İmam Cavad (ə) müqavimətin göstəricisidir. 25 yaşında şəhadətə yetişmiş, qısa ömür sürmüş böyük bir insandır. Hiyləgər Abbasi xalifəsi olan Məmunla mübarizə aparmış və heç vaxt bir addım belə geriyə çəkilməmiş və bütün ağır şəraitə dözmüşdür və mümkün olan bütün mübarizə metodları ilə mübarizə aparmışdır.
Bu ləyaqətli Allah bəndəsinin (İmam Cavadın) qısa həyatı küfr və tüğyanla mübarizədə keçmişdir. İmam Cavad (ə) camaata bunu demək istəyirdi ki, mən İslam və Peyğəmbər ailəsinin tərəfdarıyam. İmam Rza (ə) və İmam Cavad (ə) Məmunun hiyləgər və riyakar çöhrənisi üzə çıxarmaqdan ötrü var gücləri ilə çalışırdılar və buna da müvəffəq oldular.