına həmdərdlik ifadəsi
İran İslam İnqilabının Rəhbəri Suriya və Türkiyədə baş verən son zəlzələdən təəssüfləndiyini bildirib və buyurub: “Suriya və Türkiyədəki müsibətə düçar olmuş qardaşlarımız üçün təəssüf hissi keçiririk. Həyatını itirənlərə Uca Allahdan rəhmət, əza sahiblərinə səbr diləyirik”. Çərşənbə günü Ayətullah Əl-Üzma Seyid Əli Xamenei ordunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanları ilə görüşündəki çıxışının bir hissəsində belə qeyd edib: “Zəlzələ bizim də başımıza gəlib. Zəlzələ baş verəndə, ailələrin əzizləri həyatını itirəndə bunun necə ağır və acı olduğunu bilirik. Biz onların ağrılarını hiss edir və Allahdan onlara səbr və qəlb rahatlığı diləyirik”. O həmçinin İran İslam Respublikasının müxtəlif qurumlarının zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımlara işarə edərək, bu yardımların davam edəcəyini vurğulayıb.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
|