Hicri 1446-cı il Həcc ziyarətinin iranlı məsul və zəvvarları bazar günü 04.05.2025-ci il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
İslam İnqilabı Rəhbəri bu gün səhər Həcc mərasimi məsulları və iranlı zəvvarlardan bir qrupu ilə görüşdə Allah evinin zəvvarlarının Həcc ziyarətini düzgün yerinə yetirə bilmələri üçün onun məqsədləri və müxtəlif tərəfləri barədə tanışlıq və maarifçiliyin vacib bir müqəddimə olduğunu vurğuladı:
"Nas" (insanlar) ifadəsinin Həcc ilə bağlı bir çox ayədə işlədilməsi göstərir ki, Allah-təala bu vacibi yalnız müsəlmanlar üçün deyil, bütün insanlar üçün nəzərdə tutmuşdur. Beləliklə, Həccin düzgün şəkildə icra edilməsi bəşəriyyətə xidmət deməkdir."
Ayətullah Xamenei Həcc barədə danışarkən onu tam şəkildə siyasi xarakterə malik yeganə vacib adlandırdı. Çünki bu ibadət hər il müəyyən bir vaxt və məkanda insanları xüsusi hədəflər əsasında bir yerə toplayır və bu məsələnin özü siyasi mahiyyət daşıyır.
O Həzrət sözlərinə belə əlavə etdi:
"Həcc siyasi forma və tərkibilə yanaşı onun bütün tərkib hissələrinin mahiyyəti tamamilə mənəvi və ibadidir. Hər bir mərhələ insan həyatının müxtəlif məsələlərinə və zəruri ehtiyaclarına simvolik və ibrətamiz şəkildə işarə edir."
Rəhbər bu simvolikanı izah edərkən “Tavaf”ın dərsini tövhid əsasında və mərkəzində fırlanma zərurəti kimi təqdim etdi və vurğuladı:
"Tavaf bəşəriyyətə öyrədir ki, hökumət, həyat, iqtisadiyyat, ailə və ümumilikdə yaşamın bütün məsələləri tövhid ətrafında və əsasında qurulmalıdır. Əgər belə olsa, bu qədər qəlbin qəsavəti, uşaq qətliamı və tamahkarlıqdan əsər-əlamət qalmaz və dünya gülüstana çevrilər."
Ayətullah Xamenei “Səfa və Mərvə arasında səy”i insanın çətinliklər dağı arasında daim çalışması, heç vaxt dayanıb aciz və tərəddüddə qalmaması zərurətinə işarə kimi qiymətləndirdi.
İnqilab Rəhbəri “Ərəfat, Məşər və Mina istiqamətində hərəkət”i daimi bir hərəkət dərsi və durğunluqdan çəkinmə kimi təqdim etdi və əlavə etdi:
"Qurban kəsmək də insanın bəzən ən çox sevdiklərindən keçməsi, qurban verməsi, hətta özünün də qurban olması gərəkdiyini göstərən simvolik bir həqiqətdir."
Ayətullah Xamenei “Rəmyi-cəmərat” mərasimini insanın cinlərdən və insanlardan ibarət olan şeytanlarını tanıyaraq harada bir şeytanla qarşılaşsa, onu vurub əzməli olduğuna dair İlahi vurğu kimi şərh etdi.