Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə eyni zamanda İmam Xomeyni hüseyniyəsində əzadarlığın üçüncü gecəsi, bazar günü 23.11.2025-ci il tarixdə minlərlə insanın və üç qüvvənin başçıları da daxil olmaqla bir sıra rəsmilərin iştirakı ilə keçirildi.
Mərasimdə Höccətül-İslam vəl-müslimin Nasir Rəfii “Həzrət Zəhranın (s.ə) həyat tərzində zaman idarəçiliyi” mövzusunda çıxış edərək “Proqramın olmamazlığı”, “Nizamsızlıq”, “Əhəmiyyəti çox olan işləri önə salmamaq” və “Tələskənlik” kimi zaman idarəçiliyinə zərər vuran amilləri sadaladı və dedi: Siddiqeyi-Kübra (s.ə) “İlahi niyyət və motivasiya”, “Önəmli işləri önə salmağın müəyyənləşdirilməsi” və “Zamanın kombinə edilmiş şəkildə istifadəsi” ilə qısa, lakin bərəkətli ömründə İslam cəmiyyətinə və ailəsinə çoxlu dəyərli və təsirli xidmətlər təqdim etdi və vilayətin izahı, maarifləndirilməsi və müdafiəsi yolunda mühüm addımlar atdı.
Bu mərasimdə, həmçinin cənab Meysəm Mutii iki aləmin xanımının matəmində mərsiyə oxuyub məddahlıq etdi.