İmam Səccad (ə) ümumiyyətlə üç əsas rol icra etdi. İmam Səccad (ə) və başqa imamlar arasında iki müştərək vəzifə vardır. İmamlar imamətin 250 illik dövründə İslam və İslam cəmiyyəti ilə bağlı iki ümdə vəzifəni yerinə yetirdilər; bunlardan biri İslam maarifi, hökmləri və fiqhinin bəyan edilməsi, eləcə də İslama tətbiq olunan azğınlıq və təhriflərdən qorunması idi. Digəri isə Ələvi hökuməti altında İslami cəmiyyətin təşkilinə zəmin yaratmaq idi.
İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
11.09.1987