Daxili İşlər naziri və icra başçılarının çərşənbə günü 28.05.2025-ci il tarixdə günorta saatlarında İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ayətullah Xamenei bu görüşdə dövlət rəsmilərinin xalqla olan rəftarına toxundu və buyurdu:
"Ən mühüm mövzulardan biri xalq məsələsidir. Camaatın içinə girmək, onların toplaşdığı məclislərdə iştirak etmək və sərt olsa belə danışdıqları sözləri səbir və hövsələ ilə dinləmək lazımdır. Eləcə də onlara gərəkli izahlar verilməlidir".
Həzrət Ayətullah Xamenei icra başçıları ilə olan görüşündə icra başçılarını bütün işlərə, o cümlədən istehsal, ətraf mühit, şəhər xidmətləri, sərhəd bazarları və yerli diplomatiyaya cavabdeh şəxs kimi təqdim edərək belə buyurdu:
"Əlbəttə, bu prinsip müxtəlif hökumətlərdə vurğulansa da, bəzi nazirlərin etirazı səbəbilə prezidentlər onu tam şəkildə tətbiq edə bilməyiblər. Lakin icra başçılarına səlahiyyət verilməlidir ki, məsələlər barədə qərar qəbul edib tədbir görə bilsinlər".
İnqilab Rəhbəri ölkənin imkanlarla zəngin olduğunu və ümumi mühitin müharibə, koronavirus kimi geniş yayılmış xəstəliklər, ciddi təhlükəsizlik problemləri və kəskin siyasi və partiyalararası ixtilaflar kimi çətinliklərdən uzaq olduğunu vurğulayaraq belə buyurdu:
"Bundan əlavə, ölkə gənc, savadlı və bacarıqlı insan resursu kimi böyük bir potensiala malikdir. Hər bir qurum bu potensialı tanıyıb ondan faydalandığı təqdirdə, hiss olunan irəliləyişlər də əldə etmiş olacaqdır".
İnqilab Rəhbəri İranın Şanxay, BRİKS kimi mühüm regional və beynəlxalq qurumlara üzvlüyünü, həmçinin Daxili İşlər Nazirliyinin idarəsini ölkənin müxtəlif bölgələrini yaxşı tanıyan bir nazirin öhdəsinə verilməsini də əlavə fürsət kimi dəyərləndirərək belə buyurdu:
"Əgər bu ruhiyyəyə malik müdirləri vilayətlər (şəhərlər) üçün seçsəniz iş və inkişaf üçün heç bir fürsət əldən çıxmaz".
O Həzrət icra başçılarının (valilərin) xidmət dövründə şəxsi ticarət kimi ölkə mənafeyi ilə ziddiyyət yaradan fəaliyyətlərdən çəkinməli olduqlarını vurğulayaraq ölkənin sağlamlığının qorunmasını və fəsada qarşı mübarizəni zəruri saydı və əlavə etdi:
"Bəziləri çalışdılar sübut etsinlər ki, İslam Respublikasında fəsad, onların ifadəsilə desək, sistemi bürüyüb, halbuki bu, yalandır. Sistem sağlamdır, lakin bəzi sahələrdə zəif və ya güclü şəkildə fəsad izlərinə rast gəlinir və bu hallarla qəti şəkildə mübarizə aparılmalıdır".
Ayətullah Xamenei fəsadla mübarizəni yüksək səviyyəli məmurların qəti vəzifələrindən biri sayaraq vurğuladı ki, bu mübarizənin ilk və zəruri şərti məsulların və onların ailələrinin fəsada yol aça biləcək amillərdən uzaq durmalarıdır. O Həzrət əlavə etdi:
"Bir məsulun fəsada bulaşmasının zərər və ziyanı ikiqatdır, çünki o, həssas bir mövqedə yer alıb və Allah qarşısında da onun əzabı neçə bərabər ağır olacaq. Əlbəttə, bir neçə il əvvəlki geniş və mühüm müraciətimdə də vurğuladığım kimi, fəsad yeddi başlı əjdaha kimidir, asanlıqla məhv olmur və onunla mübarizə davam etməlidir".
İnqilab Rəhbəri həmçinin icra başçılarına şəriətə bağlılıq, ilahi haramlardan çəkinmək, dini ayinlərə diqqət və maraq göstərmək, ilin şüarının reallaşmasına önəm vermək, eləcə də malların qaçaqmalçılığı ilə ciddi və həmahəng şəkildə mübarizə aparmağı tövsiyə etdi.