Ali Rəhbərin ofisi rəsmi məlumat yayaraq 31.03.2025-ci il tarixdə şəvval ayının birinci günü və mübarək Fitr bayramı olduğunu elan etdi.
Rəsmi məlumat belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Mübarək Ramazan ayında əziz xalqın ibadətlərinin qəbul olunmasını arzu edərək, məlumat veririk ki, ölkənin müxtəlif bölgələrindən etibarlı və təcrübəli müşahidə qruplarının hesabatlarına əsasən, 30 mart bazar günü, hicri-qəməri təqviminin 29-cu Ramazan gününə təsadüf edən axşam şəvval ayının hilalının müşahidə olunması İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei üçün sübuta yetmişdir. Buna görə də 31 mart 2025-ci il 1446-cı il hicri-qəməri təqviminin şəvval ayının birinci günü və mübarək Fitr bayramıdır.
Ali Məqamlı Rəhbərin ofisi