23/01/2026
Peyğəmbər insanları hərəkət və qiyama çağırdı. Allah üçün edilən qiyam bəşər həyatının bütün şəraitlərində təsirli və faydalıdır.      Seyid Əli Xamenei    24.09.2003
24/12/2025
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.    Seyid Əli Xamenei    08.05.1981
01/09/2025
Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq. İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir. Həmrəzmane- Hüseyn, səh 333
24/08/2025
Tövbə surəsinin 128-ci ayəsinin ilk iki cümləsi, yəni "Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir..." bütün bəşər övladına aiddir, necə ki, başqa bir ayədə də buyurulur: "Ey insanlar! Mən sizin hamınıza tərəf göndərilən Allahın elçisiyəm". Yəni bütün bəşər Peyğəmbərin müxatəbidir.
23/08/2025
İmam Rzanın (əleyhissalam) hamımıza dərsi budur ki: Ey müsəlman! Mübarizədən yorulma. Yatma, çünki düşmən həmişə ayıqdır və müxtəlif formalarda, fərqli geyimlərdə, müxtəlif maskalarda və rəngbərəng formalarda ortaya çıxır. Gözünüz iti olsun, düşməni tanıyın, onunla mübarizə yolunu bilin və Əli ibn Musa Ər-Rza kimi əvvəldən axıradək mübarizəni davam etdirin.
23/08/2025
Bu iki cümlə çox mühümdür: "Sizin əziyyət çəkməyiniz ona ağır gəlir" – yəni bəşərin əziyyətə düşməsi əzəmətli Peyğəmbərə ağır gəlir və o, insanların əziyyətə düşməsi ilə əziyyətə düşür, ardınca: "O, sizə qarşı qayğıkeşdir" – yəni o, sizin üçün can yandırır, sizə bağlıdır, taleyinizə həqiqi mənada maraq göstərir. Bu da bütün bəşər övladına ünvanlanmış bir xitabdır.
23/08/2025
Quranda əzəmətli Peyğəmbərdən bəhs edən ayələr çoxdur. Bu ayələrin bəziləri indiki bəşərin vəziyyəti ilə çox aydın bir uyğunluq təşkil edir. İnsan ayəni oxuyanda görür ki, sanki elə bu gün və bu günün insanı üçün nazil olub. Bu ayələrdən biri "Tövbə" surəsinin 128-ci ayəsidir.
17/06/2025
İmam Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
03/06/2025
İmam Baqirin (ə) şəhadətinin ildönümü münasibətilə əzadarlıq mərasimi 03.06.2025-ci il tarixdə çərşənbə günü səhər saatlarında İslam İnqilabı Rəhbərinin iştirakı ilə keçirildi
03/06/2025
İmam Baqirin (ə) şəhadətinin ildönümü münasibətilə əzadarlıq mərasimi 03.06.2025-ci il tarixdə çərşənbə günü səhər saatlarında İslam İnqilabı Rəhbərinin iştirakı ilə keçirildi
22/02/2025
İran Kəşfiyyat və Təhlükəsizlik naziri, müavinləri və nazirliyin yüksək rütbəli zabitləri çərşənbə günü 22.02.2025-ci il tarixdə İnqilab Rəhbəri ilə görüşdülər.
04/01/2025
Əgər İmam Hadinin (əleyhissalam) bu səyləri olmasaydı, bu gün biz “Ziyarəti-Camiə”yə malik olmazdıq və o ziyarətdə olan özünə xas maarif şiələrin əlində çatmayacaqdı.
22/06/2024
Ayətullah Behişti və dostlarının "Mücahidine -Xəlq" terrorist qruplaşmaları tərəfindən şəhid olduqları gün ərəfəsində və eləcə də İranda Milli Məhkəmə Günü münasibətilə Ali Məhkəmə Orqanlarının sədr və məsul şəxsləri bu gün 22.06.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
22/06/2024
Ayətullah Behişti və dostlarının "Mücahidine -Xəlq" terrorist qruplaşmaları tərəfindən şəhid olduqları gün ərəfəsində və eləcə də İranda Milli Məhkəmə Günü münasibətilə Ali Məhkəmə Orqanlarının sədr və məsul şəxsləri bu gün 22.06.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
07/06/2024
İmam Cavad (ə) müqavimətin göstəricisidir. 25 yaşında şəhadətə yetişmiş, qısa ömür sürmüş böyük bir insandır. Hiyləgər Abbasi xalifəsi olan Məmunla mübarizə aparmış və heç vaxt bir addım belə geriyə çəkilməmiş və bütün ağır şəraitə dözmüşdür və mümkün olan bütün mübarizə metodları ilə mübarizə aparmışdır.
07/06/2024
Bu ləyaqətli Allah bəndəsinin (İmam Cavadın) qısa həyatı küfr və tüğyanla mübarizədə keçmişdir. İmam Cavad (ə) camaata bunu demək istəyirdi ki, mən İslam və Peyğəmbər ailəsinin tərəfdarıyam. İmam Rza (ə) və İmam Cavad (ə) Məmunun hiyləgər və riyakar çöhrənisi üzə çıxarmaqdan ötrü var gücləri ilə çalışırdılar və buna da müvəffəq oldular.
07/06/2024
İmam Cavad (ə) müqavimətin göstəricisidir. 25 yaşında şəhadətə yetişmiş, qısa ömür sürmüş böyük bir insandır. Hiyləgər Abbasi xalifəsi olan Məmunla mübarizə aparmış və heç vaxt bir addım belə geriyə çəkilməmiş və bütün ağır şəraitə dözmüşdür və mümkün olan bütün mübarizə metodları ilə mübarizə aparmışdır. Bu ləyaqətli Allah bəndəsinin (İmam Cavadın) qısa həyatı küfr və tüğyanla mübarizədə keçmişdir. İmam Cavad (ə) camaata bunu demək istəyirdi ki, mən İslam və Peyğəmbər ailəsinin tərəfdarıyam. İmam Rza (ə) və İmam Cavad (ə) Məmunun hiyləgər və riyakar çöhrənisi üzə çıxarmaqdan ötrü var gücləri ilə çalışırdılar və buna da müvəffəq oldular.
15/02/2024
Bu gün o böyük şəxsiyyətin mövlud günüdür. Bu gündə Hüseyn ibn Əlidən (ə) dərs almaq gərəkdir. Hüseyn ibn Əlinin ümmətə verdiyi dərs budur ki, haqq, ədalət və onun həyata keçməsi, zülmlə mübarizə üçün həmişə hazırlıqlı olmaq və (insanın) bütün varlığı ilə meydana gəlməyi lazımdır. (İmam Hüseynin etdiyi iş) O miqdar və həddə nə mənim, nə də sizin görə biləcəyiniz bir işdir, lakin şəraitimizə, əxlaq və (gündəlik) rəftarlarımıza münasib olan həddə isə bu iş bizə də aid olur. Gərək (bunları) öyrənək.​
15/02/2024
Bu gündə elə bir kəs dünyaya göz açdı ki, İslamın taleyi ondan, onun hərəkətindən, qiyamından, fədakarlıq və ixlasından asılı idi. Bu böyük şəxsiyyət bəşəriyyət tarixinə misli və bənzəri olmayan bir hərəkət təqdim etdi və bunu bəşəriyyətin gözü önündə sərgilədi ki, heç zaman unudulmayacaqdır. Bu (şəxs) nümunədir.​
25/10/2023
İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir. ​
Mətndən çıxarış

İmam Səccadın qəhrəmanlığı

02/03/2021
Əgər İmamlar, o cümlədən İmam Səccad (əleyhissalam) həmin şəraitdə belə açıq və zorakı hərəkətlərə əl atsaydılar, şübhəsiz ki, şiəliyin kökü kəsilərdi və Əhli-beyt məzhəbinin, imamət və vilayət sisteminin sonrakı dövrlərdə inkişafı üçün heç bir zəmin qalmazdı, hər şey aradan gedər və məhv olardı.
03/04/2019
İnqilab Peyğəmbərin besətinin davamı idi, İslam Respublikası da Peyğəmbərin besətinin davamıdır.      Seyid Əli Xamenei    03.04.2019
05/05/2016
Besətin qarşısında duran cəbhə cahiliyyət cəbhəsidir. Cahiliyyəti yalnız müəyyən bir tarixi dövrə aid bir hadisə kimi dəyərləndirmək olmaz. Cahiliyyəti davam etdiyi kimi besət də davam edir.      Seyid Əli Xamenei    05.05.2016
09/06/1995
İmam Hüseyn (ə) bu böyük vacib vəzifəni yerinə yetirmək üçün İslam cəmiyyətinin yenidən qurulması və ya böyük sapmalara qarşı mübarizə aparmaq üçün qiyam etdi...
07/06/1994
İmam Hüseynin (ə) mübarizəsində, hətta bəzi dostlar da üz çevirirlər. Belə ki, onlardan birinə buyurdu: "Gəl, mənə kömək et."
23/02/1990
Hər bir müsəlman insanın vəzifəsidir ki, Peyğəmbərin besətini öz şəxsi həyatında və yaşadığı dünyada gerçəkləşdirsin.      Seyid Əli Xamenei    23.02.1990
11/09/1987
İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.
19/07/1986
Bir vaxtlar Musa ibn Cəfər "Şamdakı bəzi kəndlərə qaçaq kimi girərdi və bir mağaraya gəldi və orada bir rahib var idi".