Namazın hansı hissəsində bu hal əldə edilə bilərsə, rəvayətlərə görə, həmin namaz qəbul olunan namazdır və o, özünəməxsus təsir və faydanı verəcək və namaz üçün deyilən digər təsirlər də hasil olacaqdır.
Hüzuri-qəlb və diqqət çoxlu məşq və səy tələb edən bir işdir. Bu işləri yerinə yetirən və bacaran insanlar bizə öyrədirlər ki, insan namaz qılarkən özünü yüksək məqam sahibi və kainatın yaradıcısı və insanın bütün varlığının sahibi olan böyük bir varlıq, yəni Allahın hüzurunda hiss etməlidir.
Namazın hansı hissəsində bu hal əldə edilə bilərsə, rəvayətlərə görə, həmin namaz qəbul olunan namazdır və o, özünəməxsus təsir və faydanı verəcək və namaz üçün deyilən digər təsirlər də hasil olacaqdır. Namazın bəxş etdiyi təsirləri bir neçə cümlə və ya qısa ifadələrlə xülasə etmək mümkün deyil. Əgər namazın mənasını bilirsinizsə, çalışın namaz qılarkən diqqətinizi ona cəmləşdirəsiniz. Bu diqqət olduqca vacibdir ki, dilinizdən çıxanı anlayasınız, Quran buyurur:
"Nə dediyinizi anlayana qədər".
Bu, Qurandan bir ayədir, elə deyilmi? Ayə deyir ki, sərxoş halda namaza məşğul olmayın, Quran belə buyurur:
"Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın".
(Yəni) Allahla danışmağa məşğulsunuz, bu iş isə diqqət tələb edir. Fikrimiz dağılır, adətən, namaz halında fikrimiz müxtəlif yerlərə gedir. Gərək namaz halında özümüzdə (namaza olan) diqqəti vücuda gətirək. Əgər bu diqqəti özümüzdə yaratsaq, növbəti addım hüzuri-qəlbdir. Bunu sizə demək istəyirəm ki, bu fikri bir yerə toplamağınızı və diqqətinizi qoruyub saxladığınıza görə Allahın sizə verdiyi mükafat hüzuri-qəlbdir.
Əgər siz namazın söz və ifadələrini onun mənalarına diqqət edərək söyləməyi bacarsanız, Allah sizə belə nəğd bir mükafat bəxş edər. O mükafat budur ki, bir müddət sonra hüzuri-qəlb yaranar, Allaha diqqətiniz yönələr, qəlbiniz yumşalar. Bəzən də göz yaşlarınız axar və sizdə Allaha ehtiyac və dua halı yaranar. Bu, etdiyiniz mücahidliyin, həmçinin zehni möhkəm tutaraq onu o tərəf bu tərəfə yönəlməyə qoymamağın mükafatıdır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
10.08.1992
Ayətullah Xameneinin "Xəlvəte-üns" kitabından götürülüb