Təcili xəbərlərin, Qəzzanın viranedici təsvirlərinin hər gün dünya medialarına hücum etdiyi dünyada Qərb Sahili – Fələstinin bu yaşıl və müqəddəs torpağı – gizli yara kimi, mediaların boğucu sükutunda nəfəs dərir. 2025-ci ilin noyabrında Qəzzada bərpa olmuş ağrılı atəşkəs nəinki Fələstinin cənubunda qanlı döyüşləri dayandırmadı, hətta işğalçı rejimin Fələstinin şimalında – Qərb Sahilində öz işğalını daha şiddətlə davam etdirməsi üçün fürsət yaratdı. Qarşınızdakı yazıda Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) kimi beynəlxalq təşkilatların son məlumatları, Fələstin və beynəlxalq mənbələrin ərazidən mötəbər xəbərləri əsasında Qərb Sahilinin cari məsələləri araşdırılır və bu məsələnin prioritetləri qabardılır. Bu yazıda təkcə yəhudi qəsəbə sakinlərinin amansızlıqlarının acı statistikası yada salınmır, həm də Fələstin amalı haqqında dərin düşüncəyə dəvət edilir. Qərb Sahili hər zamandan daha artıq dünyanın diqqətinə ehtiyaclıdır. Çünki bu olmadan nəsillərin arzusu olmuş Bütöv Fələstin arzusu həmişəlik əlçatmaz olacaq.
Bu yazı öz oxucularına – avropa siyasətçilərindən amerikalı insan haqları fəallarına, Qərbi Asiya alimlərinə qədər – nəql edir ki, nə üçün Qərb Sahilinin işğalı ötəri bir hadisə yox, milyonlarla fələstinlinin hüququnu pozan nizamlı sistemdir. Sənədli dəlillərə əsasən medianın sükutu təsadüfi diqqətsizlik yox, hegemonçu layihələri həyata keçirmək üçün məqsədli vasitədir. Hansı ki, müstəqil Fələstin dövlətinin yaradılması duyğusal istək yox, inkaredilməz insan hüququdur.
Vaşinqtonun yaşıl işığı ilə işğalçı üçün müstəsna fürsət
Qəzzada atəşkəsdən sonra İsrail rejimi ikiqat cəsarətlə və Birləşmiş Ştatların yaşıl işığı ilə Qərb Sahilinin işğalını gücləndirdi. Bu işğal təkcə beton divarlar qaldırmaq, sıxıcı yoxlanış postları ilə yox, E1 kimi öldürücü strateji layihələrlə davam etdirilir. Şərqi Yerusəlimi müstəmləkəçilik körpüsü kimi qanunsuz Maale Adumim yəhudi qəsəbələri ilə birləşdirən bir layihə! Praktiki olaraq Qərb Sahili şimali və cənubi olmaqla iki hissəyə bölünür. Beləcə, vahid, hakimiyyətə malik Fələstin dövləti qurmaq imkanı birdəfəlik dəfn edilir.
2025-ci ilin avqust ayında Netanyahu dövləti həssas E1 məntəqəsində 3400 yaşayış evinin tikilməsinə qərar verdi. Beynəlmiləl təzyiqlər səbəbindən əvvəlki İsrail rejimi dövlətləri tərəfindən bu iş təxirə salınmışdı. Amma bu dəfə Tramp dövləti nəinki zərrəcə etiraz etmədi, hətta Amerikanın Tel-Əvivdəki yeni səfiri Mayk Hukabe - yəhudi qəsəbələrinin salınmasını “yəhudilərin ilahi haqqı” sayan siyasətçi, xristian yəhudi – layihəni dəstəklədi və onu “İsrailin təhlükəsizliyi üçün zəruri addım” adlandırdı. Hukabenin açıq dəstəyi və Amerika Xarici İşlər Nazirliyinin mənalı sükutu Netanyahuya aydın mesaj idi: E1 layihəsini tam şəkildə icra etmək, Qərb Sahilinin həyat damarını kəsmək üçün tamamilə azadsınız. Bu qeyd-şərtsiz himayədarlıq İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəmsi 1404-cü il 6 azərdə işarə etdiyi güclü himayədarlıqdır. Ali Məqamlı Rəhbər buyurur:
“Sionist rejimin Livana hücumu, Suriyaya təcavüzü, Qərb Sahili və Qəzzadakı cinayətləri – bütün dünya Qəzzadakı vəziyyətə şahiddir – bütün bunlar Amerikanın dəstəyi ilədir və Amerika bu dəstəyə görə sözün əsil mənasında zərər etdi, nifrət qazandı.”
Bu söz Qərb Sahilinin bugünkü gerçəkliyini dəqiq əks etdirir: E1 məntəqəsində yeni qəsəbələr üçün meydan açan bütün buldozerlər Amerikanın dolları və Amerika səfirinin xeyir-duası ilə işləyir. Verilən hər icazə şübhəsiz Amerikanın Təhlükəsizlik Şurasında vetosu ilə yanaşıdır. Amerikanın həddi aşan bu dəstəyi təkcə sionist rejimi cinayətlərini davam etdirməyə cürətləndirmir, həm də səssiz fəzada baş verən faciəyə münasibətdə dünyanın vicdanını susdurur.
9 metrlik divarlar arasında üstüaçıq həbsxana
Tələsik yəhudi qəsəbələri salmaqdan əlavə, işğalçı rejim 9 metrlik beton divarlarla, 700-dən artıq daimi və havadan yoxlama məntəqəsi ilə Qərb Sahilini üstüaçıq həbsxanaya çevirib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2004-cü ilin iyul ayında məşvərətçi rəylə bu divarların “beynəlxalq hüquqa zidd” olduğunu elan edib. BMT-nin Beynəlxalq Assambleyasının qətnaməsi (ES-10/15) divarların dərhal sökülməsini tələb edib. Amma İsrail rejimi nəinki divar çəkilişini genişləndirib, həm də irqi ayrıseçkilik yaradan sarı və yaşıl vəsiqələr çap etməklə milyonlarla fələstinlinin yerdəyişmə azadlığını işğalçı əsgərlərdən qısamüddətli və təhqiramiz icazə almaq zərurəti ilə şərtləndirib.
BMT-nin 2025-ci il hesabatına əsasən, fələstinlilər hər gün yoxlanış məntəqələrində alçaldıcı növbələrdə saatlarla yubanır. Təcili yardım maşınları dayandırılır, hamilə qadınlar dünyaya uşaq gətirir, xəstələr həyatını itirir. BMT-nin xüsusi məruzəçisinin sözlərinə görə, bu sistem təhlükəsizlik yox, Aparteid atmosferi yaratmaq üçündür. Qərb Sahili 165-dən çox adası ilə mühasirəyə alınıb kiçildilir. Bu divarlar və yoxlanış məntəqələri müdafiə vasitəsindən daha çox, Fələstin xalqının əl-ayağında dəmir zəncirdir və hər gün bu torpaqların ətinə-sümüyünə işləyir, Fələstin dövlətinin coğrafi xəritəsini həmişəlik məhv edir.
Medianın sükutu cinayətlə əlbirlikdir
Bu işğal qarşısında mediaların sükutu təsadüfi deyil, İsrailin strategiyasıdır. Qəzzada viranlıqların təsviri hər gün dünyanı sarsıtdığı vaxtda Qərb Sahilinin xəbərləri haşiyədə qalır. OCHA-nın 2025-ci ildə yüzlərlə yaşayış binasının dağıdılması barədə sui-istifadə edilən məruzələri hər şəxsdə belə bir sual yaradır: belə bir dünyanı necə təsəvvür etmək olar ki, ən böyük beynəlmiləl hüquq pozuntusu – Qərb Sahilinin 60 illik işğalına necə göz yumulur? Hüquqi arqument sadədir: 4-cü Cenevrə Konvensiyası (1949) qanunsuz yəhudi qəsəbələrinin tikintisini qəti şəkildə qadağan edir, BMT TŞ 2334-cü qətnaməsi ilə (2016) bunu pisləyir. Bununla belə, İsrail bu qadağalara baxmayaraq 2025-ci ildə Qərb Sahilində minlərlə yeni ev tikir. Bu rəqəmlər sadəcə rəqəm deyil, milyonlarla fələstinlinin çəkdiyi əzabdan bir nümunədir. Onlar ata-baba yurdlarını əldən çıxarırlar. Acı həqiqət budur ki, dünyanın təcili müdaxiləsi olmadan Qərb Sahili Fələstinin döyünən ürəyi olaraq dayanacaq.
Sionist rejimin himayəsi altında yəhudi qəsəbə sakinlərinin vəhşilikləri
Əgər Qərb Sahilinin dövlət tərəfindən işğalı zəhərli ağacın köküsə, qəsəbə sakinlərinin vəhşiliyi onun tikanlı budaqlarıdır. 2025-ci ildə qəsəbə sakinlərinin fələstinlilərə hücumları görünməmiş rekord vurub. OCHA-nın məruzəsinə əsasən, 2006-cı ildən bu günədək 2025-ci il qəsəbə sakinlərinin vəhşiliklərinin ən çox baş verdiyi dönəmdir. Qeydə alınmış 260 hücumdan orta hesabla günə 4 hücum düşür. Zeytun ağaclarının yandırılmasından müdafiəsiz əkinçilərə silahlı hücumlara qədər. OCHA 2025-ci il boyu 178 fələstinlinin qətlə yetirilməsini qeydə alıb. Bu hadisələrin əksəri qəsəbə sakinləri və hərbi qüvvələrin vəhşiliyi ilə əlaqəlidir. Bu hücumlar təsadüfi deyil, 80-dən çox Fələstin şəhəri və kəndinə təsirli sistematik hərəkətdir. Təsəvvür edin ki, fələstinli əkinçilər zeytun yığımı fəslində - min illik kimliyin təcəssümü - ağacları yandıran, əkin sahələrini viran qoyan qəsəbə sakinləri ilə üzbəüzdür. 2025-ci ilin noyabr ayında qəsəbə sakinləri Qərb Sahilində məscidi yandırdılar. BMT xəbərdarlıq etdi ki, “amansılığın belə sürətlə artması” milli təmizləmənin bir hissəsidir. Vaşinqton Post və Əl-Cəzirə kimi media qurumları 2023-cü ildən başlayaraq qəsəbə sakinlərinin geniş hücumunu işıqlandırdılar. Bu, amansızlığın coğrafiyasının genişlənməsini göstərirdi. Mötəbər beynəlmiləl və Fələstinə aid mənbələrdə verilən bu statistikalar oxucunu belə bir həqiqətin qəbulna vadar edir: Qəsəbə sakinlərinin vəhşilikləri şəxsi müdafiə yox, torpaqların işğalı üçün mütəşəkkil müharibədir. Bu vəhşiliklərin qurbanı fələstinlilərdir. Bəşəriyyət bu əzab barədə eşitməli yox, onu görməli, açıq gözlə qəbul etməlidir.
Məcburi edam: Aparteid aşkar olur
2025-ci il 11 noyabrda İsrail Knesseti 39 lehinə səslə qalmaqallı “məcburi edam” layihəsini qəbul etdi. Layihəyə görə, yalnız israillilərə hücum etmiş fələstinlilər edama məhkum edilirdi. Radikal sağçı, təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən dəstəklənən layihəyə əsasən, fələstinlilərin edamı qanuni sayıldığı halda fələstinlini qətlə yetirmiş qəsəbə sakininin cəzalandırılması üçün heç bir mexanizm yox idi. Beynəlxalq Amnistiya Təşkilatı dərhal reaksiya verdi: “İsrail dərhal bu irqçi layihəni dayandırmalıdır”. Layihəni “Qanuni Aparteidə doğru addım” adlandırdılar.
Bu layihənin qəbulu məhkəmə qanunu olmaqdan çox, sistematik qeyri-bərabərliyin təcəssümü idi. Fələstinlilər mühakimə edilmədən edam olunduğu halda qəsəbə sakinləri dövlət tərəfindən tam dəstəklənir. Bu cəza yalnız fələstinlilərə tətbiq edilir və müxaliflər onu irqçilik adlandırır. Sədə hüquqi arqument budur ki, bu layihə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (1966) həyat hüququnu təzmin edən 6-cı maddəsini pozur. Bununla belə, 2025-ci ildə, mövcud layihə Qərb Sahilində Aparteidi təsbit edən irqi ayrıseçkilik qanunlarının böyük bir dalğasındandır. Heç bir dəlilsiz “terrorda” ittiham edilən, edama məhkum olunan fələstinli övladı təsəvvür edin!
Günahsız məhbuslar: Nəfəs almaq da qadağandır
Divarlar və yoxlama məntəqələri təkcə fiziki qəfəs deyil. İşğalçı rejim çoxsaylı və hədsiz həbslərlə milyonlarla fələstinlinin həyatını və gələcəyini zəncirləyir. Fələstin Əsirlər və Azadələr üzrə Komissiyasının və Fələstinli Məhbusların Müdafiəsi Komitəsinin (Addameer) məlumatına əsasən, 2025-ci ilin noyabrına qədər İsrail həbsxanalarında 10 min 500 nəfər fələstinli “təhlükəsizlik” ittihamı ilə həbs olunub. Onların 3 min 500 nəfəri inzibati qaydada, ittihamsız və məhkəməsiz saxlanılır. 2025-ci ilin avqustunda yüzlərlə fələstinli həbs edilib. 2023-cü ilin oktyabr ayından Qərb Sahilində 17 min nəfər həbsə alındığı qeydiyyatdadır. Fələstin insan haqları təşkilatlarının məlumatı göstərir ki, 2025-ci ilin noyabrına qədər 3368 nəfər həbs edilib, həbs olunmuş uşaqların çoxu ittihamsız saxlanılır. Fələstinli Uşaqların Beynəlmiləl Müdafiəsi Təşkilatı bu əsassız həbslər barədə bildirir: “Həbs olunmuş fələstinli uşaqların yarısı ittihamsız saxlanılır.” Bu məlumat hamını düşündürür. Sənəd-sübutsuz aylarla davam edən inzibati həbs insan haqlarının aşkar pozulmasıdır. 2025-ci ilin iyulunda yüzlərlə insan həbs edilib və bu cari ildə davam edir. Bu təzyiq təbii həyatı əldən alır və fələstinlilər haşiyədə qalır. Bu özbaşına həbslərə son qoymadan davamlı sülh mümkün deyil.
Qərb Sahilində 2,8 milyondan çox fələstinli yaşayır və Fələstinin su, təbii mənbələrinin 60 faizi bu məntəqədədir. Qərb Sahili olmadan Fələstin amalı yarımçıqdır. OCHA-nın məlumatlarında vurğulanır ki, 2025-ci ilin vəhşilikləri 80-dan çox məntəqəyə təsirlidir və bu, mövzunun əhəmiyyətini qat-qat artırır. Dünyanın diqqəti mərhəmət yox, əxlaqi zərurətdir. BMT-nin 242-ci qətnaməsi (1967) işğal olunmuş torpaqların azad olunmasını tələb edir. Dünya Qərb Sahilini görməlidir. Çünki Qərb Sahilinin xilası Fələstinin xilasıdır.
Qərb Sahilinin ölümü Fələstinin dəfnidir
Amma bununla iş bitmir. Qərb Sahilinin yarası hər gün dərinləşir. Dünyanın sükutunun hər dəqiqəsi bir mənada işğal qarşısında təslimçilikdir. Bu gün Qəzza atəşkəsdə nəfəs aldığı vaxt Qərb Sahili qəsəbə salınmasının bıçağı, yəhudi qəsəbə sakinlərinin vəhşiliyi altında qan verir. Əgər dünya beləcə tamaşaçı mövqeyi tutsa, sabah nə Qəzza olacaq, nə Qərb Sahili. Təkcə işğal edilmiş Fələstin qalacaq ki, onun da adı yaddan çıxmaqdadır. Bu, xəbərdarlıq yox, BMT-nin hesabatlarının, hadisə yerindən reportajların, milyonlarla fələstinlinin fəryadının təsdiqlədiyi acı həqiqətdir. Addım atmaq vaxtı çatıb. Sükut düşmənlə əlbir olmaqdır. Bütöv Fələstin fələstinlilərin gerçək haqqıdır. Heç bir imperialist layihə bu haqqı tapdaya bilməz. Nə qədər gec deyil dünya oyanmalıdır.