14/11/2025
Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?         Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
12/11/2025
Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.  Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.  Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.  Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur. 
28/10/2025
Tibb bacısı xəstənin mərhəmət mələyidir, bu, tamamilə həqiqi bir ifadədir və bunda heç bir mübaliğə yoxdur. Tibb bacısı, əslində, xəstənin dərd ortağı, onu oxşayan və ona aramlıq bəxş edən bir şəxsdir, bu, olduqca mühüm roldur. İslamda şəfqət, həmrəylik və mərhəmət əsas göstərişlərdəndir. Qurani-Kərim belə buyurur “Ruhəmau bəynəhum”, yəni onlar bir-birinə qarşı mehriban və mərhəmətlidirlər, Tibb bacıları bu iş üçün həm özlərini, həm də ruhiyyələrini hazırlayırlar. Yorulurlar da, çünki bu iş çox yorucudur, lakin buna baxmayaraq dözürlər. Bu, İslamın ən mühüm dəyərlərindən və tövsiyələrindən biridir. Həqiqətən də, bir insanın ağrısını azaltmaq üçün göstərilən səy insan həyatının ən gözəl mənzərələrindən biridir.   Fədakar Qəzza tibb bacılarına ithaf olunur. 20.12.2020
28/10/2025
Əgər fərz etsəydik ki, Kərbəla hadisəsi ümumiyyətlə baş verməmişdi, halbuki biz Zeynəbi-Kübra (s.ə) haqqında dediklərimizi və eşitdiklərimizi, adətən, Kərbəla hadisəsi ilə əlaqələndiririk, yenə də Zeynəbi-Kübra (s.ə) görkəmli bir şəxsiyyət, böyük bir insan və örnək alınıb ardınca gediləsi bir qadın sayılardı.      Seyid Əli Xamenei    04.10.1995
27/10/2025
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur.   Seyid Əli Xamenei    04.10.1995
23/10/2025
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Əllamə Mirzə Naini Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdəki çıxışı 23 oktyabr 2025-ci il cümə axşamı səhəri konfransın Qum şəhərində keçirildiyi məkanda yayımlandı.
23/10/2025
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Əllamə Mirzə Naini Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdəki çıxışı 23 oktyabr 2025-ci il cümə axşamı səhəri konfransın Qum şəhərində keçirildiyi məkanda yayımlandı.
18/10/2025
Ayətullah Xamenei mesajında mərhum mücahid general Əlirza Əfşarın vəfatı ilə bağlı dostlarına, ailəsinə və həmkarlarına başsağlığı verib. İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:
05/10/2025
Müzakirəyə dəvət və müzakirədən bəhs etmək ictimai rəyi aldatmaq üçündür. Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, mənim fikrimcə, bu, dünyanın ictimai rəyini aldatmaqdır. Bunun mənası budur ki, biz müzakirə tərəfdarıyıq, müzakirə və sülh etmək istəyirik, dava-dalaş olmasın, amma İran müzakirə etmək istəmir. Yaxşı, İran niyə müzakirə etmək istəmir? Biz oturub bir neçə il müzakirə apardıq, bu şəxs tam şəkildə yekunlaşmış və imzalanmış müzakirəni danışıq masasından kənarlaşdırıb cırdı. Bu adamla necə müzakirə aparmaq olar?   Müzakirədə insan əmin olmalıdır ki, qarşı tərəf öhdəliklərinə əməl edəcək. Biləndə ki, əməl etməyəcək, hansı müzakirədən söz gedir?
29/09/2025
Həzrət Ayətullah Xamenei Həzrət Ayətullah Sistaninin hörmətli həyat yoldaşının vəfatı münasibətilə başsağlığı verdi.
27/09/2025
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və "Lalələrin qonaqlığı" günü münasibətilə göndərdiyi müraciətdə şəhadəti mübarizənin mükafatı adlandıraraq vurğuladı ki, millətlər bu mücahidliklə inkişaf edir və bu şəhadətlərlə təzahür və parlaqlıq qazanırlar. 
24/09/2025
“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.   Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.   Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006   Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987   Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006   Həzrət Ayətullah Xamenei
23/09/2025
İmam Xamenei, İslam İnqilabının Rəhbəri bu axşam 23.09.2025-ci il tarixdə televiziya ilə xalqa müraciətində ölkə, region və dünya məsələləri barədə çıxış etdi.
23/09/2025
İmam Xamenei, İslam İnqilabının Rəhbəri bu axşam 23.09.2025-ci il tarixdə televiziya ilə xalqa müraciətində ölkə, region və dünya məsələləri barədə çıxış etdi.
22/09/2025
Bu gün 22.09.2025-ci il tarixdə günorta saatlarında Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Ali Rəhbəri ilə görüşərək səfər üçün hazırlanmış proqramlar barədə hesabat verdi.
21/09/2025
Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun.   16.01.1990
20/09/2025
Bu gün bizim düşmənimiz, yəni sionist rejim dünyanın ən mənfur rejimidir. Xalqlar da sionist hökumətdən iyrənir, ona nifrət edirlər, dövlətlər də bu hökuməti məhkum edirlər.   25.08.2025
16/09/2025
2025-ci il dünya sərbəst güləş yarışlarında milli komandanın qələbəsi münasibətilə Həzrət Ayətullah Xamenei sərbəst güləş komandamızın möhtəşəm səyi və təqdirəlayiq davranışını yüksək qiymətləndirən bir mesaj ünvanladı.
14/09/2025
"Fələstin referendumu" kitabı İran İslam Respublikasının Fələstin məsələsini həll etmə planı ilə bağlı Həzrət Ayətullah Xameneinin çıxışlarını özündə əks etdirir və Bağdad Beynəlxalq Sərgisində təqdimat mərasimi keçirilib. Bu planda sionist rejimin yaranmasından əvvəl Fələstində yaşayan bütün əsas sakinlərdən, bütün dinlərdən və etnik qruplardan, əksəriyyətin rəyini nəzərə alaraq xalq tərəfindən arzuolunan siyasi sistemin formalaşması üçün iştirak gözlənilir.
14/09/2025
"Fələstin referendumu" kitabı İran İslam Respublikasının Fələstin məsələsini həll etmə planı ilə bağlı Həzrət Ayətullah Xameneinin çıxışlarını özündə əks etdirir və Bağdad Beynəlxalq Sərgisində təqdimat mərasimi keçirilib. Bu planda sionist rejimin yaranmasından əvvəl Fələstində yaşayan bütün əsas sakinlərdən, bütün dinlərdən və etnik qruplardan, əksəriyyətin rəyini nəzərə alaraq xalq tərəfindən arzuolunan siyasi sistemin formalaşması üçün iştirak gözlənilir.
14/09/2025
Evliliyin əsas bünövrəsi qız və oğlanın bir-biriləri ilə yola getməsidir. Bir-biriləri ilə dil tapmalıdırlar. Bu "Bir-biriləri ilə dil tapmalıdırlar" cümləsinin çox dərin bir mənası vardır. Bunu əsas götürün ki, Allah-təala da öz bərəkətlərini sizlərə şamil etsin, inşallah.   Seyid Əli Xamenei  11.07.1991
14/09/2025
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
12/09/2025
İslam Peyğəmbəri bütün yaxşılıqların müəllimi, ədalətin, insanlığın, mərifətin, qardaşlığın müəllimi, həmçinin bəşəriyyətin tarixin sonuna qədər davamlı tərəqqi, təkamül və inkişafının müəllimi idi.
09/09/2025
Həzrət Ayətullah Əl-Üzma Xamenei yaxın günlərdə verilən bir istifta (sual) əsasında möminlərin xümsünün bir hissəsini Qəzzanın məzlum xalqına ayırmasına icazə verdi. KHAMENEI.IR mediası verilmiş sual və Rəhbərin cavabını belə dərc edib:
09/09/2025
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei höccətülislam vəl-müslimin Ramazanini bir daha Əhli-beyt (ə) Ümumdünya Cəmiyyətinin baş katibi vəzifəsinə təyin etdi.
09/09/2025
Həzrət Ayətullah Xamenei höccətülislam vəl-müslimin Şəhriyarinin İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Cəmiyyətinin baş katibi kimi fəaliyyətinin davam etdirilməsinə razılıq verdi.
09/09/2025
KHAMENEI.IR xəbər portalı bu yazıda İnqilab Rəhbərinin çıxışlarına əsasən hər kəs üçün örnək ola biləcək Həzrət Rəsulullahın həyatının ən mühüm başlıqlarını nəzərdən keçirib.
07/09/2025
Bu gün günorta saatlarından sonra Prezident və hökumət heyəti İslam İnqilabının Rəhbəri ilə görüşdü.
07/09/2025
Bu gün günorta saatlarından sonra Prezident və hökumət heyəti İslam İnqilabının Rəhbəri ilə görüşdü.
31/08/2025
Ölkəmizin iftixarlı gənclərdən ibarət voleybol komandasının dünya çempionluğunu qazanması münasibətilə Həzrət Ayətullah Xamenei bir mesajında İran xalqının övladlarına təşəkkür etdi.
27/08/2025
Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
27/08/2025
Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır.
25/08/2025
Biz bir müharibəyə məruz qaldıq. İran xalqı da bütün qüdrəti ilə müqavimət göstərdi və dünyanın diqqətini özünə cəlb etdi. İran dünya xalqlarının nəzərində xüsusi bir əzəmət qazandı.
25/08/2025
Sionistlərin niyyəti Nil çayından Fərata qədər olan əraziləri ələ keçirməkdir. Lakin onların strategiyası əvvəlcə hiylə ilə yerlərini möhkəmlətmək, sonra isə insan qətli və zorakılıqla bacardıqları qədər irəliləməkdir.
24/08/2025
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
24/08/2025
Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur.
24/08/2025
Sionistlər istər siyasi, istərsə də hərbi cəhətdən ciddi müqavimətlə üzləşən kimi dayanırlar və hiylə yoluna əl atırlar ki, bir addım irəli gedə bilsinlər. Bir addım irəlilədikdən sonra isə yenidən eyni zorakılığı tətbiq edirlər.
13/08/2025
Səddamın valisi bığını girov qoydu, amma...
07/08/2025
Həzrət Ayətullah Xamenei bir sərəncamla cənab doktor Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi kimi təyin etdi.​
07/08/2025
İmam Səccad (ə) barəsində yaradılmış o susqun, başıaşağı, məzlum və passiv obraz tamamilə həqiqətə ziddir. İmam Səccadın (ə) həqiqi siması mübariz, qəhrəman, yorulmaz və (zülmlə) barışmaz bir simadır. O, tam tədbirlə, tam dəqiqliklə yolları tanıyır, onları seçir və hədəflərə doğru bu yollarla irəliləyir, özü isə (bu yolda) yorulmur, amma düşməni yorur.